“Səbail”in taleyinə klubdaxili iclasda aydınlıq gələcək Klubdan ə AÇIQLAMA
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Ötən il Premyer Liqanı tərk edib Birinci Liqaya düşən “Səbail” futbol klubunun üzərindən qara buludlar çəkilmir. Mətbuatda yayılan iddialara görə, son bir neçə ayda maaşları verə bilməyən rəhbərlik klubu satmaq niyyətindədir.
Artıq “Şahdağ Qusar”ın keçmiş rəhbərliyi klubu almaq barədə “Səbail”lə razılığa gəldiyi bildirilir. Həmçinin iddia olunur ki, klubun adı dəyişdiriləcək və komanda Qubaya köçəcək.
Bütün bu iddiaları dəqiqləşdirmək məqsədi ilə “Səbail” futbol klubunun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla əlaqə saxladıq.
Rəşad Məmmədov İdman.Biz-ə verdiyi açıqlamada, yayılan məlumatları təsdiqləməsə də, onları təkzib də etmədi.
“Səbail” rəsmisi bildirdi ki, bütün suallara yaxın günlərdə keçiriləcək klubdaxili iclasda aydınlıq gələcək.
“İclasdan sonra klub ictimaiyyətə geniş açıqlama verəcək” - deyə Rəşad Məmmədov əlavə etdi.
Məlumat üçün əlavə edək ki, “Səbail” Peşəkar Futbol Klubu 2016-cı ildə təsis edilib. “Səbail” uzun illər Premyer Liqada çıxış etsə də, sonuncu mövsüm Azərbaycan Birinci Liqasında mübarizə aparıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 09 İyun 2026 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















