“Səbail”dən ayrılan Qırğızıstana gedir ardıcıl ikinci futbolçu
Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.
Xəbər verdiyimiz kimi, qışda “Səbail”ə qoşulan Mirabdulla Abbasov Qırğızıstanın “Abdış-Ata” klubuna transfer olunub. Mirabdullanın ardından İlkin Muradov da eyni komandaya keçib. Çox güman, o da Qvanzav Maqomedovun vasitəçiliyi ilə.
Bəs azərbaycanlı futbolçular “Abdış-Ata”da nə görüblər?
Öncə onu bildirək ki, “yaz-payız” sistemi ilə keçirilən Qırğızıstan çempionatı hazırda davam edir. 13 turdan sonra “Abdış-Ata” 25 xalla 5-ci pillədədi. Kant şəhərinin təmsilçisi Qırğızıstan çempionatına görə ortabab olsa da, Azərbaycan klubları ilə müqayisəyə gələsi deyil.
Çox maraqlıdı, futbolçularımız nəyə görə ora gedir? Güclü maliyyə imkanları da yoxdu ki, deyəsən pula görə gediblər. Autsayder elita, yaxud ortabab 1-ci liqa klublarımız “Abdış-Ata”dan daha əlverişlidi. İlkin Muradov “transfermarkt” dəyərinə görə klubun ən dəyərli ikinci futbolçusu olacaq. Klubun ümumi “transfermarkt” dəyəri heç üç milyon avro deyil.
İlkinin 29, Mirabdullanın 30 yaşı var. Rəqabətədavamlı olmayan, yığmaya yol açmayan Qırğızıstan çempionatına yollanmağın heç bir məntiqi izahı yoxdu. Varsa, qoy özləri desinlər!
MÜZƏFFƏR QULUZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 09 İyul 2025 00:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















