Icma.az
close
up
RU
Seçkiöncəsi MÖVSÜMİ POPULİZM TƏHLİL

Seçkiöncəsi MÖVSÜMİ POPULİZM TƏHLİL

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Belə görünür ki, Ermənistanda yenə də “seçki mövsümü” başlayıb və populistlər bu dəfə də “yaxşı şərait”, qızıldan dağlar vəd etməyə başlayıblar. Daha dəqiq desək, haylar seçkilərə nə qədər yaxınlaşırlarsa, bir o qədər də mümkünsüz, pafosla dolu vədlər eşitməli olurlar. Bununla belə, ermənilər üçün düşünmək, həqiqəti görmək şübhəsiz ki, bu şəraitdə daha faydalı olardı, nəinki populist vədlərə qulaq asaraq, inanmaq...

Bəli, vaxt gedir və Ermənistanda parlament seçkilərinə mahiyyətcə bir ildən az vaxt qalır. Qeyri-rəsmi olaraq həm iqtidar, həm də müxalifət qüvvələrinin iştirak etməli olduqları seçki kampaniyasının artıq başlaması da bu mənada başadüşüləndir. İndi hər bir “qüvvə” özünə bərk “əl qatıb” və bütün mümkün vasitələrdən, xüsusən də hayların başbilənləri üçün ənənəvi sayılan populizmdən yenə də istifadəyə üstünlük verilir.

Diqqətə çatdıraqki, iş adamı Samvel Karapetyan “Bizim yol” hərəkatının proqramını soydaşlarına təqdim edib və bu proqramda əsas mesaj məhz yenə də haylar üçün ləyaqətli yaşayışla bağlıdır. Mesajda qeyd olunur ki, belə yaşaya bilməzlər və ermənilər ləyaqətlə yaşamalıdırlar. Doğrudur, ləyaqətlə yaşanılması çox gözəl çağırış və çox gözəl mesajdır, amma burada gülməli də olsa bir məntiqi sual ortaya çıxır ki, görəsən, Karapetyan ermənilərin ləyaqətsiz şəkildə yaşadıqlarını düşünürmü? Hər halda, erməni əsilli “başbilənlərin” özləri belə düşünürlər və belə qənaətdədirlərsə, özləri bilərlər.

Təbii ki, barəsində qeyd olunan iş adamının mesajında iş yerlərinin açılması, gənc ailələrə dəstək, ahıllara tibbi xidmət nəzərdə tutulduğu bildirilir. Həttə iddia da olunur ki, bu, fransızların və isveçlilərin öyrənmək arzusunda olmasına və istəməsinə səbəb olan sosial proqramlar. Məsələ burasındadır ki, proqramda qeyd olunmur ki, bütün bunlar pul tələb edir və həmin pulun hansısa bir şəkildə büdcəyə daxil olması lazımdır. Burada sadəcə, qeyri-müəyyən ifadələr olduğu özünü göstərir. “Artıq bizim daha kiçik miqyasda oxşar proqramların işlənib hazırlanması və həyata keçirilməsi təcrübəmiz var. Hərəkat bütün bu məsələlərin fundamental proqram həlli yollarının tapılması və onların çox yaxın gələcəkdə həyata keçirilməsi üçün müvafiq işlər aparır”, deyə bildirilir. Amma nə nəzərdə turulduğu deyəsən heç Karapetyanın özünə də məlum deyil və yenə də Ermənistanın havasından populizm qoxusu gəlir...

Bəli, erməni əsilli sahibkarlar tez-tez xeyriyyə təşəbbüsləri həyata keçirməkdən dəm vururlar. Hətta ianələrin bir hissəsinin ehtiyacı olanlara ayrılması da bildirilir. Lakin, məsələn, qocalar evində, uşaq bağçasında, hərbi hissədə, bir sözlə, vahid məhdud sosial qrup daxilində olanlar üçün nəyinsə ayrıldığı, onların təminatı hələ də sual olaraq qalır. Reallıq bundan ibarətdir ki, ehtiyacı olanların “ordusu” həddindən artıq böyükdür və “təşəbbüslər” elə ancaq təşəbbüs olaraq da bir növ, kağız üzərində qalır. Elə hər zamankı populist çıxışlarda olduğu kimi...

Maraqlıdır, bəs Ermənistan büdcəsi necə doldurulacaq? Sosial layihələrin maliyyələşdirilməsi konkret olaraq haradan olacaq? Vergiləri artırmaqla, yoxsa göydən düşəcək? İqtisadiyyatı necə bərpa edəcəklər? Cavab varmı? Əlbəttə ki, yoxdur. Amma bununla belə, yenə də boş-boş danışılır, heç bir əsası olmayan iddialar səsləndirilir. Məsələn, “Po-Naşemu” hərəkatı guya ki, “proqramlı fundamental həllər” ortaya qoyub, amma bunun da bir anlamı və mənası olmayıb. Bəli, həmin hərəkatın koordinatoru Narek Karapetyan onun prioritetlərindən birinin çoxuşaqlı ailələrə necə dəstək olacağı barədə danışmağa başlayıb. “Bizim təklifimiz ondan ibarətdir ki, üçüncü uşaq dünyaya gələndən sonra çoxuşaqlı ailələrə güzəştli şərtlərlə mənzil almaq imkanı verilsin və dövlət onlara dəstək versin”, deyə Narek pafosla çox uca səsdən danışıb. Amma yenə də boş-boşuna danışıb. Sual olunur ki, yenə də bu “yaxşı şəraiti” kim yaradacaq axı? “Yaxşı şərait” axtaranların pulu Ermənistan büdcəsindən, deməli, vergi ödəyicilərinin cibindən çıxarılacaq, yoxsa yenə də “göydən düşəcəyinə” ümid edirlər? Hələ də uşaq kimi nağıllara inanırlar, yoxsa bunların sehrli çubuqları var və dünyanın da xəbəri yoxdur?

Baş nazir Paşinyan da beləcə vədlər verməkdə öz “hay qardaşlarından” geri qalmır. O, keçən həftə uşaqlara “yaxşı həyat” haqqında yenə də bir “nağıl” danışıb. Bazar ertəsi günü Nikol Vovayeviç bütün hayların yaşamaq şanslı olduqları “heyrətamiz dinclik” dövrünü təsvir etməklə öz nitqinə başlayıb və ardını da özü bildiyi kimi quraşdırıb. Bəli, məhz quraşdırıb. Paşinyan “Hərtərəfli təhlükəsizlik və möhkəmlik 2025” beynəlxalq konfransında çıxış edib və bacaqdığı qədər daxili auditoriya üçün populism səsləndirib. “Bu gün mən təsdiq etmək istəyirəm ki, Ermənistanla Azərbaycan arasında artıq sülh var”, deyən erməni baş nazir, bu sülhün “hələ də institutsionallaşma tələb etdiyini” də bildirib. Məsələ burasındadır ki, Paşinyanın institusionallaşma deyərkən nəyi nəzərdə tutduğunu söyləmək çətindir və bunu heç haylar özləri də, onun ətrafındakılar özləri də söyləyə bilmirlər…

İndi erməni cəmiyyəti öz baş nazirinə lağ edir və belə bir ifadə də var ki, guya Paşinyanın göstərişi ilə artıq hansısa fermada göyərçin yetişdirirlər və məhz noyabrın 10-da, 44 günlük müharibənin bitməsinin beş illiyi günündə Nikol onları qəfəsdən təntənəli şəkildə azad edəcək və bildirəcək ki, budur, müharibə bitdi, sülh gəldi! Onu ələ salan hayların dəyirmanına su tökməyə çalışan başqa biri, daha dəqiq desək, “Ermənistan” fraksiyasının rəhbəri, Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan da öz növbəsində populizmə əl atıb. “Ermənistanın yeni hakimiyyəti ilk növbədə real milli təminatlar yaratmalı və ordunun daxili sabitliyini bərpa etməlidir”, deyə keçmiş müdafiə naziri bir “məsləhət” də görüb. O, hətta Azərbaycanla sülh sazişinin şərtlərini “yenidən müzakirə” edəcəyinə belə söz verib. Məsələ burasındadır ki, öz ölkəsinin hakimiyyətini tənqid edən Ohanyan Ermənistanın mövqelərini guya gücləndirmək niyyətini əsaslandıra bilmir və bunun üçün, buna nail olmaq üçün onun heç bir “resepti” də yoxdur. Güclü iqtisadiyyat qurmaqdan və əhalinin sayını artırmaqdan dəm vuran bu adam nə ilə, hansı yolla buna nail olmağın mümkünlüyünü nə bilmir, nə də sual olaraq da olsa dilinə belə gətimir. Deməli, ancaq pafosla çıxış edir və bununla da eyni populist mevqedə olduğu açıq şəkildə görünür.

“Ayakve” hərəkatı isə, görünür, erməni əhalisinin xeyli qocaldığını nəzərə alaraq, təqaüdçülərdən “dəstək” almaq qərarına gəlib və məhz buna görə də elə həmin yaşlı təbəqə üzərində manipulyasiya etmək istəyinə düşüb. Yəni, “Ayakve” də öz növbəsində məhz qacaları, təqaüdçüləri nəzərə alaraq, populizmdən istifadə edir. Onlar Ermənistanda pensiyaların 50% artırılması tələbi ilə imza toplamağa başlamaq qərarına gəliblər. Hərəkatın lideri Çalabyan hətta qeyd edib ki, hakimiyyət bundan imtina edərsə, onun komandası 2026-cı il parlament seçkilərində bu gündəmi irəli aparacaq və yaxın iki il ərzində vədinə əməl edəcək. Sözsüz ki, bütün bunlar Ermənistandakı yaşlı nəslin qəlbini sakitləşdirən, xoşlarına gələn gözəl sözlərdir və məhz “Ayakve” də bu “xoşəgələnliklə” manipulyasiya etmək niyyətindədir. Təbii ki, onların özləri də buna necə nail olacaqlarını bilmirlər. Çünki dedikləri boş sözlərdir və irəli sürdüklərinin nəticələrinin nə olacağına dair heç bir əsası olmayan vədlər sayılır. Bir sözlə, “Ayakve” də populizmə əl atır.

Həqiqətən də görünən odur ki, seçkilər yaxınlaşdıqca, mümkün olmayan vədlər, “gurultulu” və pafoslu çıxışlar, rasional həll yolları təklif etmədən verilən sözlər ancaq populizm kimi təzahür edir. Bu populizm də öz növbəsində, çox ağır sınaqlar vəd edir. Məsələn, bülletenlərin süni müdaxilələrlə doldurulması, təxribatlar, saxtakarlıqlar, böhtanlar, ittihamedici iddialar, ittifaqların parçalanması və partiyaların qarşılıqlı şəkildə bir-birilərini qınamaları, davalar, çəkişmələr mütləq şəkildə gözləniləndir. Bütün bunların baş verəcəyini hər ermənilər özləri də indidən bilirlər. Bilirlər ki, çox “çətin” olacaq. Xüsusən də Ermənistanın indiki vəziyyətini nəzərə alan haylar bilirlər ki, eşitdikləri populizmdən başqa bir şey deyil. Bununla belə, haylar əsasən onu bilməlidirlər ki, hər dəfə seçkiöncəsi bu populizm ölkələrində “dəbdə” olur və elə bütün “qüvələr” də məhz seçki öncəsi həmin populizmə əl atırlar. Bilməlidirlər ki, bu, yəni seçkiöncəsi təzahür edən populizm artıq Ermənistanda bir ənənə halını alıb. Yəni, bir növ, həmin o barəsində qeyd olunan populizm mövsümi xarakter daşıyır. Hər dəfə “seçki mövsümündə” populizm yeganə “vasitə” kimi istifadə olunur və görünən odur ki, “nə isə əldə etmək üçün” Ermənistanda bundan başqa çarə bilən yoxdur və ancaq hər “mövsümdə” hayların başbilənləri bu yola baş vururlar. Ona görə də ümid edirik ki, buna, bu vəziyyətə, bu hala elə seçkiöncəsi mövsümi populizm deməkdə haqlıyıq...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Sentyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri