“Şəfa”dan ayrılan Elgiz Kərəmli “Kəpəz”də çalışacaq
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Şəfa”dan ayrılan baş məşqçi Elgiz Kərəmlinin yeni iş yeri müəyyənləşib.
İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssis karyerasını “Kəpəz”də davam etdirəcək. O, Gəncə təmsilçisinin baş məşqçisi Arif Əsədovun köməkçisi vəzifəsini yerinə yetirəcək.
Kərəmlinin komandaya dəvət olunmasında Arif Əsədov şəxsən təşəbbüs göstərib. Təcrübəli mütəxəssis gənc həmkarının “Şəfa”dakı fəaliyyətini yüksək qiymətləndirərək onu məşqçilər korpusunda görmək istəyib.
Elgiz Kərəmli də təklifi qəbul edib və yeni mövsümdən “Kəpəz”də çalışacaq.
Qeyd edək ki, Kərəmli “Şəfa”nı əvvəlcə İkinci Liqadan Birinci Liqaya yüksəldib. Daha sonra komandanı Birinci Liqanın çempionu edərək Premyer Liqaya çıxarıb.
Buna baxmayaraq, klub rəhbərliyi gənc mütəxəssislə əməkdaşlığı davam etdirməyib. “Şəfa”nın bu qərarı futbol ictimaiyyətində ciddi narazılıqla qarşılanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 14 İyun 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















