Icma.az
close
up
RU
Səbinə Salmanova: “Azərbaycan artıq regionun lider dövləti kimi tanınır”

Səbinə Salmanova: “Azərbaycan artıq regionun lider dövləti kimi tanınır”

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın yaddaşına əbədi həkk olunmuş tarixi bir gündür. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız öz müstəqil dövlətini bərpa etdi. Bu sənəd əsrlər boyu azadlıq, milli kimlik və dövlətçilik uğrunda mübarizə aparan Azərbaycan xalqının tarixi arzusunun reallaşması idi”.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan xalqı hələ 1918-ci ildə Şərqdə ilk demokratik respublika – Azərbaycan Xalq Cümhuriyyətini yaratmaqla dövlət quruculuğu ənənələrinə sahib olduğunu bütün dünyaya sübut etmişdi:

“Lakin cəmi 23 ay sonra müstəqilliyin itirilməsi xalqımızın azadlıq amalını sönməyə qoymadı. 1991-ci ildə Sovet imperiyasının dağılması ilə yaranan tarixi şəraitdən istifadə edən xalqımız yenidən öz istiqlalına qovuşdu. Müstəqilliyin bərpası ilə Azərbaycan dövlətçiliyi yeni mərhələyə qədəm qoydu və xalqımız tarixin ən şərəfli səhifəsini yazdı”.

Parlamentari xatırladıb ki, müstəqilliyin ilk illəri Azərbaycan üçün ağır sınaqlar dövrü oldu: 

“Dövlətçiliyin bərpası ilə yanaşı, ölkə daxili çəkişmələr, iqtisadi böhran, xarici təzyiqlər və Ermənistanın təcavüzü ilə üz-üzə qaldı. Xalqımızın azadlıq arzusu təhlükə altına düşdüyü bir zamanda Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası milli dövlətçiliyimizi xilas etdi.

1993-cü ildə xalqımızın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaqdan, anarxiya və xaosdan qorudu, dövlətin dayaqlarını möhkəmləndirdi, siyasi sabitlik və ictimai etimadı bərpa etdi.

Ulu Öndərin müdrik rəhbərliyi ilə qəbul edilən Yeni Konstitusiya, milli ordu quruculuğu, iqtisadi islahatlar və müstəqil xarici siyasət Azərbaycanın dövlət müstəqilliyinin sarsılmaz əsasını yaratdı”.

“Ümummilli Lider Heydər Əliyev uzaqgörənliklə bildirirdi ki, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır”. Bu ideya bu gün də milli ideologiyamızın bünövrəsini təşkil edir. Ulu Öndərin müəyyənləşdirdiyi strateji inkişaf yolu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq regionun lider dövləti, qlobal miqyasda isə etibarlı tərəfdaş kimi tanınır. Müstəqilliyimizin real məzmunu cənab İlham Əliyevin 22 illik prezidentliyi dövründə daha da dərinləşib, bu gün ölkəmiz güclü iqtisadiyyata, qüdrətli orduya və qətiyyətli siyasi iradəyə malikdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə əldə edilən tarixi Zəfər, torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası dövlət müstəqilliyimizin ən parlaq təcəssümüdür. Bu Qələbə ilə Azərbaycan həm öz suverenliyini möhkəmləndirdi, həm də müstəqil dövlət kimi gücünü, birliyini və əzmini bütün dünyaya göstərdi”, - deputat S.Salmanova söyləyib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Oktyabr 2025 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see221

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see216

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see168

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see157

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see146

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see144

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri