Icma.az
close
up
RU
Şəfa və Baku Sportinq dən qələbə, Səbail qalib gəlir

Şəfa və Baku Sportinq dən qələbə, Səbail qalib gəlir

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Bu gün və sabah futbol üzrə ölkə çempionatının 1-ci liqasında 7-ci turun oyunları keçiriləcək. Bütün görüşlər PFL-in "1-ci liqa/2-ci liqa" "yutub" kanalında canlı yayınlanacaq.

İlk gündə üç matça şahidlik edəcəyik. "Baku Sportinq"in "Cəbrayıl"ı qəbul edəcəyi oyunda üstün olacağını proqnozlaşdıra bilərik. Ona görə ki, indiyə qədər qənaətbəxş nəticələr qazanan Buzovna təmsilçisi ilk "dördlük"dəki yerini qorumağa çalışacaq. Ancaq qonaqlar da azı bir xal uğrunda mübarizədən qopmamalıdı. Axı hələ 1-ci liqada qalmaq istəyən "Cəbrayıl"ın arxayınlaşması üçün tezdi.
Turun mərkəzi oyunu Mingəçevirdə keçiriləcək. Burda bölgənin eyniadlı təmsilçisi "Şəfa" ilə üz-üzə gələcək. Hər iki komandanın çempionluğa iddiası şübhə doğurmur. Bəli, "doğma divarlar" və azarkeş amili meydan sahiblərindən yana ola bilər. Lakin hələ məğlubiyyət üzü görməyən "Şəfa"nın liderliyini qorumaq üçün "dəridən-qabıqdan çıxacağına" şübhə yoxdu. Odu ki, mingəçevirli futbolsevərlərin tribunalara təşrif buyurmasında fayda var. Axı sevimli komandalarının mümkün xal itkisi "nur şəhəri"nin təmsilçisinin çempionluq ehtimalını xeyli azaldacaq... Bizdən demək... Növbəti oyunda "Səbail" evdə MOİK-i sınağa çəkəcək. İkinci pillədə qərarlaşan Bayıl təmsilçisi "Şəfa" ilə aradakı xal fərqinin artmasına imkan verməməlidi. "Dənizçilər" liderin Mingəçevirdə büdrəmə ehtimalını nəzər almalı, meydana yalnız MOİK-i məğlub etmək üçün çıxmalıdı. İş ondadı ki, "hərbçilər"in də durumu qənaətbəxş deyil. Uğursuz mövsüm keçirən kollektivin xala hava-su kimi ehtiyacı var...
Noyabrın 6-da izləyəcəyimiz görüşlərə gəlincə, "Şahdağ Qusar" "Şimal"ı, "Difai" "Zaqatala"nı qəbul edəcək. Bəli, Qusar təmsilçisi rəqibindən üstündü. Ancaq meydan sahibləri "doğma divarlar" arasında asan qələbə qazanacağını düşünə bilməz. Çünki itirəcək heç nəyi olmayan xaçmazlılar "zirzəmi"dən xilas olmaq üçün sona qədər döyüşməkdən çəkinməyəcək. Bununla belə, Ağsu təmsilçisinin "Zaqatala"nın öhdəsindən gəlmək ehtimalı azdı. "Difai" bu matçda “boyundan yuxarı tullanmağa” cəhd etməli olacaq. Qonaqlar isə xal ehtiyatını artırmaqla mövqeyini yaxşılaşdırmağın yollarını axtaracaq.
5 noyabr
Baku Sportinq – Cəbrayıl 2:0

Ceyhun Muxtarlı, 37. Elvin Valiiev, 61.
Buzovna, qəsəbə stadionu. Saat 14.00.
Mingəçevir – Şəfa 2:3
Seymur Məmmədov, 32. Kennet Kalunqa, 80 - Pərviz Azadov, 35. Tərlan Quliyev, 45+2-p. Amir Ebrahimzade, 90+1
Mingəçevir, Yusif Məmmədzadə adına şəhər stadionu (ehtiyat meydança). Saat 14.00.
Səbail – MOİK 1:0
Tuqay Əlizadə, 31
Bakı, "ASCO Arena". Saat 15.00.
6 noyabr
Şahdağ Qusar – Şimal

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.00.
Difai – Zaqatala
Ağsu, şəhər stadionu. Saat 14.00.
Xal durumu: Şəfa - 19, Səbail - 14, Mingəçevir - 13, Baku Sportinq - 12, Şahdağ Qusar, Zaqatala - 7, Cəbrayıl - 6, MOİK - 5, Difai - 4, Şimal - 2.
Bombardir: Seyxan Fərəcov (MOİK).
KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Noyabr 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see252

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see240

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see234

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see209

“Azərbaycanın bank sistemi Ermənistanın bank sistemi ilə müqayisədə zəifdir” DEPUTAT

19 Dekabr 2025 14:13see176

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see157

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see156

FT: “AK nin təşəbbüsünün qatili Corca Meloni olub”

19 Dekabr 2025 15:39see152

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see147

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see146

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see142

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see141

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see139

Zelenski istedadlı sənətkardır Putindən həmin videoya münasibət

19 Dekabr 2025 13:59see138

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see137

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see135

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see135

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see135

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri