Icma.az
close
up
RU
Kiyevin iradəsi kənarda qaldı TƏHLİL

Kiyevin iradəsi kənarda qaldı TƏHLİL

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynanın gələcəyi iki güc mərkəzi arasında müzakirə edilir

ABŞ və Rusiya Ukrayna ətrafında yeni dünya arxitekturasını gizlicə formalaşdırır

"Bloomberg"in yayımladığı material dünya mediasında partlayış effekti yaradıb və geosiyasi gündəmin əsas mövzusuna çevrilib. Agentlik iddia edib ki, onun əlində Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ilə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasında baş tutmuş iki gizli telefon danışığının, həmçinin Uşakovun Kremlin xüsusi elçisi Kirill Dmitriyev ilə ayrıca söhbətinin stenoqramları var. Agentlik Uşakovla Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff arasındakı telefon danışığının stenoqramını dərc edib. İddiaya görə, təmaslar oktyabrda baş tutub.

Müzakirələr Donald Trampa Ukrayna üçün sülh planı layihəsinin necə təqdim edilməsi, hansı ifadələrdən istifadə edilməsi və Moskva üçün ən əlverişli mövqeyi təmin etmək məqsədilə diplomatik tonun necə tətbiq edilməsi ilə bağlı olub. Uitkoff Uşakova "Zelenski Ağ Evə çatmazdan əvvəl Putinlə Trampı telefonda danışdıraq" deyib. Uitkoff Putinin zəngə Trampın sülh səylərini tərifləmək, ona hörmətini ifadə etmək və "sülh adamı" kimi təqdim etməklə başlamasını təklif edib. Bundan iki gün sonra Tramp və Zelenski arasında telefon danışığı baş tutub. Həmin dövrdə də Ukraynaya göndərilməsi planlaşdırılan "Tomaqavk" raketləri və digər silah yardımları qəfildən təxirə salınıb. "Bloomberg"ə görə, daha sonra Tramp Ukraynaya təzyiq siyasətinə qayıdıb. Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev isə "Bloomberg"in yaydığı məlumatı feyk adlandırıb. Dmitriyev Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla onun telefon danışığının saxta olduğunu bildirib: "Sülhə nə qədər yaxınlaşsaq, müharibəni qızışdıranlar bir o qədər çarəsizləşirlər".

Siyasi şərhçi Elçin Alıoğlu Sherg.az-a açıqlamasında bildirib ki, belə materialların dünyanın ən nüfuzlu biznes nəşrlərindən birinin səhifələrində peyda olması artıq hadisədir. Ekspert vurğulayıb ki, "Bloomberg" illərlə "qapalı diplomatiya" adlandırılan gizli siyasi mühəndisliyin pərdəsini qaldırır:

"Bunu beynəlxalq münasibətlərdə tektonik dəyişikliklərin baş verdiyi, Avropanın təhlükəsizliyində ABŞ və Rusiyanın rollarının yenidən müzakirə olunduğu bir məqamda edir. Bu sızma fundamental sualı gündəmə gətirir: bu gün Ukrayna ətrafında yeni dünya arxitekturasının bünövrəsini kim və necə formalaşdırır. Əsas diqqət ondadır ki, Moskva ilə Vaşinqton abstrakt ssenariləri yox, konkret sənəd üzərində işləyiblər. Dialoqlarda açıq şəkildə səslənir ki, ABŞ planı öz ideyası kimi təqdim edə bilər, baxmayaraq ki, onun əksər müddəaları Rusiya tərəfinin təkliflərindən qaynaqlanır. Jurnalın yazdığına görə, məhz orada sənədin amerikalılara ötürülməsi mexanizmi razılaşdırılıb. Yəni qeyri-rəsmi, yarıformal şəkildə, elə bir quruluşla ki, yekun variant Rusiya ideyasına maksimum yaxın qalsın, amma Vaşinqton onu "öz diplomatik təşəbbüsü" kimi təqdim edə bilsin. Bu mənada söhbət təkcə iki rəqibin təmasından yox, birgə siyasi dizaynın yaranmasından gedir. Kirill Dmitriyev bunları "fake" adlandırsa da, danışıqların detalları, nitqin xarakteri və müzakirə edilən mövzuların səviyyəsi başqa mənzərəni göstərir. Biz təkcə sensasiyaya yox, diplomatiyanın özünün ictimai mülkiyyətə çevrildiyinə şahidlik edirik. Bu, intriqalarla bağlı sızma deyil - beynəlxalq siyasətə yeni arxitektura yanaşmasının nümayişidir. Maraqlıdır ki, bu yanaşma hazırkı Ağ Evin fəlsəfəsinə də uyğun gəlir. Rus tərəfi bu konfiqurasiyada təşəbbüskar yox, nəticənin sifarişçisidir. Uşakovun tonundan görünür ki, o, amerikalıların məntiqini bölüşür, amma bir məqamı dönə-dönə vurğulayır - Moskva üçün əsas qorxu məzmundan yox, müəlliflikdən imtina riskidir. Kreml üçün sülh danışıqları təkcə yekun sənəd deyil, həm də "kimin adı altında gedir" sualının cavabıdır. Məhz buna görə Dmitriyev təkliflərin "deformasiyaya uğramadan" ötürülməsinə çalışır".

Analitik hesab edir ki, Ukraynanın bu tablodakı yeri isə ən ağrılı məqamdır:

"Danışıqlarda Kiyev müstəqil subyekt kimi təqdim olunmur. Bu, Kiyev üçün soyuq, amma real siqnaldır. İki güc mərkəzi onun iştirakı olmadan "gələcəyin arxitekturasını" müzakirə edir. Məhz buna görə "Bloomberg"in materialı istənilən tənqiddən daha təsirlidir və tərəflərin real statusunu üzə çıxarır. Trampın baxışı da maraqlıdır. O, bu münaqişəyə sivilizasiyalar və ya ideologiyalar toqquşması kimi yox, "danışıqlar məsələsi" kimi yanaşır. Onun məntiqi sadədir. Yaxın Şərqdə 20 bəndlik plan mümkündürsə, burada da mümkündür. Avropa üçün də bu, ciddi siqnaldır. Qitə yenidən əsas danışıqlar masasının kənarında qalmaq riski ilə üz-üzədir. Çünki "Bloomberg"in yazısı, əslində, ABŞ və Rusiyanın sülhü müzakirə etməsindən deyil, qlobal siyasətin idarəetmə alətlərinin dəyişməsindən xəbər verir.

Artıq qərarlar XİN kabinetlərində yox, şəxsi kanallar, yarıformal məsləhətləşmələr və "hibrid diplomatiya" vasitəsilə hazırlanır. Əgər bu məntiq qalib gəlsə, Ukrayna müharibəsindən sonrakı dünya böyük sammitlər və bəyannamələrdə deyil, belə danışıqlarda formalaşacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Noyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see324

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see321

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see320

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see314

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see301

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see296

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see294

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see290

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see274

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see266

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see249

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see247

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see244

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see233

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see225

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see225

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see221

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see215

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri