Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Şəfa və vəfa adamı

Şəfa və vəfa adamı

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Ürəyin döyüntüsü onun səssiz fəryadıdır. Bəzən həyəcanla atır, bəzən yorğun dayanır, bəzən də qəfil susur. Amma elə insanlar var ki, onların əlləri qəlbləri susmağa qoymur. Onlar döyüş meydanında da, cərrah masasında da həyatla ölüm arasında vuruşurlar. Ayaz Musayev kimi. O, həm qılıncın, həm də şəfanın adamıdır.

Tarixin səhifələrinə qanla yazılan Qarabağ savaşlarında elə insanlarımız var ki, onların həyatı yalnız bir döyüşlə, bir missiya ilə məhdudlaşmır. Onlar ömrünü iki fərqli cəbhədə - həm döyüş meydanında, həm də insan həyatını xilas edən ağ xalatlı mübarizələrdə keçirirlər. Bu yazıda həm əsgər, həm də həkim olan vətənpərvər bir insan haqqında danışacağam. O, Birinci Qarabağ müharibəsində döyüş meydanına əlində silah atılmışdı, İkinci Qarabağ müharibəsində isə həkim kimi insanları ölümdən qurtardı.

Səhər şəfəqləri bir körpənin ilk nəfəsini işıqlandıranda hələ heç kim bilməzdi ki, o nəfəs illər sonra yüzlərlə ürəyə toxunacaq, onlara şəfa verəcək. O, dünyaya bir kəndin sakitliyində göz açmış, uşaqlığını torpaq qoxusunun içində keçirmişdi. Amma tale onu yalnız bir kəndin yox, bütün bir xalqın qəlbinə yazacaqdı...

Azərbaycanın Qarabağ bölgəsində, Ağdərə rayonunun Manikli kəndində 1975-ci il may ayının 1-də dünyaya göz açan Ayaz Musayev hələ tələbə ikən müharibə meydanına atıldı.

1975-ci ilin may ayı... Qarabağın bir kəndində bir oğlan dünyaya gəlir - adını Ayaz qoyurlar. Uşaqlığı Qarabağın saf sularında, dağ havasında keçdi, yeniyetməliyi isə od-alov içində. 1991-ci ildə orta məktəbi bitirəndə artıq vətən atəş içində idi. O, həkim olmağa qərar verdi. Azərbaycan Tibb Universitetinə daxil oldu, amma müharibə ocağında həkim kürsüsündə oturmaq çətindir. Tələbə ikən könüllü olaraq cəbhəyə yollandı. Əslində, o vaxt tibbi xidmət göstərmək üçün getmişdi, amma həyatın sərt qanunu var - döyüş meydanında hər kəs əsgərdir! O da silaha sarıldı. Dörd dəfə yaralandı, amma geri çəkilmədi. Sonuncu yarası ağır oldu, hospitalın ağ divarları arasında aylarla qaldı. Amma o divarlar da onu həkim olmaq arzusundan döndərə bilmədi. Bir il akademik məzuniyyət götürdü, sağaldı və yenidən universitetə qayıtdı. 1997-ci ildə artıq Tibb Universitetini bitirmişdi.

Döyüş meydanında ürəyi dayananları xilas edə bilməmişdi, amma indi bir həkim olaraq əlləri daha güclü idi. İnternaturanı Kardiologiya İnstitutunda keçdi, sonra həyat yolunu Göygöldən Ağcabədiyə apardı. Artıq kardioloq idi. Bir vaxtlar qəlbində döyüş yarası almış bir insan indi yüzlərlə qəlbi müalicə edirdi.

O, yalnız həkim kimi deyil, ehtiyatda olan zabit kimi də fəaliyyətini davam etdirdi. 2006-2008-ci illərdə hərbi xidmətə çağırıldı, yenə də vətənin keşiyində dayandı. 2016-cı ildə Aprel döyüşlərində könüllü iştirak etdi. Tərtər hospitalında yaralıların nəfəsiylə nəfəs aldı, onların ağrısını öz qəlbində hiss etdi. Amma tale ona hələ bir imtahan da hazırlamışdı.

2020-ci ilin sentyabr ayı... Yenə səfərbərlik, yenə savaş, yenə Vətən çağırışı! Ayaz Musayev yenə həkim xalatını çıxarıb, hərbi geyimini geyindi. Bu dəfə döyüş meydanına həkim kimi yollandı. Füzuli, Cəbrayıl, Hadrut və Şuşa... Vətənin hər qarışı uğrunda savaşan əsgərlərlə birgə o da var idi. Onun əlləri yüzlərlə yaralını həyata qaytarırdı.

91 gün - bu 91 günün hər anı həyatda qalmaq üçün mübarizə idi. Yaralıları döyüş meydanından çıxarmaq, onların qanaxmasını dayandırmaq, bəzən bir ürəyə son dəfə toxunmaq... Döyüşçü olan bir insan üçün bəlkə də, ən ağır an bu idi - dostunun gözlərinə baxıb, heç nə edə bilməmək. Amma o, bacardığını etdi. O günlərdə Ayaz Musayev təkcə həkim yox, həm də bir əsgər idi - silahsız, amma daha güclü!

Müharibə bitdi. Ayaz Musayev yenidən Ağcabədiyə qayıtdı, yenidən öz vəzifəsinin başına keçdi. İndi o, "KARDİO MED" klinikasının rəhbəridir, amma onun həkimliyi yalnız müalicə ilə bitmir. Şəhid ailələri və qazilər üçün həmin klinikanın qapıları həmişə açıqdır. O, şəfa və vəfa adamıdır.

Hər döyüşçünün bir borcu var - döyüş meydanında qalib gəlmək. Hər həkimin bir borcu var - insan həyatını xilas etmək.

Ayaz Musayev bu iki borcu bir ömür boyu çiyinlərində daşıdı. O, təkcə ürəkləri müalicə etmədi, həm də insanlara yaşamaq eşqini qaytardı. Əsl həkim yalnız xəstəni sağaltmır, həm də insana ruh, ümid verir. Və bu ümid bir millətin qəlbinin döyüntüsünə çevrilir.

Bu gün Ayaz Musayev təkcə bir kardioloq deyil, həm də vətən uğrunda canını sipər etmiş, yüzlərlə insanın həyatını xilas etmiş qəhrəmandır. O, həkimdir, döyüşçüdür, vətənpərvərdir - ürəklərin keşiyində dayanan bir igiddir.

Aynurə İNCİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Mart 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri