“Şəfa”nın baş məşqçisi: “Qələbəyə hava və su kimi ehtiyacımız vardı”
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
“Öncə onu qeyd edim ki, qələbəyə hava və su kimi ehtiyacımız vardı. Futbolçular sağ olsunlar, əllərindən gələni, bacardıqlarından daha artığını etdilər ki, bu oyunda qələbə qazanaq. Şükürlər olsun ki, üç xal qazana bildik”.
İdman.Biz xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 13-cü turunda səfərdə "İmişli"ni 3:1 hesabı ilə məğlub edən “Şəfa”nın baş məşqçisi Zaur Həşimov oyundan sonra deyib.
Paytaxt təmsilçisinin çalışdırıcısı qarşılaşmanın gedişindən və komandasının nümayiş etdirdiyi mübarizədən söz açıb:
“Fikrimcə, oyun gərgin alındı. Əsas da birinci hissədə üstünlüyümüz var idi. Bunu hesabda da reallaşdıra bildik. Təəssüf ki, yenə standart vəziyyətdən top buraxdıq. İkinci hissədə futbolçular vuruşdular, əks-hücumda üçüncü qolu vurub qələbə qazana bildik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Noyabr 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















