Icma.az
close
up
RU
Səbinə Salmanova: “Ermənistan sülhlə bağlı səmimiliyini ortaya qoya bilmir” MÜSAHİBƏ

Səbinə Salmanova: “Ermənistan sülhlə bağlı səmimiliyini ortaya qoya bilmir” MÜSAHİBƏ

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər gündəmdə olan bir çox məsələlər, Prezident İlham Əliyevin 7 yanvar tarixində yerli mediaya verdiyi müsahibədə səsləndirdiyi fikirlər, Azərbaycan və Ermənistan arasında sülh danışıqları, o cümlədən siyasi birlik və həmrəyliklə bağlı “Cebheinfo.az”-ın suallarını deputat Səbinə Salmanova cavablandırıb.

- Səbinə xanım, xoş gördük. Öncə yeni ilinizi təbrik edirik. Elə ilk sualı da ondan başlayaq. Yeni ili necə qarşıladınız?

- Xoş gördük. Mən də sizi, kollektivinizi və oxucularınızı 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Sizlərə şəxsi və yaradıcılıq həyatınızda uğurlar arzulayıram. Bayram günü şəhid və qazi ailələrimizi, aztəminatlı ailələri ziyarət etdik, onlarla bayramlaşdıq, bir-birimizə arzu və istəklərimizi bildirdik. Daha sonra isə yeni təqvim ilini ailəmlə, doğmalarımla qarşıladım. Açığı, ümumiyyətlə, ad günümü və bayramları təmtəraqlı qeyd etməyi sevmirəm, amma təbriklərdən, bayramlaşmaqdan tam kənarda da qalmaq olmur.

- Mediadan və sosial şəbəkələrdən şahidi oluruq ki, tez-tez seçicilərinizlə görüşürsünüz. Seçiciləriniz daha çox hansı məsələlərlə bağlı Sizə müraciət edirlər?

-Ayda azı iki dəfə seçicilərimizlə görüşlər keçiririk. Qəbul zamanı müxtəlif məsələlərlə bağlı bizə müraciətlər olur. Seçicilər əsasən, işsizlik, sosial müdafiə, mənzil-məişət, məhkəmə və s. məsələlərlə bağlı müraciət edirlər.

Təbii ki, mütəmadi olaraq şəhid ailələri və qazilərimizlə sıx təmas qurur, ailələrinin yanında olur, qayğıları ilə maraqlanır, onları narahat edən məsələləri aidiyyəti qurumlar qarşısında qaldırırıq. Onu da xüsusi qeyd edim ki, Milli Məclisin payız sessiyası ərzində (sentyabr, oktyabr, noyabr, dekabr) birbaşa, sosial şəbəkə və telefon vasitəsilə 256 müraciət almışıq. Onlardan 10-u yazılı, 152-si şifahi və 94-ü isə sosial şəbəkələr (“Facebook” və “WhatsApp”) vasitəsilə olub. Müraciətlərin 65 %-i müsbət həll olunub, digər müraciətlər deputat səlahiyyətlərindən kənar olduğundan, qarşı tərəfə müvafiq izahatlar verilib, bəziləri isə icra mərhələsindədir. Bizə təkcə 45 saylı Sumqayıt dördüncü seçki dairəsinin hüdudlarında yaşayan vətəndaşlar deyil, o cümlədən müxtəlif şəhər və rayonların sakinləri də müraciət edirlər. Təbii ki, imkanımız və səlahiyyətimiz daxilində biz onlar arasında ayrı-seçkilik qoymuruq. Onların da problemlərinə diqqətlə yanaşırıq.

“Ermənistana sülh müqaviləsi lazım deyilsə...”

-Səbinə xanım, Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına geniş müsahibə verdi. Dövlət başçısı müsahibəsində bir sıra məsələlərə, o cümlədən Ermənistanın silahlanması məsələsinə toxundu. Bu barədə nə deyə bilərsiniz?

-Əvvəlcə qeyd edim ki, Cənab Prezidentin yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran bir çox məqamlara aydınlıq gətirdi. Prezident müsahibəsində Azərbaycanın prioritet sahələrdə qazandığı nailiyyətlər, icra olunan layihələr haqqında geniş və əhatəli məlumat verməklə yanaşı, qarşıda duran hədəflərlə əlaqədar prioritet istiqamətləri də ölkə ictimaiyyətinin diqqətinə çatdırdı.

Sualınıza gəldikdə isə onu deyə bilərəm ki, Ermənistan 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın tələblərini yerinə yetirməli, bütün təxribat cəhdlərindən imtina edərək konstruktiv siyasət həyata keçirməlidir. Ermənistan 2020-ci və 2023-cü illərdəki hərbi məğlubiyyətlərindən dərs çıxarmayıb. Azərbaycan tərəfi humanistlik göstərərək dəfələrlə beynəlxalq tribunalardan da bəyan edib ki, biz artıq müharibə səhifəsini bağlamaq, sülh istəyirik. Ancaq görürük ki, Ermənistan və onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün bir təhdid mənbəyidir. Ermənistan rəhbərliyi dərindən düşünməli və regionada sülh, sabitlik istəyirsə, Azərbaycan liderinin tələblərini təcili şəkildə yerinə yetirməlidir. Əks təqdirdə, məsuliyyəti Ermənistan tərəfi daşıyacaq.

-Necə düşünürsünüz, bu il Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilərmi?

-Tarixdə qələbə qazanan ölkənin məğlub tərəfə sülh təklifi etməsi az hallarda baş verən prosesdir. Ancaq Azərbaycan böyüklük, humanistlik göstərərək Ermənistana bu təklifi edib. Buna baxmayaraq, Ermənistan hələ də sülhlə bağlı səmimiliyini ortaya qoya bilmir. 

Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, sülh sazişi mətninin razılaşdırması imzalanması üçün Ermənistan, ilk növbədə, hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir. Biz qarşı tərəfdən bu istiqamətdə də hər hansı bir addımın atıldığını görmürük.
Bundan başqa, Şərqi Zəngəzur iqtisadi rayonunu, bütövlükdə Azərbaycanı Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyaların açılması ilə bağlı Ermənistan yazılı təsbit olunmuş və imzalanmış öhdəliklərinin olduğunu bilsə də, yerinə yetirmir. Digər tərəfdən də yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan silahlanmadan əl çəkməlidir. İndiki dönəmdə sülhdən danışmaq mümkün deyil.

Ümid edirəm ki, Ermənistan rəhbərliyi sülh müqaviləsi ilə bağlı Azərbaycanın bütün şərtlərini qəbul edəcək. Amma Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil.

“Azərbaycan vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsini heç zaman unutmayacaq”

-Son günlər ölkənin əsas gündəm məsələlərindən biri də AZAL təyyarəsinin Rusiya səmasında vurulmasıdır. Prezident İlham Əliyev AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşdə bir sıra mesajlar verdi. Bu məsələ ətrafında da fikirlərinizi bilmək maraqlı olardı...

-Azərbaycan dövləti hadisənin ədalətli və obyektiv araşdırılmasının tərəfdarıdır. Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan bələdçilərlə görüşündə də bu məsələyə toxundu və söylədi ki, “qara qutu”ların Braziliyaya göndərilməsi bizim obyektivlik tələb etdiyimizdən xəbər verir.

Xatirinizdədirsə, dövlətimizin başçısı dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində də bildirmişdi ki, bütün təkliflərə və təkidlərə baxmayaraq Dövlətlərarası Aviasiya Komitəsinin “qara qutu”ları açmasına qəti etiraz olunub. Çünki Dövlətlərarası Aviasiya Komitəsi tərəfindən “qara qutu”lar açılsaydı, obyektivlik sual altına düşə bilərdi. Ona görə hər zaman ədalətli mövqe sərgiləyən Prezident İlham Əliyevin təkidi ilə “qara qutu”ların təhlilinə Azərbaycan, Qazaxıstan və Rusiya nümayəndələrinin iştirakı ilə Braziliyada başlanılıb. Əminik ki, yaxın vaxtlarda biz hadisənin ilkin səbəblərini dəqiqliklə öyrənəcəyik.

Ancaq bu gün ortada Azərbaycanın mülki təyyarəsinin Rusiyada vurulması və nəticədə 38 nəfərin faciəli şəkildə həyatını itirməsi faktı var. Prezident İlham Əliyevin Rusiyadan tələbləri tam reallığı əks etdirir və ədalətlidir. Rusiya tərəfi öz günahını etiraf etməli və Azərbaycandan üzr istəməli, günahkarları cinayət məsuliyyətinə cəlb etməli və cəzalandırmalı, Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu tələblər beynəlxalq təcrübəyə və normal insani davranışa əsaslanır. Ümid edirik ki, Rusiya tərəfi tezliklə reallığı və Azərbaycanın tələblərini qəbul edəcək. Azərbaycan vurulan təyyarəyə Rusiya ərazisində eniş icazəsinin verilməməsini heç zaman unutmayacaq.

AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, onların yaxınlarına və doğmaların səbir diləyirəm. Allahdan yaralıların tezliklə şəfa tapmasını arzulayıram!

“Faciədən çirkin siyasi şou yaratmağa çalışanlar...”

- Səbinə xanım, 2020-ci il Vətən müharibəsi zamanı da, indi də ölkədə etimad mühiti var, siyasi həmrəylik və milli birlik hökm sürür. Amma bəziləri bu birliyi pozmağa cəhd edirlər. Hətta sonuncu dəfə təyyarə qəzası ilə bağlı 24 siyasi partiya bəyanat imzaladı. Ancaq bəziləri o bəyanata da imza atmadılar. Necə düşünürsüz, onların bu cür mövqe tutmasının arxasında hansı səbəblər durur?

-44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında olduğu kimi, bu dəfə də ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar xalqımızın və dövlətimizin yanında olduqlarını bir daha bəyan etdilər. Bu, 24 siyasi partiyanın xalqın çətin məqamında, dövlətimizin həyatında taleyüklü məsələlərin həlli zamanı narahatlıqlarından əlavə, həm də bir siyasi mədəniyyətin təzahürüdür. Son vaxtlar Prezident İlham Əliyevin çağırışları əsasında ölkədə yeni bir siyasi mühit formalaşıb, siyasi partiyalarla iqtidar arasında dialoq dəstəklənir, xalqı və dövləti narahat edən taleyüklü məsələlərlə əlaqədar qarşılıqlı hörmət, etimad əsasında fikir mübadiləsi aparılır. Təəssüf ki, bu dəfə də Azərbaycan Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyası dövləti, milli maraqlarımızdan çıxış edən birgə bəyanata qoşulmadılar.

Təəssüf doğuran odur ki, bəziləri bu faciədən də öz şəxsi mənafeləri üçün istifadəyə cəhd etdilər. Hadisəni siyasiləşdirərək, qəzada həlak olanların yaxınlarının hisslərindən sui-istifadəyə çalışdılar. Hesab edirəm ki, faciədən belə çirkin siyasi şou yaratmağa çalışanların bu iyrənc addımı insanlıqdan və vicdandankənar davranışdır.

- Dəvətimizi qəbul etdiyinizə və geniş müsahibəyə görə Sizə təşəkkür edirik.

- Çox sağ olun.

Söhbətləşdi: Vilayət Muxtar
“Cebheinfo.az”

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 Yanvar 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see258

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see139

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see131

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see129

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see129

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see121

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see121

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see119

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri