Icma.az
close
up
RU
Səbrin də bir həddi var

Səbrin də bir həddi var

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməlidirlər. Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik?

Prezident İlham Əliyevin bu il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsindən

Məlum həqiqətdir ki, əzəli torpağımız olan Zəngəzurun XX əsrin əvvəllərində zorla Azərbaycandan qoparılması Türk dünyasının coğrafi cəhətdən parçalanması məqsədini güdürdü. Bu planın həyata keçməsində İrəvan xanlığının ərazisində özlərinə dövlət yaratmış ermənilərdən daha çox Qərb, Osmanlı imperiyasının zərbini görmüş xristian dünyası maraqlı idi.

O zaman onlar istədiklərinə nail oldular. Çünki Osmanlı dövlətinin yerində qurulmuş Türkiyə Cümhuriyyəti Birinci Dünya müharibəsində zəifləmiş, Azərbaycan isə müstəqilliyini yenicə elan etmişdi. Bir yerdə səbir göstərməyə məcbur olduq. Sonra hayların təəssübkeşinə çevrilmiş sovetlərin soydaşlarımızın Zəngəzurdan, Ermənistan adlanan respublikanın digər bölgələrindən deportasiyasına dözməli olduq. Daha sonra yenə Qərbin körüklədiyi Qarabağ münaqişəsi, müharibəsi və işğal. Bu dəfə tarix 30 ilə yaxın səbrimizi sınağa çəkdi. Amma ədalətsizcəsinə məhrum edildiklərimizə baxıb yavaş-yavaş qəddimizi dikəltdik, gücləndik və nəhayət, səbrimizi daşıranlara həddini göstərməyi bacardıq.

* * *

Bizlərdə “yol böyüyündür”, – deyimi var. Savaş meydanında qalibiyyət qazanmış xalqın, ordunun və onun sərkərdəsinin də yolu birinci keçmək haqqı var. Həm də bu yol onun doğma torpağının üzərindən keçirsə. İndi məğlub Ermənistan bizə Naxçıvana yol vermək istəmir. Daha doğrusu, vermək istəyir, amma bu zaman şərtlərini irəli sürür. Baxmayaraq ki, 44 günlük müharibənin sonunda kapitulyasiya aktını – 10 noyabr 2020-ci il tarixli Bəyanatı imzalamış Ermənistan hakimiyyətinin boynuna Azərbaycanın Qərb rayonlarından Naxçıvana maneəsiz keçidin təmin edilməsi öhdəliyi qoyulub, bugünədək İrəvan buna əməl etməkdən boyun qaçırır. Bu zaman ən müxtəlif bəhanələr gətirir. Misal üçün, dəhlizdən keçəcək qatarlardakı, maşınlardakı yüklərin kim tərəfindən və necə yoxlanılacağı ətrafında diskussiya aparırlar.

“Azərbaycandan və yaxud digər ölkələrdən Ermənistan ərazisi vasitəsilə daşınan istənilən yük bu və ya digər şəkildə nəzarətə götürülməlidir”. Bunu Hayastan parlamentində təşkil edilən ənənəvi brifinqlərin birində iqtidardakı “Mülki müqavilə” partiyasından olan deputat, parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının rəhbəri Arman Eqoyan deyib.

Jurnalistlər Paşinyanın partiyadaşına sualı bu formada veriblər: “Əgər nəqliyyat dəhlizi açılsa, Azərbaycandan tranzit necə həyata keçiriləcək və Bakının təkid etdiyi, yüklərin və sərnişinlərin maneəsiz keçidinə imkan veriləcəkmi?” Hay parlamentari cavabında bildirib ki, Ermənistan ərazisindən daşınan istənilən yük müəyyən gömrük-sərhəd prosedurundan keçməlidir: “Biz buna “yoxlama” deməyəcəyik, amma müəyyən nəzarət mexanizmi olmalıdır. Ermənistan Respublikası bilməlidir ki, onun ərazisindən nə daşınır. Hazırda bunun üçün bütün lazımi texniki vasitələr mövcuddur. “Yoxlama” anlayışı kifayət qədər geniş mənalı ifadədir. Siz həm yükü açıb yoxlaya bilərsiniz, həm də skanerdən istifadə etməklə nəzarət edə bilərsiniz”.

Hayların baş naziri Paşinyan da bu məsələdə təxminən Eqoyanın açıqlamasına yaxın mövqedən çıxış edir.

* * *

“Ermənistan Baş naziri Nikol Paşinyan yəqin anlayır ki, Zəngəzur dəhlizinin açılmasını yubatmaqla özünün də elan etdiyi “sülh qovşağının”, Prezident İlham Əliyevin təbirincə desək, “bir qara qəpik” dəyəri olmayacaq”. Bunu mövzu ilə bağlı XQ-yə açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi icmalçı Elxan Şahinoğlu bildirir. Ekspert xatırladır ki, Bakının Tehranla razılaşması var, dəhliz İran ərazisindən Araz çayının cənub sahili ilə keçəcək, körpünün inşası bitmək üzrədir, yollar asfaltlanıb: “Bu yol tam gücü ilə işə düşdükdən sonra rəsmi Bakının keçmiş illərdə olduğu kimi, Zəngəzur dəhlizində israrına ehtiyac qalmayacaq. Bu baş verməsin deyə, Paşinyan İlham Əliyevin “maneəsiz dəhliz” yanaşmasını qəbul etmək həvəsindədir. Təsadüfi deyil ki, baş nazir “Ermənistan Naxçıvanla Azərbaycanın qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil” fikrini səsləndirib. Ancaq Paşinyan bu cümlədən sonra “amma bu, Ermənistanın yurisdiksiyasından yan keçmək demək deyil” ifadəsini də işlədib. Böyük ehtimalla Paşinyan bu əlavəsi ilə özünü müxalifətin və diasporun ittihamlarından sığortalamağa çalışır.

Məsələ burasındadır ki, Zəngəzur dəhlizindən maneəsiz keçidi qəbul etməyə hazır görünən Paşinyan bu halda Ermənistan yurisdiksiyasını tətbiq edə bilməyəcək. Paşinyan bunun əvəzinə Azərbaycandan Ermənistan üçün də Rusiyaya maneəsiz keçid istəyə bilər. Amma bunlar fərqli məsələlərdir. Zəngəzur dəhlizi Azərbaycanın materik hissəsinin ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirir. Bu, Ermənistan qatarlarının və maşınlarının eyni qaydada Azərbaycan ərazisindən maneəsiz keçidi ilə bərabər tutula bilməz”.

E.Şahinoğlu əmindir ki, bütün hallarda Paşinyan Zəngəzur dəhlizi ilə bağlı addım barədə düşünür. Onun sözlərinə görə, baş nazirin “müasir dünya bütün istiqamətlərdə maneəsiz hərəkəti təmin etmək üçün daima çalışır” sözləri də bundan xəbər verir: “Paşinyanın İrəvanın Azərbaycana öz təkliflərini göndərməsi və Bakıdan cavab gözləməsi ilə bağlı dediklərində də diqqət çəkən məqamlar var: “Onlar (Bakı) bunu necə adlandıracaq (kommunikasiyaların açılması üzrə), biz nə adlandıracağıq, bu başqa mövzudur. Qərar nə olursa-olsun, biz onu öz, onlar da öz adı ilə çağıracaq. Vacib olan məsələnin mahiyyətidir”.

Görünür, Paşinyan Naxçıvana maneəsiz keçidi təmin edəcək dəhlizə ayrı “ad” vermək istəyir ki, daxildən və xaricdən təzyiqlərlə üzləşməsin. Əslində, Azərbaycan üçün dəhlizin necə adlanacağının fərqi yoxdur. Əsas odur ki, vətəndaşlarımız və nəqliyyat vasitələrimiz üçün maneəsiz keçid mövcud olsun. Yəni Azərbaycan vətəndaşları pasport yoxlamasına məruz qalmadan qatarla və maşınla Naxçıvana rahat keçə bilsinlər.

* * *

Azərbaycan Naxçıvana maneəsiz keçid məsələsinin mümkün qədər tez həllini tapması, bunun beynəlxalq hüquq normaları çərçivəsində baş verməsi üçün bütün lazımi addımları atıb və atmaqdadır. Bu məsələnin ləngiməsi həm də regionda sülh və əməkdaşlıq mühitinin bərqərar olmasına öz mənfi təsirini göstərir. Aydın məsələdir ki, hadisələrin bu məcrada davam etməsi Cənubi Qafqazın söz sahibi və qalib ölkəsi olan Azərbaycanın milli maraqlarına, mənafelərinə cavab vermir.

