Icma.az
close
up
RU
Səbuhi Səfiyarlı: Gəncləri birdən birə Premyer Liqada mübarizəyə atmaq baha başa gələ bilər

Səbuhi Səfiyarlı: Gəncləri birdən birə Premyer Liqada mübarizəyə atmaq baha başa gələ bilər

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Mövsümün əvvəlində hamı "Qəbələ"ni favorit göstərirdi. İlk oyunlardan göründü ki, asan olmayacaq. "Karvan" liderliyi ələ keçirdi, "İmişli" yaxşı futbol göstərirdi. Sona qədər də bu 3 klub arasında mübarizə davam edir. "Karvan"la həlledici oyunumuz oldu ki, qələbə qazanıb ilk pilləyə yüksəldik. Bundan sonra liderliyimizi davam etdiririk. Futboldur, hansısa matçda büdrəmək, səhv etmək bizə baha başa gələrdi. Sona qədər ehtiyatlı davrandıq. Məşqçilərdə narahatçılıq var idi ki, futbolçularda arxayınlıq yaranar. Buna görə də bu period asan olmadı. Yenə də şükür, qarşımıza qoyduğumuz hədəfə çatdıq. Yenə də klub rəhbərliyinin qarşıya qoyduğu tapşırıq budu ki, komanda çempionluq uğrunda mübarizə aparmalıdır". Bu sözləri Sport24.az-a açıqlamasında"Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Səfiyarlı Premyer Liqa ilə Birinci Liqa arasında olan fərqdən də danışıb: 
"Təkcə Azərbaycanda deyil, bütün dünyada belədir ki, liqalar arasında fərq var. Həm şərait, stadionların vəziyyəti, oyunçuların səviyyəsi getdikcə aşağı düşür. Bu da oyunun keyfiyyətinə təsir edir. Ola bilər ki, bu hansısa ölkədə 3-cü, 4-cü liqada başlayır. İkinci Liqada "Cəbrayıl"da çalışanda da futbolçularla danışırdım. Baxırsan ki, perspektivli oyunçular var, bəzilərinin potensialı Premyer Liqada oynamağa imkan verir. Sadəcə, yanaşmaları düzgün deyil. Sanki fikirləşirlər ki, Birinci və ya İkinci Liqa səviyyəsində oyunçuyuq və özlərinə qarşı tələblərini dəyişmirlər. Halbuki üzərlərində işləsələr, məşq prosesini artırsalar, istirahətlərinə, qidalanmaya fikir versələr, Premyer Liqada oynayacaq oyunçulardır".
O, növbəti mövsümdə komandanın heyətinə legionerlərin cəlb olunacağını açıqlayıb:
"Qəbələ"nin imici var. Hamı başa düşür ki, "Qəbələ" nə deməkdir, burda əsasən akademiyanın futbolçularına üstünlük verilib. Yenə də belə olacaq. Murad klubumuzun yetirməsidir. Gəncləri birdən birə Premyer Liqada mübarizəyə atmaq baha başa gələ bilər. Balanslaşdırılmış heyət formalaşdırmağa düşünürük. Akademiyanın futbolçularının hansının daha güclü, rəqabətə hazır olduğunu götür-qoy edəndən sonra yerdə qalan mövqelərə legionerlər cəlb olunacaq. Bu da normal haldır".

Qeyd edək ki, ki, "Qəbələ"nin Premyer Liqaya qayıtması I Liqanın XX turunda dəqiqləşib. "Baku Sportinq"lə qarşılaşan Kaxaber Tsxadadzenin yetirmələri 5:0 hesablı qələbə qazanıblar. 4-cü pillədə qərarlaşan "Baku Sportinq"lə xal fərqini 26-ya çatdıran "Qəbələ" sona 7 tur qalmış elitaya vəsiqə verən ilk "üçlük"də yerini təmin edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://sport24.az
archiveBu xəbər 08 Aprel 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see267

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see222

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see220

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see169

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see160

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri