Icma.az
close
up
RU
Saymon Stil: Şəffaf iqlim hesabatlılığı daha iddialı iqlim siyasətinin qurulmasında əsas rol oynayır

Saymon Stil: Şəffaf iqlim hesabatlılığı daha iddialı iqlim siyasətinin qurulmasında əsas rol oynayır

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 3 sentyabr, AZƏRTAC

Şəffaflıq artıq texniki prosedurun hüdudlarından kənara çıxıb. Bu, bütün ölkələr üçün həyati əhəmiyyət daşıyan vasitədir. O, hökumətlərə və bütövlükdə iqtisadiyyata daha möhkəm sübut bazası yaratmağa, zamanla daha iddialı iqlim siyasətini aparmağa, iqlim maliyyəsinə çıxış əldə etməyə və dayanıqlı inkişaf hədəflərinə nail olmaqda tərəqqini sürətləndirməyə kömək edir.

AZƏRTAC BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının saytına istinadla xəbər verir ki, bu fikirləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil sentyabrın 3-də Cənubi Koreyanın Sonqdo şəhərində keçirilən Qlobal Şəffaflıq Forumunun açılışında söyləyib.

Onun sözlərinə görə, şəffaf iqlim hesabatlılığı daha iddialı iqlim siyasətinin qurulmasında, investisiyaların cəlb edilməsində və dayanıqlı iqtisadiyyatların formalaşmasında əsas rol oynayır.

Stil qeyd edib ki, şəffaflıq artıq texniki alət hüdudlarından kənara çıxaraq Paris sazişinin hədəflərinə nail olmağa xidmət edən effektiv qərarların əsasına çevrilib. Artıq 100-dən çox ölkə ilk ikiillik şəffaflıq hesabatlarını (BTR) təqdim edib. Bu, onlara yalnız daha güclü sübut bazası qurmaq deyil, həm də yeni investisiyalara, müasir texnologiyalara və potensialın artırılması proqramlarına çıxış imkanı yaradır.

“Kompleks iqlim hesabatlılığı ölkələrə yalnız daha ölçülmüş siyasi qərarlar qəbul etmək imkanı vermir, həm də yeni iş yerlərinin yaradılmasından tutmuş əhalinin həyat səviyyəsinin yüksəldilməsinədək real iqtisadi faydalar təmin edir,” – deyə Stil vurğulayıb.

O bildirib ki, Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) artıq genişmiqyaslı təlimlər keçirilib. Belə ki, 140 inkişaf etməkdə olan ölkədən 10 mindən çox ekspert təlim və təcrübə mübadiləsindən, 1200-dən çox mütəxəssis isə BTR rəyçiləri kimi akkreditasiyadan keçib. Həmçinin 1400-dən artıq milli ekspert hesabatların hazırlanması üçün ETF alətlərindən istifadə edir. Bununla belə, 37 ölkə hələ də icbari hesabatlarını təqdim etməyib və BMT bu dövlətlərə resurs və potensial çatışmazlığının aradan qaldırılmasında dəstək göstərəcək.

Braziliyada keçiriləcək COP30 ərəfəsində BTR-lərə dair sintez hesabatının dərc olunacağı gözlənilir. Bu sənəd ilk dəfə olaraq ölkələrin iqlim dəyişikliyinin təsirlərinin azaldılması, uyğunlaşma və dəstəyin göstərilməsi istiqamətindəki real irəliləyişlərinə kompleks baxış təqdim edəcək. Hesabat növbəti qlobal qiymətləndirməyə hazırlıq üçün əsas analitik materiala çevriləcək və iqlim sahəsində real fəaliyyətlərin sürətləndirilməsinə töhfə verəcək.

“Ölçülə bilən hər şey həyata keçirilə bilər. Hesabatlarda əks olunan etimadı və əməkdaşlığı möhkəmləndirir. Paylaşıla bilən isə dəyişimin gücünə çevrilir,” – deyə Stil bildirib və şəffaflığın qlobal iqlim səylərinin mərkəzi elementi olmasına çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri