Icma.az
close
up
RU
Azərbaycançılıq ideyası milli birliyin əsas dayağıdır

Azərbaycançılıq ideyası milli birliyin əsas dayağıdır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycançılıq ideyasının təbliği:  

Dilimizin və mədəni irsimizin qorunması bu ideologiyanın davamlılığını təmin edən əsas istiqamətlərdir

Azərbaycan xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşib. Ulu Öndər Heydər Əliyevin əsasını möhkəmləndirdiyi bu ideologiya milli kimliyimizi, dövlətçilik düşüncəmizi və gələcəyə baxışımızı vahid məcrada birləşdirir. Azərbaycançılıq müstəqil dövlətçiliyimizin ideoloji dayaqlarından biri olmaqla yanaşı, xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və ümumi vətən anlayışını özündə ehtiva edir. Bu ideologiyanın mahiyyəti Azərbaycanı özünə doğma vətən hesab edən hər bir vətəndaşın milli mənsubiyyətindən, dilindən və dini etiqadından asılı olmayaraq, vahid dövlətçilik maraqları ətrafında birləşməsidir.

Azərbaycançılıq ideyası ölkəmizdə yaşayan müxtəlif xalqları və dini icmaları vahid vətən anlayışı ətrafında birləşdirir. Bu ideya hər bir vətəndaşın Azərbaycanın inkişafında özünü məsuliyyətli hiss etməsinə, dövlətçilik ənənələrinə hörmətlə yanaşmasına və milli maraqların qorunmasına töhfə verir. Burada əsas məqsəd fərqli etnik və dini kimlikləri vahid kimlik daxilində aradan qaldırmaq deyil, onların qorunmasını ümumi Azərbaycan kimliyi və dövlətə mənsubiyyət hissi ilə uzlaşdırmaqdır. Məhz bu xüsusiyyət azərbaycançılığı yalnız milli ideya deyil, həm də cəmiyyətin bütövlüyünü təmin edən mühüm ictimai-siyasi prinsip kimi səciyyələndirir.

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycanda müxtəlif etnik qrupların və dinlərin nümayəndələrinin bir ailə kimi yaşadığını vurğulayıb. Dövlət başçısının çıxışında cəmiyyətimizdə həmrəylik, qarşılıqlı hörmət və anlaşma mühüm dəyərlər kimi təqdim olunub. Bu yanaşma azərbaycançılıq ideyasının müasir cəmiyyətimizdəki birləşdirici rolunu əks etdirir. Eyni zamanda, Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq təşəbbüslərlə çıxış etməsi milli təcrübəmizin qlobal miqyasda təqdim olunmasına, fərqli cəmiyyətlər arasında anlaşma və əməkdaşlığın təşviqinə şərait yaradır.

Azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri milli dövlətçilik ənənələrinin qorunması və müstəqillik düşüncəsinin möhkəmləndirilməsidir. Azərbaycanın mürəkkəb tarixi inkişaf yolu, müxtəlif dövrlərdə üzləşdiyi siyasi çətinliklər və müstəqilliyin bərpasından sonrakı təcrübəsi göstərir ki, milli birliyin qorunması dövlətin davamlı inkişafı üçün vacib şərtlərdəndir. Bu baxımdan, azərbaycançılıq keçmişin tarixi irsinə bağlılıqla məhdudlaşmır, həm də müasir dövlətin siyasi, sosial və mənəvi əsaslarını möhkəmləndirən ideya kimi çıxış edir.

Azərbaycançılığın mühüm istiqaməti ölkə hüdudlarından kənarda yaşayan azərbaycanlıların tarixi və mədəni vətənlə əlaqələrinin qorunmasıdır. Xaricdə yaşayan soydaşlarımızın ana dilinə, milli-mənəvi dəyərlərə və tarixi irsə bağlılığının gücləndirilməsi ümummilli həmrəyliyin mühüm tərkib hissəsidir. Bu əlaqələr Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, milli mədəniyyətimizin tanıdılması və ölkəmizin müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyət daşıyır. Bununla belə, milli həmrəylik yalnız mənəvi bağlılıqla deyil, ortaq məsuliyyət və qarşılıqlı dəstəklə də möhkəmlənir.

Azərbaycançılıq ideologiyası xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini və gələcək inkişaf hədəflərini birləşdirən fundamental dəyərdir. Onun gücləndirilməsi tarixi irsin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənc nəslin dövlətçilik ruhunda yetişdirilməsi və multikultural mühitin davamlılığının təmin olunması ilə mümkündür. Azərbaycançılıq ideyasının əsas gücü cəmiyyətin müxtəlifliyini ortaq vətən anlayışı ilə uzlaşdırmasında, milli maraqları ümumi məsuliyyətə çevirməsində və müstəqil Azərbaycanın gələcəyinə xidmət edən birləşdirici prinsip kimi çıxış etməsindədir.

Siyasi şərhçi Azər Niftiyev "Şərq"ə bildirib ki, azərbaycançılıq ideologiyasının təbliği müasir dövrdə milli kimliyin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və cəmiyyətin vahid strateji məqsədlər ətrafında birləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu ideologiya yalnız tarixi irsin və milli-mənəvi dəyərlərin qorunmasını deyil, eyni zamanda Azərbaycanın müasir dünyadakı mövqeyinin, suveren inkişaf modelinin və multikultural təcrübəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasını nəzərdə tutur.

A.Niftiyev hesab edir ki, ölkə başçısının siyasi mesajları Azərbaycanın dövlətçilik fəlsəfəsini, beynəlxalq münasibətlərə baxışını və suveren inkişaf strategiyasını vahid məntiqdə birləşdirir: “VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu azərbaycançılıq ideyasının beynəlxalq səviyyədə təqdim olunması üçün mühüm platformadır. Müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların nümayəndələrini bir araya gətirən belə tədbirlər Azərbaycanın milli kimliklə ümumbəşəri dəyərlər arasında uzlaşma yaratmaq yanaşmasını nümayiş etdirir. Bu baxımdan, azərbaycançılığın təbliği təkcə ölkə daxilində milli həmrəyliyin möhkəmləndirilməsi ilə məhdudlaşmır, həm də Azərbaycanın beynəlxalq humanitar təşəbbüslərinin ideoloji əsaslarından biri kimi çıxış edir.

Xüsusilə qloballaşma, geosiyasi rəqabət və müxtəlif cəmiyyətlər arasında ideoloji ziddiyyətlərin artdığı bir dövrdə milli kimliyin qorunması ilə açıq dialoq mühitinin yaradılması arasında tarazlığın saxlanılması vacibdir. Azərbaycançılıq ideologiyasının əsas üstünlüklərindən biri də müxtəlif etnik və dini mənsubiyyətə malik vətəndaşları ortaq dövlətçilik maraqları ətrafında birləşdirməsidir. Bu yanaşma milli birliyi cəmiyyətin rəngarəngliyinə qarşı qoymur, əksinə, həmin rəngarəngliyi vahid dövlətin inkişafı üçün dəyərə çevirir”.

Siyasi şərhçi qeyd edib ki, azərbaycançılıq ideyasının gələcək nəsillərə ötürülməsi istiqamətində təhsil, mədəniyyət, elmi tədqiqatlar, media və rəqəmsal kommunikasiya vasitələrinin imkanlarından səmərəli istifadə olunması da mühüm əhəmiyyət daşıyır:

“Milli tariximizin obyektiv şəkildə öyrənilməsi, dövlətçilik ənənələrinin gənclərə çatdırılması, Azərbaycan dilinin və mədəni irsinin qorunması bu ideologiyanın davamlılığını təmin edən əsas istiqamətlərdir. Azərbaycançılıq ideologiyasının təbliği keçmişin irsini qorumaqla yanaşı, gələcəyin milli inkişaf modelini formalaşdırmağa xidmət edir. Bu ideyanın beynəlxalq platformalarda təqdim olunması isə Azərbaycanın öz milli dəyərlərinə sadiq qalaraq qlobal dialoqda fəal iştirak edən, fərqli mədəniyyətlər arasında qarşılıqlı anlaşmanı təşviq edən və müstəqil dövlətçilik maraqlarını ardıcıl şəkildə müdafiə edən ölkə kimi mövqeyinin möhkəmlənməsinə töhfə verir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Oktyabr 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see336

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see312

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see309

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see284

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see278

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see271

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see271

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see267

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see255

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see252

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see249

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see219

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see217

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see210

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see198

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see198

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see198

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see188

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri