Icma.az
close
up
RU
İrəvanda seçkiöncəsi hüquqi gərginlik

İrəvanda seçkiöncəsi hüquqi gərginlik

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Baş vermiş olayın rüşvət, yaxud xeyriyyəçiliklə bağlılığı araşdırılır

İyunun 7-nə təyin olunmuş parlament seçkiləri yaxınlaşdıqca, ölkədə daxili siyasi gərginlik kəskin xarakter almağa başlayır. Bu dövr təkcə siyasi rəqabətin deyil, həm də dövlət təsisatlarının bir-biri ilə dərin ziddiyyət təşkil etdiyi mürəkkəb bir mərhələ kimi səciyyələndirilir. Xüsusilə “Güclü Ermənistan” partiyası ətrafında cərəyan edən son hadisələr siyasi proseslərin həm hüquqi, həm də institusional müstəvidə böhran həddinə çatdığını göstərir. Partiya rəhbəri Samvel Karapetyan barəsində açılmış cinayət işi, eləcə də bir sıra partiya üzvlərinin saxlanılması hakimiyyətlə müxalifət arasında qarşıdurmanın yeni və daha kəskin fazasından xəbər verir. Ermənistanın 44 günlük müharibədən sonra daxili sabitliyi və ictimai rəydə sarsılmış etimadı bərpa edə bilməməsi seçkiöncəsi dövrdə siyasi mübarizənin daha sərt üsullarla aparılmasından xəbər verir.

Proseslərin hüquqi əsası kimi Ermənistan Antikorrupsiya Komitəsinin irəli sürdüyü və geniş rezonans doğuran ittihamlar çıxış edir. Komitənin rəsmi açıqlamaları ölkənin Cinayət Məcəlləsinin müvafiq müddəalarına istinad edərək, seçki qanunvericiliyində təsbit olunmuş tələblərin kobud şəkildə pozulması hallarını əks etdirir. Bildirilir ki, seçkilərin rəsmi elanından dərhal sonra qüvvəyə minən xeyriyyəçilik fəaliyyəti üzrə məhdudiyyətlərə baxmayaraq, konkret dairələr tərəfindən vətəndaşlara maddi vəsaitlərin paylanması və ya güzəştli xidmətlərin vəd olunması kimi qanunazidd faktlar qeydə alınıb. Bu cür əməllər Ermənistan hüquq sistemi tərəfindən, sadəcə, inzibati xəta kimi deyil, birbaşa dövlətin seçki institutuna qarşı cinayət tərkibi yaradan hal kimi dəyərləndirilir.

Xüsusilə "seçici rüşvəti" kimi xarakterizə olunan və seçicinin səsvermə iradəsinə süni şəkildə təsir etmək məqsədi daşıyan bu hallar hüquqi baxımdan ağırlaşdırıcı şərt kimi qiymətləndirilir. Artıq partiyanın tanınmış üzvləri Qohar Gumaşyan və Verjine Stepanyanın bu ittihamlar əsasında saxlanılması seçkiöncəsi rəqabətin siyasi müstəvidən çıxaraq hüquqi savaş müstəvisinə keçdiyini təsdiqləyir. Hazırda onların barələrində inzibati nəzarət tədbiri tətbiq edilib. Bu tendensiya Ermənistanın daxili siyasətində hüquq-mühafizə orqanlarının fəaliyyətinin siyasi proseslərin gedişatına birbaşa təsir imkanlarını genişləndirdiyini, eyni zamanda, demokratik seçki mühitinin nə qədər kövrək olduğunu nümayiş etdirir.

Hadisələrin gərgin fonunda diqqəti cəlb edən ən mühüm məqam isə, şübhəsiz ki, Samvel Karapetyanın ətrafında cərəyan edən məhkəmə prosesidir. Ölkənin mövcud siyasi mənzərəsini köklü şəkildə dəyişmək və yeni güc mərkəzi yaratmaq iddiası ilə çıxış edən “Güclü Ermənistan” partiyasının rəhbəri, Rusiya əsilli sahibkar Samvel Karapetyanın cinayət işi üzrə ilk məhkəmə iclası dünən baş tutub. Hakim Vahe Dolmazyanın qərarı ilə proses rəsmi olaraq açıq rejimdə keçirilsə də, müdafiə tərəfinin müraciəti əsasında məhkəmə zalında foto və video çəkilişlərin aparılmasına, habelə prosesin kütləvi informasiya vasitələri ilə birbaşa yayımına qadağa qoyulub. Bu qərar, faktiki olaraq, cəmiyyətin diqqət mərkəzində olan bir işin ictimaiyyətdən qismən təcrid olunması kimi qiymətləndirilə bilər.

Məhkəmə zalındakı gərgin atmosferdə yaddaqalan məqam Karapetyanın iyun ayında keçiriləcək parlament seçkilərində iştirak niyyətini bir daha və rəsmən təsdiqləməsi olub. O, Ermənistanın milli qanunvericiliyinin sərt tələblərinə tam uyğunlaşmaq məqsədilə malik olduğu Rusiya və Kipr vətəndaşlıqlarından rəsmi şəkildə imtina prosesinə başladığını bəyan edib. Karapetyan yaxşı anlayır ki, Ermənistan konstitusiyasına görə namizədlik üçün son illərdə yalnız bu ölkənin vətəndaşı olmaq mütləq şərtdir və digər ölkələrin pasportları onun siyasi yolunda ciddi hüquqi maneələr yarada bilər. Bu addım, sadəcə, bir vətəndaşlıq seçimi deyil, həm də onun bütün resursları ilə Ermənistanın daxili siyasi arenasında həlledici rol oynamaq əzminin göstəricisidir.

Karapetyanın müttəhim kürsüsündən səsləndirdiyi “qələbəyə əminəm” mesajı, faktiki olaraq, hakimiyyətə açıq meydan oxumaq xarakteri daşıyır. O, özünü bir cinayət işinin subyekti kimi deyil, alternativ lider kimi təqdim edərək, məhkəmə prosesini siyasi tribunaya çevirməyə müvəffəq olub. Bu kəskin bəyanatlar fonunda Karapetyanın siyasi taleyi və namizədlik prosesinin hüquqi çərçivədə necə davam edəcəyi Ermənistanın seçkiöncəsi mənzərəsini müəyyən edən ən kritik amillərdən biri olaraq qalır. Belə bir vəziyyət, ölkədəki siyasi qüvvələr nisbətinin daha da kəskinləşəcəyindən və seçki mübarizəsinin misilsiz gərginliklə müşayiət olunacağından xəbər verir.

Xatırladaq ki, Karapetyan hələ 2025-ci ilin iyununda “hakimiyyətin ələ keçirilməsinə çağırış” ittihamı ilə dəmir barmaqlıqlar arxasına göndərilib, sonradan bu ittihamların siyahısı maliyyə fırıldaqları ilə “zənginləşdirilib”. Hətta iş o yerə çatıb ki, ona məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsi prosesinə başlanılıb. 

Azərbaycan üçün Ermənistandakı daxili didişmələr və oliqarxik savaşlar bir daha sübut edir ki, regionda sülh və sabitlik istəməyən qüvvələr hələ də Ermənistanı öz ambisiyalarının poliqonuna çevirməkdədir. İstər hakimiyyətin selektiv ədaləti, istərsə də müxalifətin maddi stimullaşdırma metodları Ermənistanın dövlət institutlarının iflic vəziyyətdə olduğunu göstərir. Beləliklə, Ermənistanda cərəyan edən son hadisələr bir strateji reallığı növbəti dəfə təsdiqləyir: Cənubi Qafqazda davamlı sülh gündəliyinə mane olan fundamental amil məhz Ermənistanın daxili qeyri-sabitliyidir. İrəvanın idarəetmə sisteminin iflic vəziyyətə düşməsi və siyasi mübarizənin hüquqi şantaj müstəvisinə keçməsi rəsmi İrəvanın nəinki öz cəmiyyəti qarşısında, həm də beynəlxalq səviyyədə götürdüyü öhdəliklərə fokuslanmasını ciddi şəkildə ləngidir.

Regional lider statusunu hərbi, siyasi və iqtisadi müstəvidə bərqərar etmiş Azərbaycan öz strateji yolunda qətiyyətlə irəliləsə də, qonşu ölkədə hökm sürən bu xaos və hüquqi özbaşınalıq regionda tam sabitliyin bərqərar olması qarşısında duran əsas risk faktoru kimi çıxış edir. Xüsusilə vurğulamaq lazımdır ki, İrəvanın daxili auditoriyaya hesablanmış bu genişmiqyaslı siyasi şouları, Samvel Karapetyan və digər müxalif elementlər ətrafında yaradılan süni gərginlik, əslində, Azərbaycanla sülh müqaviləsinin imzalanması prosesini müxtəlif bəhanələrlə uzatmağa xidmət edir.

Bu mənzərə Ermənistanın beynəlxalq öhdəliklərdən və regional inteqrasiyadan yayınmaq üçün daxili böhranları bir “qalxan” kimi istifadə etmək taktikasının davamıdır. Hakimiyyət və müxalifət arasındakı bu radikal qarşıdurma Ermənistanın bir dövlət kimi öz gələcəyi ilə bağlı hələ də vahid və rasional bir qərara gələ bilmədiyini göstərir. Məğlub ölkənin içində boğulduğu seçki xaosu və hakimiyyətin öz rəqiblərinə qarşı tətbiq etdiyi daxili repressiya metodları Ermənistanı daha dərin siyasi və mənəvi böhrana sürükləməklə yanaşı, onun regionun yeni reallıqlarına uyğunlaşma imkanlarını da məhdudlaşdırır. Azərbaycanın qətiyyətli mövqeyi qarşısında manevr imkanlarını itirən İrəvan daxili "döyüşləri" ilə sülh prosesini ləngitsə də, bu yolun sonu Ermənistan üçün yalnız daha böyük təcrid və geriləmə ilə nəticələnə bilər.

Pünhan ƏFƏNDİYEV 
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri