Icma.az
close
up
RU
Seçkilər Paşinyanı tələsdirir

Seçkilər Paşinyanı tələsdirir

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Hayların baş naziri gəlişigözəl sözlərlə kifayətlənməməli, siyasi iradə nümayiş etdirməlidir

Ermənistan baş naziri Nikol Paşinyanın martın 11-də türkiyəli jurnalistlərə verdiyi müsahibə ölkəmizdə də diqqətlə izləndi. Bu da təsadüfi deyil. Çünki söhbət Azərbaycana qarşı təcavüzkar müharibə aparmış, torpaqlarımızın 20 faizini işğal etmiş, uzun illər işğalın, yaranmış status-kvonun möhkəmləndirilməsi ilə məşğul olmuş, xalqımızın başına böyük bəlalar gətirmiş bir ölkənin baş nazirinin Türkiyə dövlətinin media orqanlarına ilk dəfə geniş müsahibə verməsindən gedir.

Burada bir haşiyə çıxaraq qeyd etmək lazımdır ki, hakimiyyətə gəldiyi 2018-ci ilin mayı və sonrakı iki illə müqayisədə Ermənistan baş nazirinin hazırkı ritorikası, ifadə tərzi, üslubu arasında yerlə göy qədər fərq var. Paşinyanın əvvəlki danışıq tərzi, “Qarabağ Ermənistandır və nöqtə” bəyanatı, işlətdiyi digər ifadələr yaddaşlardan silinməyib. Eyni zamanda, Nikol Türkiyəyə münasibətdə də ilk dövrlərdə barışmaz siyasi xətt yürüdürdü. Kiçik bir ölkə Türkiyə kimi böyük dövlətə ərazi iddiaları irəli sürür, Türkiyənin şərqini “Qərbi Ermənistan” adlandırırdı. İrəvan Ankaraya qarşı beynəlxalq təzyiq formalaşdırmağa çalışır, bu məqsədlə qondarma “soyqırımı” oyunlarından istifadə edirdi.

Yeri gəlmişkən, Ermənistan rəhbərliyinin bu mövqeyinə Prezident İlham Əliyev də münasibət bildirmişdir. Dövlətimizin başçısı hələ 2021-ci il sentyabrın 28-də “Anadolu” agentliyinə müsahibəsində demişdir: “Əgər nə vaxtsa Ermənistan tərəfindən səslənən rəsmi açıqlamalar gerçək siyasətlə uzlaşsa, o zaman, əlbəttə ki, təhlil etmək daha asan olacaq. Bir də siz də yaxşı bilirsiniz ki, Ermənistan konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var, ondan əl çəkməlidir. Öz konstitusiyasını yenidən işləyib qəbul etməlidir. Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir. Ona görə Türkiyəyə və Azərbaycana qarşı iddialardan əl çəkməlidirlər...”

Onu da bildirək ki, Hayastanın konstitusiyasında istinadın hələ də qaldığı Müstəqillik bəyannaməsində digər məsələlərlə yanaşı, ermənilərin 1915-ci ildə Osmanlı imperiyasında, guya, “soyqırımı”na məruz qalmasından da bəhs olunur. Həmçinin, məlum hadisələrin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Yəni, bəyannamədə Azərbaycana və Türkiyəyə ərazi iddiası bilavasitə öz əksini tapıb.

Heç kəsə sirr deyil ki, Nikolun mövqeyinin birdən-birə bu qədər dəyişməsi 2020-ci ildə baş tutan Vətən müharibəsinin və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirlərinin nəticəsində mümkün olmuşdur. Məhz bu hadisələrdən sonra Paşinyan Azərbaycanla sülhdən, regional əməkdaşlıqdan, sabitlikdən, sərhədlərin açılmasından, qarşılıqlı gediş-gəlişdən, ticarət əlaqələrinin bərpasından danışmağa başladı. Eyni zamanda, Türkiyə ilə əlaqələrin qurulmasına can atmağa çalışdı. İki ölkə arasında danışıqlar aparmaq üçün qarşılıqlı olaraq xüsusi nümayəndələr təyin edildi. Ermənistan hökuməti bu istiqamətdə mövqeyini ümumiləşdirərək, “Sülhün kəsişməsi” adlı nəqliyyat-logistika layihəsi hazırladı. Layihə N.Paşinyan tərəfindən 2023-cü il oktyabrın 26-da Tbilisidə keçirilən IV Beynəlxalq İpək Yolu forumunda təqdim edildi.

Birmənalı şəkildə qeyd etmək lazımıdır ki, bütün bunlar Azərbaycanın regionda “dəmir yumruğun” gücü hesabına yaratdığı yeni reallıqların ifadəsidir. 2019-cu ildə Qarabağın Ermənistan olduğunu deyən Paşinyan bu gün həm sözdə, həm də əməldə “Qarabağ Azərbaycandır!” deyir. Eyni zamanda, başa düşür ki, geosiyasi dalan vəziyyətində qalmış ölkəsini inkişaf etdirməyin, iqtisadiyyatı canlandırmağın, xalqın rifah halını yaxşılaşdırmağın yeganə yolu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmaqdan keçir.

Hiss olunur ki, Paşinyan həm Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, həm də ölkəmizlə və Türkiyə ilə sərhədlərin açılmasına, nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına tələsir. Bu tələskənlik növbəti parlament seçkilərinə cəmi 15 ay vaxt qalması ilə bağlıdır. Hakim komanda növbəti parlament seçkilərinin təbliğat-təşviqat kampaniyasına müəyyən nəticələrlə getmək istəyir. Seçicilərə demək istəyir ki, baxın, bizim iqtidarımız Azərbaycanla sülh sazişi imzaladı, sərhədlərin delimitasiya-demarkasiyasında müəyyən nəticələr əldə olunub, bu proses davam etdirilir, daha sərhəddə toqquşmalar baş vermir, erməni gəncləri həlak olmur, evlərə tabutlar gəlmir, Azərbaycanla, həmçinin Türkiyə ilə sərhədlərin açılması bizə ticarət qurmağa, gəlirlərimizi artırmağa, sosial problemləri həll etmək imkan verdi və sair.

Zənnimizcə, Ermənistan baş nazirinin türkiyəli jurnalistlərə müsahibəsinə də bu prizmadan yanaşmaq lazımdır. Paşinyanın müsahibə zamanı dediyi fikirlər də bundan xəbər verir: “Baxaq görək, biz hansı nəticələrə nail olmuşuq və hansı nəticələrə nail ola bilərik. Əlbəttə, əgər arzu janrında danışırıqsa, təbii ki, Ermənistanla Türkiyə arasında münasibətlər həm dəmiryolu, həm avtomobil nəqliyyatı, həm də birbaşa işgüzar əlaqələr üçün sərhədlərin açılmasını əhatə etməlidir. Çünki indinin özündə də Ermənistanla Türkiyə arasında əhəmiyyətli ticarət dövriyyəsi və işgüzar əlaqələr mövcuddur. Lakin bu, əsasən dolayı formada həyata keçirilir”.

Göründüyü kimi, Paşinyan ilk növbədə iqtisadi əməkdaşlıq məsələsini qabardır və işgüzar əlaqələrin qurulmasının, ticarət dövriyyəsini leqallaşdırmağın vacibliyinə eyham vurur.

Ermənistan və Türkiyəni təmsil edən xüsusi nümayəndələrin görüşlərində üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün sərhədin (ümumi quru sərhədi nəzərdə tutulur–S.H.) açılması barədə razılıq əldə olunduğunu xatırladan Paşinyan rəsmi İrəvanın 2022-ci ilin yayında əldə edilmiş bu razılaşmanın həyata keçirilməsini gözlədiyini vurğulayıb. Əlavə edib ki, razılaşma hələ də həyata keçirilmədiyi üçün bəziləri bunu Ermənistan–Türkiyə münasibətlərində nəticənin olmaması kimi şərh edirlər: “Açığını desəm, mən bununla razı deyiləm. Bu gün Ermənistan və Türkiyənin diplomatik nümayəndələri daim birbaşa təmasdadırlar. Ola bilsin ki, bu, kənardan konkret nəticə kimi görünmür, amma bizim üçün və dövlət qurumları üçün bu, ciddi nailiyyətdir. Əgər biz əvvəllər üçüncü ölkələr vasitəsilə bir-birimizin mövqeyini öyrənirdiksə, indi hər iki tərəfin nümayəndələri birbaşa əlaqə saxlayaraq yaranan məsələləri müzakirə edə bilərlər. Bu, şübhəsiz ki, tərəflər arasında münasibətlərin və qarşılıqlı anlaşmanın inkişafına təsir edən əhəmiyyətli dəyişiklikdir”.

Ermənistan hökumətinin başçısı əlavə aydınlaşdırma tələb edən çətinlikləri, problem və sualları yaxşı başa düşdüklərini vurğulayıb. Qeyd edib ki, ötən dövr ərzində artıq bir neçə görüş və telefon danışıqları olub. Xarici işlər nazirləri əlaqə saxlayıblar və əlaqələri davam etdirirlər. Ərazi idarəetmə və infrastruktur nazirləri, həmçinin təhsil, elm, mədəniyyət və idman nazirləri səviyyəsində də təmaslar baş tutub.

Paşinyan konkret əməkdaşlıq nümunələrinin olduğunu da bildirib. Buna misal olaraq deyib ki, Ermənistan bu yaxınlarda axtarışda olan iki nəfəri Türkiyəyə təhvil verib. Onun sözlərinə görə, bu, kiçik addım kimi görünə bilər, lakin əvvəlki dövrlə müqayisədə əhəmiyyətli nailiyyətdir: “Bu prosesin dinamik olduğunu qeyd etmək vacibdir. Ermənistan bunu davam etdirmək üçün səylər göstərir və çox şey hər iki ölkənin hökumətlərinin siyasi iradəsindən asılıdır. Mən belə bir iradənin mövcudluğunu görürəm, lakin o, qarşılıqlı şəkildə gücləndirilməli, inkişaf etdirilməlidir”.

Paşinyanın müsahibə zamanı tarixi məsələlərlə, o cümlədın qondarma erməni “soyqırımı” ilə bağlı fikirləri də diqqəti cəlb edir. “Tarixin bizə verdiyi biliklərdən harada və necə istifadə edə bilərik?” sualını qoyan Nikol özü bu suala cavab verir: “Necə deyərlər, tarixdən nəticə çıxarmalıyıq. Lakin tarix özü nəticə çıxarmır – bu, siyasi seçim və qavrayış məsələsidir. Hansı dərsləri öyrəndiyimizi, tarixi necə qəbul etdiyimizi və ondan necə istifadə etdiyimizi anlamaq vacibdir. Tarix bilik mənbəyi kimi xidmət etməlidir – həm keçmiş, həm də gələcək haqqında. Bu, indini dərk etmək və gələcəyi planlaşdırmaq üçün əsasdır. Tarixi təkcə yaşamaq yox, məlumat və bilik mənbəyi kimi istifadə etməliyik. Ən əsası isə tarixlə bu gün arasında dəqiq sərhəd çəkmək lazımdır. Tarix bölgü alətinə çevrilməməlidir, lakin sərhədsiz mövcud ola bilməz. Bizim rəsmi mövqeyimiz ondan ibarətdir ki, erməni “soyqırımı”nın beynəlxalq səviyyədə tanınması bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil”.

Ermənistan baş nazinin türkiyəli jurnalistlərə müsahibəsi ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq Ramiyə Məmmədova bildirdi ki, erməni xalqı Cənubi Qafqaza və Anadolu torpaqlarına köçürüləndən etibarən azərbaycanlılara və türklərə nifrət bəsləyiblər. Bu da onların xislətindən irəli gəlir. Erməni xalqının tarixinin mütəmadi olaraq təhrif olunması, Zori Balayan kimi ideoloqlarının olması, xarici müdaxiləçilərin prosesdə qızışdırıcı rol oynaması bir neçə əsrdir davam edən düşmənçiliyə gətirib çıxarıb: “Nəticədə erməni xalqının, necə deyərlər, beyni yuyulub, türklər və azərbaycanlılar onlara düşmən qismində təqdim olunub. Paşinyanın son zamanlar verdiyi bəyanatlar, o cümlədən türkiyəli jurnalistlərə verdiyi müsahibə başına gələnlərdən ağıllanmış praqmatik siyasətçinin açıqlamalarına bənzəyir. Paşinyan başa düşür ki, monoetnik dövlət olan Ermənistan bu regionda təkdir. Eyni zamanda, dərk edir ki, bu dövlətinin gələcək varlığının yeganə yolu qonşu dövlətlərlə yaxşı münasibətlər qurmasından keçir. Paşinyan Ermənistan dövlətçiliyinin itirilməməsi üçün səylər göstərir. Onun verdiyi bəyanatlara da bu kontekstdə baxmaq lazımdır”.

Politoloq qeyd etdi ki, Ermənistan baş nazirinin fikirləri xəstə təxəyyüllü ideoloqların, xaricdəki erməni diaspor və lobbisinin xoşuna gəlmir. Bu qüvvələr erməni cəmiyyətini zəhərləmək, düşmənçiliyi davam etdirmək üçün yenə də böyük pullar xərcləyirlər.

Paşinyanın Ermənistanın Türkiyəyə ərazi iddiasının olmadığını vurğulayan R.Məmmədova erməni cəmiyyətində Anadolunun şərqini hələ də “Qərbi Ermənistan” sayanlarının az olmadığını bildirdi. Həmçinin haylar arasında Azərbaycana münasibətdə də eyni yanaşmada olanlar var. Bu baxımdan rəsmi Bakının sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ərazi iddialarının çıxarılmasını tələb etməsi qanunauyğun və məntiqlidir.

Səxavət HƏMİD
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2025-ci il bayram tətil günləri: Novruz, Ramazan və Qurban bayramı tarixləri açıqlandı

14 Mart 2025 00:31see786

Taksi qiymətləri artacaq?

13 Mart 2025 18:47see262

Zaur Paşayevlə bacarmadıq Lənkəran ın baș məşqçisi

14 Mart 2025 02:37see125

Bakının hansı küçələrində sıxlıq var? 14.03.2025

14 Mart 2025 08:21see123

Pekində İranın nüvə problemi ilə bağlı iclas başladı

14 Mart 2025 08:36see121

İnsan beyin hüceyrələrindən kompüter hazırlanıb

14 Mart 2025 21:02see119

Yekun sülh müqaviləsi ilə bağlı MÜHÜM DETALLAR: “Ən azı 2026 cı ilə qədər…” KONKRET

14 Mart 2025 16:32see117

Bako Sahakyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb

14 Mart 2025 16:01see113

İstəyərdim ki, U 21 millisinə namizəd bir çox futbolçular mənimlə işləsin

15 Mart 2025 00:01see113

Fransaya casusluqda ittiham edilən şəxs: Mənə palçıq vulkanları tərəfdə görüşməyi təklif etdi

13 Mart 2025 18:44see113

Azərbaycan qadını ərindən buna görə BOŞANIR?

14 Mart 2025 20:58see112

ABŞ nin atəşkəs təklifi: Sülh, yoxsa strateji hesab?

13 Mart 2025 18:31see112

Lukaşenko: Ya vuruşun, ya da barışın!

14 Mart 2025 16:25see111

Noutbukunuz islanarsa, dərhal bunları edin Vacib addımlar

14 Mart 2025 04:05see110

Yalı çapkını nın aktyoru Kuruluş Osman da Foto

14 Mart 2025 17:08see109

ABŞ iıə yanaşı, Rusiya da öz planlarını qurur AÇIQLAMA

14 Mart 2025 22:24see109

Evində ölü tapılan Hollivud ulduzu milyonluq sərvətini övladlarına miras qoymayıb

15 Mart 2025 05:18see108

100 il yaşamaq üçün bu 2 analizə diqqət...

15 Mart 2025 02:05see107

Aleyna Tilkiyə şantaj qalmaqalı: Göndərilən mesaj üzə çıxdı

14 Mart 2025 04:01see106

Quba nın baş məşqçisi: Son oyunlarda komandamızın bir qədər fərqli oyun oynadığı...

13 Mart 2025 18:41see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri