Icma.az
close
up
RU
Saymon Stil: Yeni İqlim həftələri niyyətlərin reallaşdırılmasına keçid məqsədi daşıyır

Saymon Stil: Yeni İqlim həftələri niyyətlərin reallaşdırılmasına keçid məqsədi daşıyır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 23 may, AZƏRTAC

Panamada İqlim Həftəsi birlikdə nəyə nail olmağı hədəflədiyimizə dair müzakirələrimizdə yeni fəsildir.

İqlim həftələrinin hökumətlərarası prosesdən çox uzaqlaşma riski ilə bağlı narahatlıqlar var idi. Bunlar, şübhəsiz ki, dəyərli müzakirələrdir. Lakin onlar çox vaxt iqlim tədbirlərinin praktikada birbaşa həyata keçirilməsi məsələlərindən çox uzaqdırlar. Bu həftə biz bunu dəyişəcəyik.

İqlim həftələrinin yenilənmiş formatının aydın və kritik əhəmiyyətli məqsədləri var; iqlim niyyətlərinin elan edilməsindən onların praktiki həyata keçirilməsinə qədər olan yolu sürətləndirmək və iqlim dəyişikliyi ilə bağlı irəliləyiş üçün mərkəzi real iqtisadiyyatda irəliləyiş əldə etmək.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT İDÇK-nin icraçı katibi Saymon Stil bu il Panamada birinci İqlim Həftəsinin açılışında bildirib.

“Biz karbon sarıdan mənfi balansı olan ölkədəyik. Ərazisinin 65 faizindən çoxunun meşələrlə örtüldüyü bir ölkədə. Həm də iqlim, təbiət və davamlı inkişaf üzrə liderliyi dünya üçün nümunə olan bir ölkədə. Bu tədbirlərin keçirilməsi daha böyük təxirəsalınmaz praktiki nəticələrə nail olmaq və Paris Sazişi çərçivəsində Tərəflərin razılaşdırdığı məqsədlərlə işimizi daha da sıx əlaqələndirmək zərurətindən irəli gəlir.

Bu baxımdan biz dörd prioriteti rəhbər tuturuq. Birincisi, səmərəlilik konsepsiyası - vaxta, pula qənaət etmək və karbon emissiyalarını azaltmaq üçün Tərəflərin razılaşdırdığı tədbirlərin birləşdirilməsi. İkincisi, həyata keçirmə məsələləri – iqlim dəyişikliyi ilə mübarizənin konkret həllərinin praktiki həyata keçirilməsi üçün məkanın yaradılması. Üçüncüsü, inklüzivlik prinsipi – müxtəlif baxış nöqtələrini nəzərə almaq üçün yer təmin etmək. Dördüncüsü, iqlim dəyişikliyi ilə bağlı hərəkətləri sürətləndirmək üçün danışıqlar sessiyaları arasında strateji əhəmiyyətli məqamlardır”.

İqlim Həftəsi üç mühüm sahədə irəliləyişə nail olmaq üçün hökumətləri, çoxtərəfli inkişaf banklarını, investorları, biznesləri, vətəndaş cəmiyyəti və yerli xalqları bir araya gətirən ilk növ platforma olan yeni İcra Forumunu təqdim edir. Burada iqlim maliyyəsi, texnologiyaya çıxış və karbon bazarları əsas prioritetlərdir.

“Çünki gəlin, dürüst olaq: istər NDGs-lər – Milli Müəyyən Edilmiş Töhfələr və ya MFP-lər – Milli Uyğunlaşma Planları formasında istənilən milli iqlim strategiyasının həyata keçirilməsi və onların daxilindəki hər bir hədəfə nail olunması cəsarətli ideyalardan, bu otaqdakı insanların həmfikirlərlə birgə fəaliyyət göstərməsindən, həllərin genişmiqyaslı həyata keçirilməsindən asılı olacaq”, - deyə Saymon Stil bildirib.

BMT İDÇK-nin reallaşdırma məsələləri üzrə forumunda iqlim fəaliyyəti üzrə AI mükafatını təqdim edəcəyini qeyd edən Stil, həmçinin bunun insan və texnoloji ölçülərdə iqlim fəaliyyətinin sürətləndirilməsində həlledici addım olacağını, uyğunlaşma və iqlim dəyişikliyinin azaldılması sahəsində cəsarətli ideyaları dəstəkləyəcəyini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 May 2025 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri