Icma.az
close
up
RU
Səbail in enişi, baş məşqçilərin qənimi Kəpəz , uduza uduza avrokuboklara gedənlər: Daha nə olsun?

Səbail in enişi, baş məşqçilərin qənimi Kəpəz , uduza uduza avrokuboklara gedənlər: Daha nə olsun?

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Anar Həsənov yazır...

Misli Premyer Liqasında mövsümün başa çatmasına cəmi iki tur qalsa da, elitanın çempionu və gümüş medalın sahibi artıq bəllidir.

Belə ki, "Qarabağ" bütün rəqiblərini qabaqlayaraq 12-ci dəfə Misli Premyer Liqasının qalibi olub. "Zirə" isə gümüş medalın sahibidir. Hazırda aktivində 55 xalı olan "Araz-Naxçıvan" isə ilk dəfə avrokuboklara yollanmaq üçün "Şamaxı" səfərindən qələbə ilə ayrılmaq niyyətindədir.

Mövsümün başa çatmasına üç tur qalmış elitanı tərk edən komandanın da adına aydınlıq gəldi. Əvvəlcə Şahin Diniyevlə, daha sonra Cavid Hüseynovla yolları ayıran "Səbail" növbəti mövsümdən etibarən I Liqada çıxış edəcək. Futbol ictimaiyyəti və futbolsevərlər "dənizçilər"in I Liqaya düşməsini komandanın iflası olaraq adlandırsalar da, klub rəhbərliyi bu kimi tezisləri təkzib edərək, növbəti mövsümdə əsas liqaya qayıtmaq üçün işlərə başladıqlarını bildirdi. "Səbail" yaxın vaxtlarda yeni sponsoruna qovuşacaq. Yeni himayədarın da əsas hədəfi klubu Premyer Liqaya qaytarmaqdır.

Amma maliyyə problemləri onu göstərir ki, I Liqaya düşən bu komanda "Şamaxı" və "Qəbələ" kimi ilk ilindəcə geri qayıtmaya bilər. Həm 2-ci Liqadan daha iddialılar gəlirlər, həm də ümumilikdə, səviyyəcə aşağı sayılsalar da, I və II liqalarda rəqabət maksimumdadır. Həm də uyğunlaşma çətindir.

Elitanı tərk etməkdən son anda yaxa qurtaran "Kəpəz" klubuna isə sadəcə, alqış düşür. "Kəpəz" əzmkarlığı ilə bu mövsüm qarşılaşdığı hər oyundan sonra "Neftçi"nin Roman Qriqorçukunu, "Səbail"in Şahin Diniyevini, "Sumqayıt"ın isə Vaqif Cavadovunu yola salmağı bacardı. Bir sözlə desək, əsas hədəf elitada qalmaq idi, bunu da bacardı.

Samir Abasovun gedişindən sonra baş məşqçi postunu Vaqif Cavadova həvalə edən "Sumqayıt" haqqında da çox şey demək olar. Ötən mövsüm avrokuboklara vəsiqə qazanan komanda bu mövsüm Misli Premyer Liqasını doqquzuncu pillədə başa vurmaq üzrədir. Məhz bu səbəbdən də Vaqif Cavadov rəsmən yola salındı. Düzgün, yerində və vaxtında verilmiş qərardır deyə bilərik. Belə olan halda sual yaranır ki, niyə?

Vaqif Cavadovun "Sumqayıt"a baş məşqçi kimi təyin olunması ədalətli qərar olsa da, gənc çalışdırıcı üçün bu, erkən addım idi. Oyunlardakı nadir uğurları və ümumilikdə uğursuzluqları da bunun sübutudur. Cavadov komandanı çətin psixoloji vəziyyətdə qəbul etdi. İlk yeddi turda qazandığı dörd qələbə gənc mütəxəssis barədə müsbət fikirlər bildirməyə, perspektivinə inanmaq üçün nikbin olmağa əsaslar verirdi. Ancaq hər şey belə asan ola bilməzdi. Dekabrın ortalarında komandada fiziki zəifləmə yaşanmağa başladı və gün keçdikcə yerini psixoloji enişə verdi. Komandanın dörd ay ərzində qələbə qazanmaması bir yana, qol vura bilməməsi də Vaqif Cavadov üçün həyəcan təbili idi. Sonda isə gözlənilən qərar qəbul olundu, tərəflər yolları ayırdılar.

"Araz-Naxçıvan" son 14 oyunda cəmi bir qələbəyə imza atsa da, avrokuboka vəsiqə qazanmaq işinin öhdəsindən gəlmək üzrədir. Uduza-uduza buna nail olması rəqiblərinin ayıbıdır desək, yanılmarıq.

"Turan Tovuz" isə avrokubok zonasına Berdıyev sayəsində gələ bilsə də, vəsiqəni təmin edə bilmədi. Heyətin yetərsizliyi komandanın daha yüksək nəticə əldə etməsinin qarşısını kəsdi. Yeni mövsüm üçün hazırlıqlara indidən start verən "Turan Tovuz" rəhbərliyi baş məşqçi ilə müqaviləni uzatmaq və avrokuboklara vəsiqəni təmin etmək niyyətindədir. Əslində, hazırda futbol adına ən çox işi görən də elə məhz Tovuz təmsilçisidir. Hazırda Misli Premyer Liqasında hər oyunda azarkeş rekordunu yeniləyən Tovuz təmsilçisi bu baxımdan digər klubları qabaqlayır. Bu isə göstərir ki, futbolun inkişafı bölgələrdən başlayır.

Bölgələrdən söz açmışkən, yeni mövsümdən etibarən elitaya üç bölgənin təmsilçiləri yüksələcəklər. Bunlar "Qəbələ", "Karvan" və "İmişli" klublarıdır. Hər üç komanda bölgədən olsa da, yalnız ikisi öz doğma meydanında çıxış edəcək. Məsələni bir az da açaq. "İmişli" klubu və "Qəbələ" doğma meydanda oynasalar da, "Karvan" klubu stadionu tam hazır olmadığından bir mövsüm paytaxtda çıxış etmək qərarına gəlib. AFFA da stadionunda və infrastrukturunda problem olan klublara bir il möhlət verib. Ümid edək ki, elitaya yüksələn klublar bu işin də öhdəsindən gələcəklər.

Azərbaycanın flaqmanı sayılan "ağ-qaralar"a gəldikdə isə mövsümü istədikləri kimi başa vurmasalar da, Samir Abasovun dediyi kimi, "Neftçi" olmasa, Azərbaycanda futbol adına heç nə olmaz. Məhz elə bu səbəbdən də ən çox tənqid olunan klub "Neftçi"dir. Hər zaman uğurları ilə azarkeşlərini sevindirən paytaxt təmsilçisi son iki mövsümdür ki, bunu bacara bilmir. Klub rəhbərliyi isə yeni müqavilələr və sponsorlarla 2025/26 mövsümünə hazırlıqlara start verib.

Bütün bu aspektləri nəzərə aldıqda yeni mövsümün tam fərqli ab-havada keçəcəyini demək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 May 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri