Icma.az
close
up
RU
Səbrin sonuncu damlası Tovuz döyüşləri

Səbrin sonuncu damlası Tovuz döyüşləri

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 12 iyul, AZƏRTAC

44 günlük Vətən müharibəsində əldə edilən Böyük Zəfər zaman-zaman Ordumuzun düşmən üzərində qazandığı qələbə və üstünlüklərin yekun nəticəsi idi. Uzun illər davam edən işğal dövründə müxtəlif vaxtlarda atəşkəsi pozan və yeni iddialara niyyətlənən Ermənistan hər dəfəsində ağır zərbələrlə geri oturdulurdu. 2020-ci ilin iyulundakı Tovuz döyüşlərini isə Zəfər tunelinin son keçidi adlandırsaq, yanılmarıq.

Milli Ordumuzun qəhrəmanlıq salnaməsində xüsusi yer tutan həmin döyüşlərin başlamasından bu gün beş il ötür. İşğalçı Ermənistanın təxribatlarının qarşısının alınması ilə başlayan beşgünlük iyul döyüşlərində düşmənə sarsıdıcı zərbə endirilərək onun mənfur niyyətinin qarşısı qətiyyətlə alındı.

AZƏRTAC Ordumuzun beş il əvvəlki gücünün və qətiyyətinin nümayişi olan Tovuz döyüşlərinin bəzi təfərrüatlarına və nəticələrinə bir daha nəzər salır.

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq artilleriya qurğularından istifadə etməklə əvvəlcə Azərbaycan Milli Ordusunun mövqelərini atəşə tutdu və sonra hücuma keçməyə cəhd göstərdi. Görülən adekvat tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alındı və onlar geri oturduldu. Həmin döyüşlərdə üç hərbçimiz şəhid oldu, beş nəfər isə yaralandı. Ermənistan ordusunun şəxsi heyəti isə çoxsaylı itki verdi.

İyulun 13-nə keçən gecə Ermənistan hərbi birləşmələri Tovuz istiqamətində gərginliyi artırmaq məqsədilə iriçaplı pulemyotlar, qumbaraatanlar, snayper tüfəngləri, minaatanlar və artilleriya qurğularından istifadə etməklə Ordumuzun mövqelərinə yenidən atəş açdı. Düşmənin növbəti təxribatlarına qarşı qoşunlarımız tərəfindən sərt cavab tədbirləri görüldü. Elə həmin gün Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini minaatanlardan və toplardan atəşə tutdu. Bu dəfə qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri həyata keçirildi. Ermənistan silahlı qüvvələrinin bir neçə hərbi obyekti və texnikası, həmçinin atəş mövqeləri, radiolokasiya stansiyası, şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu dəqiq atəşlə darmadağın edildi.

Həmin gün gecə və səhər saatlarında döyüşlər Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində davam etdi. Düşmən hücumunun qarşısının alınması məqsədilə görülən tədbirlər nəticəsində müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqəsi, müdafiənin dərinliyindəki ehtiyatlar və canlı qüvvə məhv edildi. İki sutka ərzində qarşı tərəfə sarsıdıcı zərbələr endirildi.

İyulun 14-də erməni silahlı birləşmələri Tovuz rayonunun Ağdam, Əlibəyli və Dondar Quşçu kəndlərini iriçaplı silahlar və artilleriya qurğularından fasiləsiz atəşə tutdu. Məhz həmin gün gedən döyüşlər zamanı müdafiənin ön xəttində Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev, eləcə də beş hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı. Zabit və hərbi qulluqçuların göstərdikləri igidlik nümunəsi istər döyüşən orduda, istərsə də gənc və yeniyetmələr arasında çox böyük coşquya səbəb oldu. Gənclər, keçmiş döyüşçülər, vətənpərvərlik hissi ilə köklənən yeniyetmələr axın-axın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bölmələrinə üz tutaraq könüllü olaraq Vətən torpağının müdafiəsinə qalxmaq arzularını ifadə etdilər. Prezident, Ali Baş Komandan həmin günlərdə deyirdi: “Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib”.

Döyüşlərin gedişində “Harop” pilotsuz uçuş aparatından istifadə edilməklə düşmənin atəş nöqtəsi susduruldu. Qarşı tərəfin artilleriya divizionunun idarəetmə məntəqəsi Milli Ordumuzun bölmələrinin dəqiq atəşi ilə sıradan çıxarıldı. Düşmənə digər sarsıdıcı zərbələr də endirildi.

Azərbaycan Ordusunun yüksək peşəkarlığının və qəhrəmanlığının parlaq nümunəsi olan Tovuz döyüşləri zamanı 12 hərbçimiz şəhidlik zirvəsinə ucaldı. Həmin döyüşlərdə düşmənin 100-dən çox hərbçisi məhv edildi, çox sayda döyüş texnikası sıradan çıxarıldı.

General Polad Həşimova və polkovnik İlqar Mirzəyevə ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Tovuz döyüşləri Ordumuza inamı artırmaqla yanaşı, xalqımızın vətənpərvərlik duyğularının oynamasında yeni bir dalğaya səbəb oldu.

Tovuz döyüşlərindən təxminən iki ay yarım sonra xalqımız üçün həlledici olan haqq savaşı başladı. Sentyabrın 27-də düşmənin növbəti təxribatının qarşısını almaq üçün genişmiqyaslı əks-həmlə əməliyyatı keçirən rəşadətli Milli Ordumuz 44 günlük Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinə qalib gələrək torpaqlarımızı işğaldan azad etdi.

Hazırda Silahlı Qüvvələrimizin inkişaf etdirilməsi istiqamətində davamlı addımlar atılır. Ordumuz öz döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artırmaqda davam edir.

Vətən müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq, Ermənistan ölkəmizə qarşı hərbi təxribatlarını davam etdirirdi. Bunun qarşını almaq üçün 2023-cü il sentyabrın 19–20-də hərb tariximizin daha bir parlaq səhifəsini təşkil edən uğurlu lokal xarakterli antiterror tədbirləri həyata keçirildi. Yüksək peşəkarlıq və qətiyyət nümayiş etdirərək Azərbaycan Milli Ordusu bir neçə saat ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin, terrorçuların və separatçı rejimin mövcudluğuna son qoydu.

Hadisələrin sonrakı uğurlu davamı göstərdi ki, beş il əvvəl iyulun 12-dən 17-dək davam edən Tovuz döyüşləri Qələbəyə gedən yolda çox mühüm mərhələ oldu. Həmin döyüşlərdə şəhid olanların əziz xatirəsi qəlbimizdə həmişə yaşayacaq, onların qəhrəmanlığı nəsillərdən-nəsillərə keçəcək. Tovuz döyüşləri məhz bu mənada Böyük Zəfərə aparan yolun başlanğıcı kimi qiymətləndirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 İyul 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see425

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see355

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see330

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see287

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see284

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see270

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see253

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see245

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see236

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see235

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see231

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see224

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see224

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see224

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see216

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see213

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see210

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see200

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see196

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri