Icma.az
close
up
RU
Səbail in müdafiəçisi: Kəpəz in qalib gəlib gəlməməsi bizim üçün maraqlı deyil MÜSAHİBƏ

Səbail in müdafiəçisi: Kəpəz in qalib gəlib gəlməməsi bizim üçün maraqlı deyil MÜSAHİBƏ

Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.

"Səbail" Misli Premyer Liqasının 21-ci turunda səfərdə "Turan Tovuz"la 1:1 hesablı heç-heçə edib. Bayıl təmsilçisinin müdafiəçisi Mert Çelik matçdan sonra Sportal.az saytına müsahibə verib:

- "Turan Tovuz"la görüşdə bir xalla kifayətləndiniz. Oyunu necə dəyərləndirirsən?

- Yaxşı oynadığımızı düşünürəm. Qol şanslarımız çox idi, amma dəyərləndirə bilmədik. Amma uduzmadıq da. Uduzmamaq çox önəmli idi. Bizim üçün hər xal önəmlidir. Düzü, Tovuza bir yox, üç xal üçün yollanmışdıq. Rəqibimiz qırmızı vərəqə gördü, azlıqda qaldı. Paltardəyişmə otağında daha da istəkli idik, ikinci yarıya elə çıxdıq. Qalib gəlməyi çox istəyirdik. Amma bir xal qazandıq. Bunun üçün sevincli deyiləm, üzgünəm.

- İkinci hissəni hücumda keçirdiniz. Qalibiyyət qolunu vurmaq üçün nə çatmadı?

- Bəlkə də hücumda daha çox hərəkətli olsaydıq, ikinci qolu da vurardıq. İkinci hissədə çox qol epizodu qaçırdıq. İlk yarıda da həmçinin. Bir az daha sakit olub, şanslarımızı daha yaxşı dəyərləndirsəydik, qalib gələ bilərdik. Çünki oyunumuz yaxşı alınmışdı, epizodlar az deyildi.

- Əsas rəqibiniz "Kəpəz" də xallar qazanmağa davam edir. Bu rəqabət sizə necə təsir edir?

- İnanın, "Kəpəz"in xal qazanıb-qazanmaması heç vecimizə deyil. Çünki biz öz oyunlarımıza fokuslanmışıq və matçlarımızı qazanmaq istəyirik. Qazandığımız halda də üst sıralara çıxacağıq. Onun üçün "Kəpəz"in qalib gəlib-gəlməməsi bizim üçün maraqlı deyil. Biz öz yolumuza, öz oyunumuza baxırıq. Qarşıdakı görüşləri düşünürük.

- Qış fasiləsindən sonra üç oyuna 7 xal toplamısız. Bu da Premyer Liqada ən yaxşı göstəricilərdəndir. Fasilədə nələri dəyişdiz?

- Daha çox taktiki sarıdan çalışmağa zamanımız oldu. Baş məşqçimizin bizə söylədiyi taktikaları daha yaxşı anlamağa başladıq. Həm hücum, həm də müdafiə anlamında. Üç oyunda bir qol buraxmışıq. Daha çox qol vura bilərdik, çünki qol epizodlarımız az olmamışdı. Bundan sonra da yenə eyni şəkildə davam edəcəyik. Qarşıda bizi "Qarabağ"a qarşı kubok görüşü gözləyir. O matçda da eyni şəkildə, qazanmaq, mərhələ adlamaq üçün meydana çıxacağıq. Mümkün olduqca daha çox qol vurub, daha az qol buraxmaq istəyirik.

- Həm müdafiənin mərkəzində, həm də sağ cinahında oynayırsan. Hansı sənə daha uyğundur?

- Mənim üçün bunun heç fərqi yoxdur. Önəmli olan oynamaq və özümü inkişaf etdirməyimdir. Mən də özümü inkişaf etdirmək istəyirəm. Yenidən yuxarılara, A milliyə çıxmaq istəyirəm. Onun üçün də mövqe fərqi hiss etmirəm. Mənə hansı mövqedə şans verilirsə, onu yerinə yetirməyə, özümü yaxşı göstərməyə çalışıram. 

- Millidən söz düşmüşkən, martda millinin oyunları olacaq. Fernandu Santuşdan dəvət gözləyirsən?

- Fernandu Santuşdan dəvət gözləməyim üçün mənim bir şeylər göstərməyim lazımdır. Meydanda əlimdən gələni edəcəm. Ondan sonrası da məşqçilər korpusunun, millinin seçimidir. Dəvət etsələr, millidə də özümü ən yaxşı şəkildə göstərəcəm. Dəvət etməsələr də, çalışacam ki, daha sonrakı toplanışa çağırılım.

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://sportal.az
archiveBu xəbər 02 Fevral 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see282

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see253

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see243

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see192

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see191

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see187

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see151

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see135

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri