Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

“Sədərək”dəki icarədarlar narahatdır “Hər şeyi itirə bilərik”

“Sədərək”dəki icarədarlar narahatdır “Hər şeyi itirə bilərik”

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Sədərək”​ Ticarət Mərkəzində çalışan icarədarlar buradakı texniki təhlükəsizlik vəziyyətindən və işlətdikləri obyektlərin sığortasız olmasından narahatdırlar.

Ticarət mərkəzində tekstil məhsulları, məişət avadanlıqları, xalça və digər məhsullarınsatışı ilə məşğul olan bir qrup sahibkar “Qafqazinfo”ya müraciət edərək üzləşdikləri problemi bildiriblər.

Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri olan “Sədərəy”in icrədarları burada indiyədək dəfələrlə güclü yanğınların olduğunu, eyni zamanda subasma hadisələrinin də onlara xüsusilə külli miqdarda ziyan vurduğunu deyibər: “2009-cu ildən fəaliyyətə başlayan və ilbəil böyüyən ticarət mərkəzinin problemləri bitmir. Mülkiyyətçilər texniki təhlükəsizlik baxımından sərmayə qoymurlar ki, bu da bizim ağır nəticələr qarşısında əlacsız qalmağımıza gətirib çıxarır. Onlar məsuliyyət daşımadan ancaq öz şəxsi mənafelərini və gəlirlərini güdürlər. Hər kəs bilir ki, burada enerji təchizatı bərbad və yüklü vəziyyətdədir. Naqillərin qızmağından hər an yanğın baş verə bilər. Elektrik təsərrüfatında avtomatlar yüklənmiş vəziyyətdə, təftiş qaydalara uyğun aparılmır, sıxılma və digər xidmətlər sadəcə monitorinqlərlə aparılır”.

İcarədarların sözlərinə görə, hazırda burada 30-40 min sahibkar çalışır: “İcarə ödənişləri hər dəfə qaldırılır. Buna baxmayaraq yanğın təhlükəsizliyi ilə bağlı vəziyyət çox faciəvi şəkildədir. Hidrantlar, yanğınsöndürən balonlar, su hovuzları kommunikasiyaları fors-major hala cavab vermir və daha əvvəl də dəfələrlə bu hallar yaşanıb. Ümid ancaq ərazidə fəaliyyət göstərən yanğınsöndürən bölməyə qalır. Ancaq mövcud sayla və texnikayla yanğın olduğu halda mübarizə aparmaq sadəlövhlükdür.

Son 8 ildə burada 9 dəfə yanğın olub. Sonuncu dəfə bu yaxınlarda Bakıdakı kinostudiya ərazisində pirotexniki vasitələrin alovlanması nəticəsində partlayışın baş verməsi isə bizi daha da narahat edir. Çünki burada da xaricdən qanunsuz yolla gətirilən pirotexniki vasitələr qaydalara tamamilə riayət edilmədən saxlanılır. Növbəti dəfə yanğın olsa, artıq hər şeyimizi itirə bilərik”.

Sahibkarların üzləşdikləri ən böyük problem isə işlətdikləri obyektləri sığortalaya bilməmələridir: “Sığorta şirkətləri yüksək riskli vəziyyəti nəzərə alaraq, buradakı mağazaları sığortalamaqdan imtina edirlər. Belə ki, Fövqəladə Hallar Nazirliyi buranın istismarına müvafiq rəy və sənəd vermədiyinə görə sığortalamaq da mümkünsüz olub. Bununla bağlı ticarət mərkəzinin mülkiyyətçiləri təəssüf ki, hər hansı addım atmırlar. Biz də öz növbəmizdə aidiyyəti qurumlara müraciət etmişik, problemimizin həll olunması üçün ərizələr yazmışıq”.

Şikayətlə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasına sorğu ünvanladıq. Assosiasiyanın ekspert qrupunun üzvü Emin Allahverdiyev qeyd edib ki, hazırda sığorta sektorunda fəaliyyət göstərən və əmlak sığortası üzrə lisenziyası olan sığorta şirkətləri istər daşınar, istərsə də daşınmaz əmlakların sığortalanmasında maraqlıdırlar: “Lakin əmlakın sığortaya cəlb olunması üçün əsas şərt həmin əmlakın mövcud vəziyyətinin yanğın təhlükəsizliyi normalarına və digər təminat növləri üzrə risk tələblərinə uyğun olmasıdır. Bu, sığorta mexanizminin əsas fəlsəfəsini təşkil edən mühüm elementdir.

Sığorta hadisəsi mahiyyətcə təsadüfi xarakter daşımalı və sığorta təminatı yalnız bu təsadüfilik nəticəsində əmlaka dəymiş zərərə görə verilməlidir. Əgər əmlakda hadisənin başvermə ehtimalı artıq təsadüfilik xarakterini itirmişsə və risk hər gün, hər an baş verə biləcək vəziyyətdədirsə, bu halda sığorta şirkətinin belə əmlakı sığortaya cəlb etməsi nə sığorta fəlsəfəsinə, nə də qüvvədə olan qanunvericiliyə və sığorta qaydalarına uyğun sayılır.

İstər iri ticarət mərkəzlərində yerləşən obyektlər, istərsə də kiçik sahibkarlıq subyektlərinə məxsus əmlaklar sığorta şirkətləri üçün maraq kəsb edir. Lakin qeyd olunan normativ tələblərə əməl edilmədikdə, əmlakın harada yerləşməsindən asılı olmayaraq onun sığortalanması mümkün olmur.

Buna görə də, əmlakda yanğın və digər təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət edilməli, mümkün risklərə qarşı maliyyə təhlükəsizliyi təmin olunması üçün sığorta alətindən istifadə edilməlidir”.

Məsələ ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Qurumun Mətbuat xidmətindən bu cavabı aldıq: “Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğın nəzarəti üzrə dövlət inspektorları tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmış “Çıxarış”a əsasən yoxlamalar (yanğın-texniki müayinələr) keçirilib. Müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyətə cəlb olunaraq pozuntuların aradan qaldırılması məqsədilə obyektin rəhbərliyinə icrası məcburi olan tələbləri özündə əks etdirən “Yanğın-texniki müayinə materiallarına baxılmasının nəticələri üzrə Qərar” təqdim olunub. Belə ki, obyektdə aparılmış yanğın-texniki müayinələr zamanı aşkar olunmuş pozuntulara görə cavabdeh məsul şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə  inzibati məsuliyyətə cəlb olunaraq inzibati qaydada cərimə olunub.

Sığorta şirkətləri tərəfindən ticarət obyektlərinin daşınmaz əmlakının icbari sığorta edilməsi ilə bağlı məsələlər 24 iyun 2011-ci il 165-IVQ nömrəli “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və sığortaçı ilə sığortalı arasında həll olunmalıdır”.

Nizam Rza


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see815

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see452

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see320

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see295

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see284

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see276

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see275

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see273

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see257

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see248

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see244

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see242

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see240

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see238

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see235

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see233

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see219

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see217

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see215

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri