“Səbail”in qalib gəlməsi oyunumuza təsir etdi” “Kəpəz”in legioneri İdmanXəbər
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Komanda qələbə qazandığı və qol vurduğum üçün çox sevincliyəm. Bu, bizim üçün çox önəmli oyun idi. Çox şükür ki, 3 xal qazana bildik. Matça yaxşı hazırlaşmışdıq. Qələbə gözləyirdik. Bu görüşə hamımız hazır idik”.
Bu sözləri İdmanxeber.az saytına “Kəpəz”in futbolçusu Karim Lkoça “Turan Tovuz” oyunu (5:2) barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Səbail”in qalib gəlməsi oyunumuza təsir etdi. Onlar qalib gəldiyi üçün daha da həvəsləndik. Növbəti tur “Səbail”lə oynayacağıq. Bizim üçün hazırda bütün görüşlər önəmlidi. “Səbail”lə görüşə də bu qarşılaşma kimi hazırlaşacağıq”.
Mərakeşli oyunçu öz performansı barədə də söz açıb:
“Bütün oyunçular yeni çempionata gələndə adaptasiya dönəmi olur. Mən artıq özümü çox hazır hiss edirəm. Həmin dövr mənim üçün geridə qalıb. İndi öz hədəfimizə köklənmişik. Məqsədimiz Premyer Liqada qalmaqdı”.
Həsən Quluzadə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 20 Yanvar 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