Ermənistan hökumətinin başçısı Azərbaycanla sülh sazişinin imzalanması, normallaşma prosesinin davam etməsi və s. məsələlər üzrə əməkdaşlığa dair qərar verməkdə çətinlik çəkdiyi kimi, Zəngəzur dəhlizi ilə bağlı da tərəddüd edir. İrəvan anlamaq istəmir ki, bu məsələnin həlli daha çox Azərbaycan və Ermənistanın marağının təmin olunması üçündür. Eyni zamanda, regionətrafı ölkələrin maraqlarının kəsişmə nöqtəsinə çevriləcək Zəngəzur dəhlizi reallaşarsa, bu, perspektivdə hamının xeyrinə olacaq. Ermənistan hakimiyyətinin ənənəvi olaraq özünə kənarda “ağsaqqal”, “sponsor”, “yolgöstərən” axtarışı həmişə uğursuz sonluqla bitib. Bunu tarixi faktlar Ermənistan adlı dövlət yaranan gündən dəfələrlə təsdiqləyib.

44 günlük Vətən müharibəsi, 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirlərindən sonra yaranan yeni reallıqlar fonunda Zəngəzur dəhlizi yenidən Türk dünyasının birləşdiricisi rolunu oynayacaq. Bundan digər ölkələr, o cümlədən Ermənistan da çoxlu fayda götürəcək. Təki Paşinyan hökuməti daşı ətəyindən töksün, Türkiyə və Azərbaycana qarşı ərazi iddalarını konstitusiyalarından və beyinlərindən silib atsınlar.

Dörd-beş ay bundan əvvəl Ermənistan xarici işlər nazirinin adının Türkiyədə yerləşən dağın adından (Ararat – Ağrıdağ) götürülməsinə ironiyalı replika yazmışdım. İndi isə deyə bilərəm ki, cənab Mirzoyanın adının özü Türkiyəyə qarşı ərazi iddiası deməkdir. Bəlkə onu Ağrıdağ Mirzoyan adlandırmaq daha məqsədəuyğun olardı. Amma, bu, yenə azərbaycanlı jurnalistin ironiyasıdır.

Azərbaycan Cənubi Qafqazda sülh və əməkdaşlığın tərəfdarıdır. Bakı İrəvanın buna maneəçilik törətməməsini, Türkiyə ilə Azərbaycan, Azərbaycanla Naxçıvan arasında coğrafi maneə kimi fəaliyyət göstərməməsini istəyir. Bunun ən ümdə şərtlərindən biri Zəngəzur dəhlizinin qeyd-şərtsiz açılmasıdır.

Yazımıza nöqtəni Prezident İlham Əliyevin sözləri ilə qoyuruq: “Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik və Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir. Bugünkü dünyada güc amili ön plandadır və bunu heç kim unutmasın”.

İmran BƏDİRXANLI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Fevral 2025 02:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see231

Zelenski müharibəyə son qoymaq üçün əsas strategiyanı açıqladı

19 İyul 2026 18:51see218

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see206

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see193

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see190

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see186

Wildberries hücumları Rusiya iqtisadiyyatının belini qıra bilər...

19 İyul 2026 18:13see181

Əksərinin zibilə atdığı kartof qabığının bilinməyən istifadələri

19 İyul 2026 10:15see178

Gündə 5 dəfə eyni şeyi yedi, 32 kilo arıqladı FOTO

18 İyul 2026 09:09see174

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see173

Kim olmasından asılı olmayaraq, addım atırıq Rusiya rəsmisindən Ermənistan qərarı

19 İyul 2026 00:39see169

Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?

18 İyul 2026 22:22see168

Şirvanda partlayış necə baş verdi? FOTO

19 İyul 2026 01:21see167

“Aya bir addım: “Artemida III“ missiyası bəşəriyyətə nə göstərəcək?“ NASA

19 İyul 2026 19:24see158

Valeh Kərimovdan zarafatyana cavab: “Sərin yer axtarıram, deyirlər ki, Mingəçevirdə…“

19 İyul 2026 15:01see158

DÇ 2026: 10 qol vuruldu, İngiltərə 60 il sonra medal qazandı

19 İyul 2026 03:30see156

İrana ağır zərbə: ABŞ Hörmüzə nəzarət edən hərbi bazanı BLOKADAYA SALDI

18 İyul 2026 20:23see156

Çimərliklərə gedənlərə FHN dən təkrar Müraciət

19 İyul 2026 18:21see154

Bir milyona villa aldı Foto

18 İyul 2026 08:40see151

Niyə bəziləri işdən evə getməyə tələsmir?

19 İyul 2026 06:05see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri