Icma.az
close
up
RU
Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir Siyavuş Novruzov

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir Siyavuş Novruzov

Icma.az xəbər verir, Teleqraf.com saytına əsaslanaraq.

Seçki Məcəlləsinə görə, partiyaların parlament və bələdiyyə seçkilərində fərqli strategiya ilə iştirak etmək hüququ var. Əgər bir partiya hansısa bölgədə təşkilat kimi iştirak edə bilmirsə, o namizədlərinə fərdi qaydada prosesə qatılmağa razılıq verə bilir.

Bunu Teleqraf.com-a Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçisi Siyavuş Novruzov deyib.

O qeyd edib ki, partiya seçkilərdə istənilən şəxsin namizədliyini irəli sürə bilər: “Bitərəf şəxslərin də hansısa partiya tərəfindən dəstəklənməsi mümkündür. Bələdiyyə seçkilərində də bu amillərin olması normaldır. Ölkədə yeganə olaraq YAP-ın bütün bələdiyyələrdə namizədləri olacaq. Hər bir bələdiyyədə saya uyğun olaraq YAP öz namizədlərini təqdim edib. Digər partiyalarda isə vəziyyət fərqlidir. Elə partiya var ki, o ölkə üzrə 15, 20, 30 rayonda təmsil olunur. Bu halda onların başqa bölgələrdə bələdiyyə üzvlüyünə namizəd irəli sürməsi çətinləşir. Belə olan halda həmin partiyalar müstəqil və bitərəf şəxslərin namizədliklərini dəstəklədiyini açıqlayır”.

Siyavuş Novruzov əlavə edib ki, Seçki Məcəlləsində bələdiyyə üzvlüyünə namizədlə prezidentliyə namizəd arasında heç bir fərq yoxdur: “Bu yanlış yanaşmadır. Hətta Milli Məclisdə də bu məsələni qaldırmışdıq. Çünki hansısa partiya tərəfindən namizəd irəli sürülürsə, onun barəsində ən azı 70-80 material hazırlanmalıdır. Eyni zamanda həmin namizədin təqdimatı üçün səlahiyyətli nümayəndə, partiya nizamnamasi şəhadətnamənin təqdim edilməsi kimi şərtlər var. Fərdi qaydada isə adi bir müraciətlə məsələ həll olunur və namizədlik qeydə alınır. Ona görə də bu qaydalar dəyişməli, prosedurlar sadələşməli, yüngülləşməlidir. Çünki bu yerli özünüidarəetmə orqanına olan seçkidir. Seçki Məcəlləsindəki bu qaydalar dəyişməlidir. Belə qaydalarla işləmək olmaz. Gədəbəyin bir kəndi üçün bələdiyyə üzvlüyünə namizəddən bu qədər sənəd tələb etmək doğru deyil. Yəqin ki, gələcəkdə Milli Məclidə bu məsələyə baxılacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:135
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 09 Yanvar 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri