Səbail ardıcıl iki gündə 2 oyun keçirəcək
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Növbəti mövsümün hazırlıqlarını davam etdirən "Səbail" bu həftə 2 yoxlama oyunu keçirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Elvin Məmmədov komandasını ardıcıl iki gün ərzində iş başında görməyi planlaşdırıb.
I Liqanın debütantı 22 avqustda "Cəbrayıl"la qarşılaşacaq. Oyun "ASCO Arena"da baş tutacaq və saat 20:00-da start götürəcək.
"Dənizçilər"in növbəti rəqibi "Difai" olacaq. Sözügedən görüş avqustun 23-də eyni məkanda və vaxtda baş tutacaq.
Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "Səbail" ilk turda "Mingəçevir"i qonaq edəcək.
Mirağa

Səbail qış fasiləsində bir oyun keçirəcək
28 Dekabr 2024 11:42
Səbail 2 legionerindən qurtula bilmir
09 İyul 2025 15:18
Səbail 2 legioner transfer edəcək AÇIQLAMA
13 Avqust 2025 15:41
“Səbail” iki legionerini saxlayacaq
31 İyul 2025 12:55
“Səbail”dən ayrılan Qırğızıstana gedir ardıcıl ikinci futbolçu
09 İyul 2025 00:05

