Icma.az
close
up
RU
Seçkilərsiz 4 il partiyalar “formada” necə qalacaqlar?

Seçkilərsiz 4 il partiyalar “formada” necə qalacaqlar?

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ölkənin siyasi mənzərəsinə baxış; referendum və ya erkən parlament seçkiləri iddiaları...

Növbədənkənar seçkilər qərarı olmayacağı halda, Azərbaycanda 2026-cı ildə seçkilər nəzərdə tutulmur. Ölkədə son prezident seçkisi 7 fevral 2024-cü ildə keçirilib. Növbədənkənar prezident seçkisi Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa olunduqdan sonra keçirilən ilk seçki kimi tarixə düşdü.   

Azərbaycanda son parlament seçkiləri də növbədənkənar keçirilib. Milli Məclis buraxılıb, 1 sentyabr 2024-cü il tarixində isə yeni parlament seçkiləri keçirilib. 

Əsas qanunvericiliyə görə, Milli Məclisə seçkilər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir. Buna əsasən, əgər növbədənkənar seçkilərə gedilməsə idi parlament seçkisi 3 noyabr 2024-cü il tarixində keçirilməli idi. 

Azərbaycanda ən son bələdiyyə seçkiləri isə 29 yanvar 2025-ci ildə baş tutub, bu seçkilər 118 seçki dairəsi üzrə 5000-dən çox məntəqədə 15.000-dən çox bələdiyyə üzvünün seçilməsi üçün aparılıb. Seçkilər ötən beş ilin sonunda keçirilməli idi, lakin digər seçkilərlə əlaqədar olaraq 2025-ci ilin yanvarına təxirə salındı. 

Beləliklə, aydın olur ki, əgər qarşıdakı müddətdə növbədənkənar seçki qərarı olmayacaqsa, növbəti prezident seçkisi 2031-ci ildə, parlament seçkiləri 2029-cu ildə, bələdiyyə seçkiləri 2029-cu ilin dekabrında keçiriləcək. Bu isə o deməkdir ki, qarşıdakı 4 il Azərbaycanda seçkilər olmayacaq. 

Azərbaycanda seçki komissiyaları isə bu ilin aprelində yeni tərkibdə formalaşdırılmalıdır. Mərkəzi Seçki Komissiyası daxil, bütün dairə və məntəqə seçki komissiyaları Milli Məclisin tərkibinə uyğun qaydada formalaşdırılacaq. Lakin qarşıdakı 4 ilə yaxın müddətdə seçkilər olmayacaqsa, seçki komissiyaları da “işsiz” qalacaq. 

Ancaq o da məlumdur ki, Azərbaycanda konstitusiya dəyişikliyi olacağı ilə bağlı tez-tez iddialar, ehtimallar irəli sürülür. Qeyd olunur ki, ölkəmizin bütün ərazisində suverenliyi bərpa edildiyi, əhalinin sayında ciddi artım olduğu, yerlərdə idarəetmədə dəyişikliklərə ehtiyac yarandığı üçün konstitusiya referendumu mümkündür.    Konstitusiya dəyişikliyi isə ümumxalq referendum ilə həyata keçirilməlidir. Deməli, əgər konstitusiya dəyişikliyinə gediləcəksə, referendum təyin ediləcək. Prezident İlham Əliyevin yanvarın 5-də yerli telekanallara müsahibəsində söylədiyi “Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bəlkə də bütövlükdə ölkəyə tətbiq edilə bilər” fikri isə idarəetmədə dəyişikliyə gediləcəyinin anonsu hesab edilə bilər.  

Seçkilərin partiyaların aktiv və işlək formada qalması üçün mühüm faktor olduğu məlumdur. Bəs  4 ilə yaxın  məsafədə-fasilədə siyasi partiyalar necə “formada”qalacaqlar?  

AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirib ki, seçkilərə hazırlaşmaq və seçkilərdə iştirak etmək siyasi partiyaların əsas vəzifələrindən biridir: “Seçkilər partiyanın qarşısına qoyduğu hədəflərə çatmaq üçün qanuni imkanlar, fürsətlər yaradan amildir. Ona görə də seçkilərə hazırlıq partiya üçün ən vacib məsələdir. Seçkilərə hazırlıq təkcə seçki kampaniyası dövrünü əhatə etməməlidir. Siyasi partiya seçkilərə daim hazırlıq işləri aparmalıdır. Seçkilərarası dövrdə də partiyaların görə biləcəyi işlər kifayət qədər çoxdur. Bu, təbii ki, hər partiyanın özündən asılıdır. Partiya quruculuğunda daim inkişaf, yerli təşkilatların gücləndirilməsi, yeni üzvlərin cəlb olunması, mütəxəssislərin xüsusilə partiyaya cəlb edilməsi, əhali ilə təmasların, əlaqələrin daim aparılması, beynəlxalq əlaqələrin davamlı genişləndirilməsi kimi işlərə partiyalar xüsusi önəm verməlidirlər. Bütün bunlar partiyaların fəaliyyətsiz, passiv qalmasını deyil, aktivliyini, formada qalmasını təmin edən amillərdir. Partiyalar seçkilərarası dövrdə qətiyyən fəaliyyətsiz qalmamalıdırlar. Qarşıda seçki komissiyalarının yenidən formalaşdırılması prosesi dayanıb. Parlamentdə təmsil olunan partiyalar bu prosesdə iştirak etməlidir. Bir sözlə qeyd etdiyim və digər digər çoxsaylı işlər var ki, siyasi partiyaların gündəlik aktiv rejimdə işləməsini özündə ehtiva edir. Mənim digər partiyalara sadəcə tövsiyəm ola bilər. Xüsusi olaraq yalnız öz partiyamız haqqında deyə bilərəm ki, seçki olmasa da, biz gündəlik rejimində işləyirik. Qərargahımızda sadaladğım sahələr üzrə fəaliyyət getməkdədir. Formadan düşmək və passiv olmaq üçün əsas yoxdur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:286
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Yanvar 2026 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri