Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Seçicilərin qaldırdıqları məsələlərin, təxminən 80% i həllini tapıb

Seçicilərin qaldırdıqları məsələlərin, təxminən 80% i həllini tapıb

Newscenter.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı əksər millət vəkilləri deputat seçildikləri rayonların problemləri ilə bağlı məsələ qaldırıb hökumətə təkliflər verdilər. Bəs görəsən həmin təkliflərin nəzərə alınması, onlara olan reaksiya hansı səviyyədədir? Bu və ya digər suallarla bağlı Milli Məclisin deputatı Nəsib Məhəməliyevə müraciət etdik. Newscenter.az-a verdiyi müsahibədə deputat Balakən rayonunda turizmin daha da inkişaf etdirilməsinin yollarından da danışıb.
-Nəsib müəllim, cari il ərzində deputat fəaliyyətiniz çərçivəsində seçicilərin qaldırdıqları məsələlər, problemlərin həllinə nə dərəcədə nail olmusunuz?

-Təvazökarlıqdan uzaq olsa da, cari ildə seçicilərin qaldırdıqları məsələlərin, təxminən 80%-i həllini tapıb. Qalan problemlərlə bağlı aidiyyəti üzrə mərkəzi icra orqanları qarşısında məsələ qaldırılıb. Yeri gəlmişkən, qaldırılan problemlərə operativ reaksiya verdiklərinə və konkret tədbirlər gördüklərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, “Azərişıq” ASC-nin, Azərbaycan Dövlət Su Ehtiyatları Dövlət Agentliklərinin rəhbərlərinə xüsusi təşəkkürlərimi bildirirəm.
-2026-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat seçildiyiniz Balakən rayonu ilə bağlı hökumətə təkliflər verdiniz. Həmin təkliflərə reaksiya hansı səviyyədədir?

-Parlamentdə dövlət büdcəsinin müzakirəsi ilə yanaşı, deputatlar tərəfindən, təmsil olunduqları rayonların əhalisini narahat edən problemlərin qaldırılması üçün bir fürsət yaranır. Bəllidir ki, büdcə müzakirələrində baş nazir başda olmaqla, hökumətin əksər üzvləri iştirak edir və bilavasitə problemləri deputatların özlərindən eşitmək imkanı olur. Qaldırdığım təkliflər Balakən rayonunun sosial-iqtisadi inkişafına, məşğulluğun artmasına, işsizliyin aradan qaldırılmasına, təbii-ekstrimal hadisələrin, urbanizasiyanın qarşısının alınmasına, yarımçıq qalmış infrastruktur layihələrinin icrasına yönəlib. Millət vəkillərinin qaldırdıqları məsələlər, təkliflər Parlamentin Aparatı tərəfindən sistemləşdirilib Nazirlər Kabinetinə göndərilib. Nazirlər Kabineti öz növbəsində, həmin təklifləri profil üzrə aidiyyəti nazirliklərə, dövlət komitələrinə və agentliklərə icra məqsədilə göndərəcək. Bu o demək deyil ki, qaldırılan hər bir məsələ dərhal həll olunacaq. Hər bir məsələnin həlli kifayət qədər maliyyə vəsaiti tələb edir. Hər şeyi birdən birə həll etmək mümkün deyil. Hər kəs başa düşür ki, Hökumətin qarşısında duran həlli vacib prioritet öhdəliklər var. İlk növbədə onlara baxılmalıdır. Reaksiyanı isə, yaxın zamanlarda biləcəyik.
-Balakən rayonunun turizm potensialı rayona səfər edən turistlərin sayı ilə adekvatdırmı?

-Qətiyyən adekvat deyil. Balakən rayonu respublikamızın ən gözəl təbiətinə malik, dilbər guşələrindən biridir. Son illər, turizm infrastrukturunun yaranması üçün, cənab Prezident tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Heydər Əliyev parkı abadlaşdırılmış, otellər, xidmət sahələri inşa olunmuş, yol təsərrüfatı yaxşılaşdırılmışdır. Turizmin inkişafına mane olan əsas amillər, Balakənin paytaxt Bakıdan uzaqda yerləşməsi, quru sərhədlərinin bağlı olması, rayona gələn turistlərin maraqlarını cəlb edən “Katexçay” şəlaləsinə və ərazisinin 90%-i Balakən rayonunda yerləşən Zaqatala Qoruğuna turistik marşrutların açılmamasını qeyd etmək olar. Plenar iclasda qaldırdığım məsələlərdən biri də məhz, Milli Qoruqlardan və təbii biosferadan istifadə haqqında qanunun qəbul edilməsi ilə bağlıdır. Bizdə belə bir qanun yoxdur. Hesab edirəm ki, belə bir qanunun qəbulu bütövlükdə regionun sosial, iqtisadi inkişafına təkan verə bilər.
-Sizə elə gəlmirmi ki, siyasi cameədə, partiyalar məsələsində yenidən şəkilləndirmə, sağlamlaşdırmaya ehtiyac var. Çünki bir sıra partiyaların zamanında Mehdiyevlə işbirliyi olduğu barədə fikirlər səsləndirilir.
-Ramiz Mehdiyev uzun illər dövlət idarəetmə sistemində yüksək vəzifə tutub və təbii ki, cəmiyyətin bütün təbəqələri ilə bilavasitə ünsiyyətdə olub. Bəziləri ilə, iş birliyində olması da, heç kimə sirr deyil. Hazırda istintaq gedir, yekunlaşandan sonra ictimaiyyət, materiallarla tanış olacaq.
Süleyman İsmayılbəyli
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 16 Dekabr 2025 09:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see700

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see406

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see275

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see271

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see261

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see257

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see254

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see239

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see237

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see224

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see220

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see217

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see216

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see216

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see215

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see211

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see201

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see195

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see193

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri