Icma.az
close
up
RU
ABŞ Moskvanın cavabını təhlil edir

ABŞ Moskvanın cavabını təhlil edir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya–Ukrayna müharibəsinin taleyi bundan asılı olacaq

Rusiya–Ukrayna müharibəsinin tənzimlənməsi ətrafında cərəyan edən proseslər dünyanın diqqət mərkəzindədir. Kiyevin ABŞ-ın 30 günlük atəşkəs rejiminə razılaşmasından sonra hamı Rusiya rəhbərliyinin verəcəyi cavabı gözləyir. Prezident Vladimir Putin atəşkəs rejimi təklifinə normal yanaşdığını bildirsə də, məsələ ilə bağlı öz şərtlərini də irəli sürür. Moskvanın bu mövqeyi siyasi analitikləri belə bir iddia irəli sürməyə vadar edir ki, ABŞ-ın müharibəni tezliklə başa çatdırmaq planı reallaşmaya bilər.

ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşdü. Bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts “Fox News” telekanalına müsahibəsində bildirdi. Hazırda ABŞ Ukraynadakı müharibənin nizamlanması perspektivlərini “ehtiyatlı nikbinliklə” qiymətləndirir. Vaşinqton Moskva ilə danışıqların necə getdiyini qiymətləndirəcək və Donald Tramp gələcək addımlara qərar verəcək.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin atəşkəsin dayandırılması təklifini “doğru ideya” kimi qiymətləndirdi, lakin məsələ ilə ağlı sualların qaldığını bildirdi. O, təkid edir ki, “bu böhranın əsas səbəbləri” “sorğulanmalıdır” və Ukrayna atəşkəs dövründə yenidən silahlanma və əlavə səfərbərlik həyata keçirmək imkanından məhrum edilməlidir.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinin Ukraynada atəşkəs mümkünlüyü ilə bağlı açıqlamalarına münasibət bildirdi. “The Guardian” xəbər verir ki, o, NATO-nun baş katibi Mark Rutte ilə görüşündə jurnalistlərə açıqlamasında dedi ki, Putin ümidverici bəyanat verdi, lakin bu, natamam idi: “Mən Rusiya tərəfdən atəşkəs əldə olunmasını istərdim. Ümid edirik ki, Rusiya düzgün addım atacaq”. Ağ evin sahibi “Truth Social” sosial şəbəkəsində martın 13-də prezident Putinlə danışdığını bildirdi. ABŞ prezidentinin sözlərinə görə, söhbət “yaxşı və məhsuldar” oldu. O hesab edir ki, Ukraynada münaqişəyə son qoymaq üçün “çox yaxşı şans” var.

Ancaq Ukrayna prezidenti Vladimir Zelenski Kreml sahibinin bəyanatlarını “çox proqnozlaşdırıla bilən” və “çox manipulyativ” kimi qiymətləndirir. Vətəndaşlara ənənəvi gecə videomüraciətində Ukrayna lideri dedi ki, “O, (Putin – red.) əslində, imtina hazırlayır”.

Xatırladaq ki, martın 11-də Ciddədə keçirilən danışıqlardan sonra Kiyev müvəqqəti atəşkəsə razılıq verməklə ABŞ Ukraynaya hərbi yardımını bərpa etdi. Buna görə də, Ukraynanın mövqeyi indi daha güclü görünür. Bununla belə, vəziyyət yenidən kəskin şəkildə dəyişə bilərmi? Ukrayna və Amerika nümayəndə heyətləri arasında Ciddədə (Səudiyyə Ərəbistanı) keçirilən görüşdən sonra tərəflər birgə bəyanat yaydılar. Mühüm nəticələrdən biri də Co Baydenin dövründə Amerikanın Ukraynaya ayırdığı silah tədarükünün bərpasının elan edilməsi və kəşfiyyat məlumatlarının ötürülməsi oldu: “ABŞ kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynanın təhlükəsizliyini bərpa edir”. Daha sonra Ukrayna Prezident Aparatı rəhbərinin müavini Pavel Palisa yardım axınının bərpa olunduğunu təsdiqlədi.

İndi ABŞ Rusiyanın bu istiqamətdə konkret addım atacağına ümid edir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uoltsun sözlərinə görə, prezident Tramp Stiven Uitkoffun Rusiyadakı danışıqların nəticələri barədə məruzəsindən sonra əlavə qərarlar verəcək. “Mən orada (Moskvada) olan həmkarım, xüsusi elçi Uitkoff ilə danışdım və o, bizə prezident Trampın gələcək addımlar barədə qərar verəcəyi qiymətlər gətirir. Təbii ki, hər iki tərəfin öz tələbləri var və təbii ki, hər iki tərəf müəyyən kompromislərə getməli olacaq”. Uolts onu da qeyd edir ki, o, Donald Trampı qabaqlamamaq üçün milli televiziyada heç nə elan etməyi və ya müzakirə etməyi planlaşdırmır.

Kremlin sözçüsü Dmitri Peskov Rusiya lideri Vladimir Putinlə Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun görüşünü şərh etdi. Xüsusilə, o, Uitkoffun Rusiyaya “əlavə məlumat” verdiyini, həmçinin Putinin Trampa “əlavə siqnallar” verdiyini açıqladı. Putinlə Tramp arasında gözlənilən söhbəti şərh edən Peskov qeyd etdi ki, söhbətin dəqiq vaxtı hələ bilinmir: “Cənab Uitkoff bütün məlumatları öz dövlət başçısına çatdırandan sonra biz söhbətin vaxtını daha sonra müəyyənləşdirəcəyik. Hər iki tərəfdə belə bir söhbətə ehtiyac olduğu anlayışı var”. Kremlin sözçüsü əlavə edir ki, “görüləcək çox şey var”. Onun sözlərinə görə, prezident Putin ABŞ prezidenti Donald Trampın “mövqeyi ilə həmrəydir”.

ABŞ prezidentinin xüsusi elçi Uitkoffun məlumatlarından sonra hansı qərar verəcəyi hələlik bilinmir. Amma CBS News məlumat verir ki, ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiyaya qarşı sanksiyaları sərtləşdirir. Telekanal bildirir ki, Ağ ev Rusiyanın ABŞ-ın ödəniş sistemlərinə çıxışını daha da məhdudlaşdıraraq, Rusiyanın neft, qaz və bank sektorlarına əlavə məhdudiyyətlər qoyur. Məlumat verilir ki, ABŞ Maliyyə Nazirliyi Bayden administrasiyasının sanksiyaya məruz qalan Rusiya bankları ilə bağlı müəyyən əməliyyatların davam etdirilməsinə icazə verən lisenziyasını ləğv etdi. Banklar artıq enerji ilə bağlı iri əməliyyatlar üçün Amerika ödəniş sistemlərinə çıxış əldə etməyəcəklər.

CBS-nin məlumatında vurğulanır ki, ABŞ-ın bank sistemlərinə çıxışı daha da məhdudlaşdırmaq qərarı digər ölkələrin Rusiya neftini almasını çətinləşdirir və bununla da onun qlobal tədarükünü məhdudlaşdırır. Bu, neftin bir barelinin qiymətinin 5 dollara qalxmasına səbəb ola bilər ki, bu da son həftələrdə qiymətlərin azalmasından sonra əhəmiyyətli sıçrayışdır” . Bundan başqa, bildirilir ki, məhdudiyyətlərin gücləndirilməsi həm də ABŞ administrasiyasının Moskvanı Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsində təklif olunan 30 günlük atəşkəslə razılaşmağa inandırmaq cəhdi ilə bağlıdır.

Bundan əvvəl ABŞ-ın maliyyə naziri Skott Bessant bildirmişdi ki, Vaşinqton Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə son qoymaq üçün lazım gələrsə, Rusiya Federasiyasına qarşı sanksiyaları əhəmiyyətli dərəcədə gücləndirməyə hazırdır. O, əlavə etmişdi ki, sabiq prezident Bayden dövründə sanksiyaların səviyyəsi minimal idi, çünki ABŞ daxili enerji qiymətlərindən narahat idi.

Hərbi yardımlar sahəsində də ABŞ güclü gedişlər edir. Qərb mətbuatı yazır ki, Amerika Birləşmiş Ştatları “GLSDB” uzun mənzilli bombaların Ukraynaya tədarükünü bərpa etməyə hazırlaşır. Bu sursat Ukraynanın ATACMS raketlərinin ehtiyatlarının tamamilə tükəndiyi barədə KİV-in bəyanatları fonunda veriləcək. Son həftələrdə GLSDB bombasının modernləşdirilməsinin effektivliyini qiymətləndirmək üçün 19 sınaq atışının həyata keçirildiyi bildirilir. Son bir ildə Ukrayna 69 kilometrlik GMLRS raketlərindən daha uzun mənzilli silahlar əldə etməyə çalışırdı. Bu problemin öhdəsindən gəlmək üçün “Boeing” Pentaqona 161 kilometr mənzilli yeni silah - GLSDB təklif etdi.

Belə görünür ki, ABŞ Rusiya ilə mümkün danışıqlar ərəfində Moskvaya qarşı daha sərt tədbirlər görə biləcəyini nümayiş etdirir. Buna görə də, atəşkəs ətrafında yaranmış son vəziyyətin inkişaf istiqaməti məhz Moskvanın mövqeyindən asılı olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see370

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see307

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see303

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see274

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see268

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see234

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see213

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see178

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see176

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see175

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see172

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see164

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see162

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see159

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see159

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see158

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see154

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see154

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see154

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri