Icma.az
close
up
RU
“Şəfa” azarkeşlərinə soyuducu və saat bağışlayır!

“Şəfa” azarkeşlərinə soyuducu və saat bağışlayır!

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Futbol üzrə ölkə çempionatının 1-ci liqasında çıxış edən komandalarının azarkeş qıtlığından əziyyət çəkdiyi bəllidi. Ən iddialı klublar belə bu problemə “əsir düşüb”.

“Football-plus.az” xəbər verir ki, bu çempionatın iştirakçılarından olan “Şəfa” stadiona daha çox futbolsevərin gəlməsini təmin etmək üçün diqqətçəkən aksiyaya start verib. Belə ki, paytaxt təmsilçisi sentyabrın 22-dən etibarən ev oyunlarını izləmək məqsədilə Binə qəsəbə stadionunun tribunalarına təşrif buyuran şəxslərə ABŞ-nin məşhur fəstfud şəbəkəsi olan “McDonald's”dan Kombo Menyu vəd edir. Hələ bu harasıdı?! Klub hər ev oyununda random seçimlə 3 nəfərə “MyGroup Holding”ə daxil olan “MyX” brendindən mini soyuducu, qol saatı və simsiz qulaqcıq bağışlayır. Təbii ki, “Şəfa”nın bunun müqabilində şərtləri də var. Azarkeşlər stadiona gələndə foto və videolarını sosial şəbəkə hesablarının hekayə bölümündə paylaşmalı və klubu qeyd etməlidilər. Hədiyyələr qaliblərə növbəti ev oyunlarında verilir.
Əlbəttə, belə addım təqdirəlayiqdi. Bəs effektivdimi?
“Football-plus.az” xəbər verir ki, “Şəfa” bu aksiyaya start verəndən sonra iki ev oyunu keçirib. Bakılıların 3-cü turda “Cəbrayıl”a qarşı matçını (3:0) 200, 4-cü turda MOİK-lə oyununu (4:1) isə 150 tamaşaçı tribunalardan izləyib.
Maraq üçün qeyd edək ki, paytaxt təmsilçisinin 1-ci turda evdə “Şimal”la qarşılaşdığı görüşdə stadionda 150 azarkeş olub. Bu o deməkdi ki, aksiya hələ gözləntiləri qarşılamayıb. Necə deyərlər, zorla sevgi olmur ki...
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri