Icma.az
close
up
RU
Saziş Kiyevin, yoxsa Moskvanın çöküş planıdır? TƏHLİL

Saziş Kiyevin, yoxsa Moskvanın çöküş planıdır? TƏHLİL

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlərdə Ukrayna ilə ABŞ arasında imzalanması nəzərdə tutulan Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair saziş, xüsusən də sənəddə Ukraynanın gələcək təhlükəsizliyinə ciddi zəmanətlərin verilməməsi müzakirə predmetinə çevrilib. Lakin saziş ətrafında yaranmış situasiyanı diqqətlə izlədikdə bu prosesdən müxtəlif maraqlı tərəflərin öz məqsədləri üçün manipulyasiyası açıq-aydın görünür. 

Rəsmi Kiyev və Avropa İttifaqı Ağ Evin yeni administrasiyasını öz maraqları naminə Ukraynanı Rusiyaya qurban verməkdə ititham edirlər. Qeyd olunur ki, Ağ Ev Ukraynanın təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri addımları təmin etmir və bu imzalanması gözlənilən sənəddə əskini tapmır. 

O zaman məsələyə başqa bir baxış bucağından baxaraq prosesləri dəyərləndirməyə çalışaq.

Doğrudanmı Ağ Ev Ukraynanı Rusiyaya qurban vermək istəyir?

Əvvəlki sənəd unudulub

Birincisi, bunun üçün heç də uzaq olmayan tarixə ekuskurs etmək yetər. 13 iyun 2024-cü ildə Ukrayna ilə ABŞ arasında təhlükəsizlik zəmanətləri barədə saziş imzalanıb. Həmin sənəddə Ukraynanın təhlükəsizlik təminatları təkcə müharibə zamanı deyil, həm də ondan sonra da sabit təhlükəsizlik və müdafiə dəstəyinə əsaslanır. 

Sənəddə eyni zamanda ABŞ-nin Ukraynanın qalib gəlmək cəhdlərini dəstəklədiyi açıq şəkildə ifadə edilməklə yanaşı, "Patriot" hava hücumundan müdafiə sistemləri və qırıcı eskadrilyaların, o cümlədən F-16-ların çatdırılması da əksini tapıb.

Moskva da güzəştə getməlidir

İkincisi, Trampın fevralın 26-da kabinetin ilk iclasında Ukrayna ilə bağlı açıqlamlarında ilkin əsas hədəfi itkilərin qarşısını almaq məqsədi ilə atəşkəsin əldə edilməsidir. Münaqişənin həllində təkcə Kiyevin birtərəfli qaydada Moskvaya güzəştə getməsini deyil, eyni zamanda Moskvanın da güzəştə getməsini dilə gətirib.

İşlər Avropanın üstünə atılır

Üçüncüsü, Trampın sözlərinə görə, Ukraynanın təhlükəsizliyinin təmin olunmasında əsas rolu ABŞ deyil, Avropa oynayacaq. Atəşkəsdən sonra Avropa sülhməramlılarının Ukraynaya yerləşdirilməsi prosesini dəstəkləyəcək. Bu isə o anlama gəlir ki, Ağ Ev Ukraynanın təhlükəsizliyini Avropanın üzərinə qoysa da, məsələni diqqətdə saxlayacaq. Sadəcə Tramp administrasiyası birinci prezidentlik dövründə olduğu  kimi, yenə də Avropanın hərbi xərclərinin artırılmasında və Qərbin təhlükəsizlik arxitekturasında daha ciddi rol oynamasını istəyir. 

Sanksiyanın ləğvi oyunu

Dördüncüsü, Tramp Rusiyaya qarşı sanksiyaların aradan qaldıracağı, danışıqlar prosesinin bərpa edilməsi, diplomatik əlaqələrin yaradılması barədə şirnikləndirici çıxış etsə də, deyib ki, bu sanksiyalar ancaq sülh müqaviləsi imzalandıqdan sonra ola bilər. Bu isə o deməkdir ki, Rusiya hələ uzun müddət sanksiyalar altında qalacaq. Rusiyanın sanksiyalar altında qalması isə Moskvanın zəifləməsi deməkdir. 

Rəqib Rusiya deyil...

Beşincisi, Tramp etiraf edib ki, ABŞ-nin əsas rəqibi Rusiya yox, Çindir. Tramp bu mesaj ilə demək istəyir ki, Rusiya-Ukrayna müharibəsində Moskva qeyri-formal olsa da, Çin, İran və Şimali Koreya ilə Ukrayna cəbhəsində koalisiya yaradaraq kollektiv Qərbin müqavimətini qırmaq istəyir. Adı çəkilən koalisiya tam olmasa da, müəyyən mənada istəyinə nail olub və 3 ildir ki, Ukrayna müharibəsi davam edir. Çünki Çin və İran yaxşı anlayır ki, kollektiv Qərb Ukrayna cəbhəsində istəyinə nail olarsa, o zaman növbə ilə onları da sıradan çıxaracaq. Ona görə də həmin ölkələr Ukrayna cəbhəsində Rusiyaya dəstək verməklə, əslində, özlərinə qarşı təhdidləri bacardıqca uzaq sərhəddə saxlamaq istəyirlər.

Ağ Ev hesab edir ki, bu koalisiyanı parçalamadan Ukryana cəbhəsində uğur əldə etmək elə də asan olmayacaq və bu sonsuzluğadək davam edə bilər. Ona görə də Vaşinqton ilk mərhələdə uğurlu görünməyən Moskva-Pekin-Tehran-Pxenyan koalisiyasını parçalamaq taktikasını seçib. Ağ Ev bu yolla həm perspektivdə Ukrayna cəbhəsində uğur əldə etməyi, həm də Çin, İran cəbhəsində planlarını reallaşdırmaq istəyir. Çünki bu ölkələrin təklikdə ABŞ-yə qarşı müqaviməti çətin olacaq.

Ukraynanın sərvəti hədəfdir

Altıncısı, deyilənlərin əksinə olaraq Ağ Ev tələsik Ukraynanın mineral ehtiyatlarından istifadəyə dair sazişi imzalamaqla birbaşa olmasa da, dolayı yolla bu ölkənin təhlükəsizliyinə zəmanəti öz üzərinə götürür. Bu sazişin iqtisadi tərəfinin Ukraynaya faydaları başqa bir mövzudur. 
26 trilyon dollardan çox təbii ehtiyatlara malik olan Ukrayna hər zaman birbaşa və ya dolayı olaraq qlobal aktorların diqqətindədir. Bu gün Ukraynanın 116 növ faydalı ehtiyatları əhatə edən təxminən 20 min faydalı qazıntı yatağına malikdir. Ukrayna titan, litium, berilyum, manqan, qallium, uran, qrafit, apatit, flüorit və nikel ilə zəngin ölkədir. Sadəcə bir faktı qeyd etmək lazımdır ki, Ukrayna Avropada ən böyük titan ehtiyatlarına, eləcə də litiumuna malik olmaqla dünya rezervlərinin 7 faizini formalaşdırır.

Bu gün Ukraynanın malik olduğu resurslar müdafiə, yüksək texnologiya, aerokosmik və yaşıl enerji kimi sənayelər üçün vacib hesab olunur. Perspektivdə isə yaşıl iqtisadiyyata keçiddə elektrikli nəqliyyat vasitələrinə və bərpa olunan enerji texnologiyalarına keçid nəticəsində bu resurslara qlobal tələbatın kəskin artacağını nəzərə alsaq, o zaman mənzərə tam aydın olar.
Digər məqam isə ondan ibarətdir ki, Tramp bu günlərdə imzalanacaq sazişin dəyəri 1 trilyon dollaradək qalxa biləcəyini də istisna etməyib. Belə bir həcmdə, hətta 500 milyard həcmində olsa belə, saziş öz-özlüyündə Ukraynanın iqtisadi maraqları adı altında təhlükəsizliyinin təminatı deməkdir. Çünki heç bir investor və ya dövlət böyük həcmdə sərmayəsinin təhlükəsizliyini təmin etmədən hər hansı bir ölkəyə investisiya yatırmaz.   

Rusiyanın çöküş planı

Yeddincisi, Tramp Arktika uğrunda savaşa başlamaqla Rusiyanın Qərbə çıxışı olan Şimal Dəniz Yolunu da nəzarətə götürmək istəyir. Necə deyərlər, Tramp daha geniş çaplı oynamaqla Rusiyanı çöküş planını hazırlayır. 

Nəticə: Kiyevlə Vaşinqton arasında 2024-cü ildə Ukraynanın təhlükəsizliyinə zəmanət barədə saziş imzalanıb, amma bu gün kimsə onu gündəmə gətirmir. İşləmədiyindən arxiv sənədindən başqa əhəmiyyət kəsb etmir. Necə deyərlərə, bəzən imzalanan müqavilənin dəyəri onun imzalandığı kağızın qiymətindən aşağı olur. Ukraynanın ən etibarlı təhlükəsizlik zəmanəti Silahlı Qüvvələridir. Bunun üçün Ukrayna Silahlı Qüvvələrinin gücləndirməyi və yeni savaşa hazırlaşmalıdır. Elə imzalanacaq saziş də növbəti savaşda qələbə üçün yaxşı hazırlıq mərhələsi ola bilər.  

Mürtəza Bünyadlı
Ölkə.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://olke.az
archiveBu xəbər 28 Fevral 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri