Icma.az
close
up
RU
Avropa Paşinyanı CƏZALANDIRACAQ

Avropa Paşinyanı CƏZALANDIRACAQ

Icma.az, Modern.az saytına istinadən bildirir.

Moskvada mayın 9-da Qələbə paradı keçiriləcək. Hər il keçirilən parad Rusiya və onun lideri Vladimir Putin üçün təkcə tarixi hadisənin anılması deyil, həm də siyasi təbliğat alətidir. Ukraynaya qarşı müharibənin davam etdiyi bir dövrdə bu ilki parad daha böyük diqqət mərkəzindədir. Kreml üçün bu tədbir həm “faşizmə qarşı mübarizə” simvoludur, həm də Rusiya ətrafında siyasi dəstək nümayiş etdirmək imkanıdır.

Bu il paradda Çin lideri Si Cinpin, Vyetnam Kommunist Partiyasının baş katibi To Lam, Belarus prezidenti Aleksandr Lukaşenko, Braziliya prezidenti Lula da Silva, Kuba lideri Migel Dias-Kanel, Serbiya prezidenti Aleksandar Vuçiç və Ermənistan baş naziri Nikol Paşinyanın iştirak edəcəyi gözlənilir.

Avropa İttifaqının xarici siyasət rəhbəri Kaya Kallas bəyan edib ki, 9 May paradında iştirakın siyasi nəticələri olacaq. Onun sözlərinə görə, Aİ-yə namizəd ölkələrin bu tədbirdə görünməsi qəti şəkildə istənilmir: “Çoxlu sayda xarici işlər naziri bildirdi ki, Aİ bu səfərləri ciddi qəbul edir və nəticələri olacaq. Biz aydın şəkildə dedik ki, namizəd ölkələrin Moskvadakı tədbirlərdə iştirakını istəmirik.”

Kallasın açıqlaması Rusiya tərəfindən sərt reaksiya ilə qarşılanıb. Dövlət Dumasının sədri Vyaçeslav Volodin onu “rusofob” adlandırıb və Kallasın BMT-nin beynəlxalq tribunalına verilməli olduğunu qeyd edib.

Modern.az xəbər verir ki, 9 May paradı ətrafında müzakirələrin davam etdiyi bir vaxtda tədbirdə iştirak edəcək liderlər arasında bir nəfərin adı xüsusi maraq kəsb edib.

Belə ki, Paşinyanın Moskvada görünməsi onun son aylarda nümayiş etdirdiyi “Avropayönlü” kursla ziddiyyət təşkil edir. Ermənistan lideri Aİ ilə münasibətləri gücləndirmək, Qərblə təhlükəsizlik və siyasi əməkdaşlığı genişləndirmək yönündə addımlar atdığını desə də, Rusiyanın təşkil etdiyi simvolik tədbirdə iştirak etməyə hazırlaşır. Bu, rəsmi İrəvanın xarici siyasətində ardıcıllıq məsələsini sual altına alır.

Paşinyanın 9 May paradında iştirakı hələlik hüquqi baxımdan Aİ sanksiyalarına səbəb olacaq səviyyədə dəyərləndirilmir. Lakin bu addım Aİ-nin siyasi dairələrində ciddi narazılıq doğura və Avropanın qəzəbinə səbəb ola bilər. Avropa İttifaqı ona qarşı birbaşa sanksiyalar tətbiq etməsə də, maliyyə və diplomatik dəstəyin azalması ehtimalı istisna olunmur.

Modern Təhlil və Araşdırma Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Aprel 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see369

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see314

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see312

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see308

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see298

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see290

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see283

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see262

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see238

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see233

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see229

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see229

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see228

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see227

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see211

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see211

İdmançı müharibənin ekoloji fəsadlarına diqqət çəkmək üçün Hörmüz boğazını üzüb keçib

22 Noyabr 2026 04:48see207

Şamaxıda Gənclik Yolunda layihəsinin açılış mərasimi keçirilib FOTO

22 Noyabr 2026 16:03see199

Gürcüstanda matəm günü ilə əlaqədar dövlət bayraqları yarıya endirilib

22 Noyabr 2026 03:21see199

Dodaqların vəziyyəti BU XƏSTƏLİKLƏRDƏN xəbər verir FOTO

22 Noyabr 2026 06:19see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri