Səbinə Əliyeva təhqir olunduğunu deyən qaradərili futbolçu ilə görüşdü
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
İrqçiliyə məruz qalması iddiası ilə FİFA və UEFA-ya şikayət edən Birinci liqada mübarizə aparan "Difai” klubunun kamerunlu hücumçusu Kristian Kamta İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına dəvət olunub.
Bu barədə aparatın mətbuat xidmətinin rəhbəri Araz Əsgərli məlumat verib.
O bildirib ki, futbolçunun problemləri dinlənilib və araşdırmalara başlanılıb: "Futbolçunun müraciəti qeydə alınıb. Aidiyyəti tərəflərə də bununla bağlı tapşırıq verilib, rəsmi sorğular göndərilib. Futbolçuya da bundan sonra nə dəstək lazımdırsa, göstərilib və göstəriləcək”.
Kristian Kamta özü də bu barədə açıqlama verib: "Onlar məndən izahat aldılar. Əminəm ki, bu problem qısa müddət ərzində öz müsbət həllini tapacaq”.
Qeyd edək ki, "Difai”nin kamerunlu hücumçusu Kristian Kamta UEFA və FİFA-ya şikayət məktubu göndərib.O, çıxış etdiyi I Liqada irqçiliyə məruz qaldığını bildirib. Futbolçu hakimlərin ayrıseçkilik hallarına yol verməsindən şikayətlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 30 Aprel 2025 18:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















