Səfərbərlik Xidməti magistrlərə möhlət verilməsinin əlehinə çıxıb
Azpost saytına istinadən Icma.az xəbər verir.
Mövcud qanunvericilikdə dinc dövrdə çağırışdan azad edilənlərin kateqoriyası müəyyənləşdirilib.
Azpost.info APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.
O bildirib ki, mövcud qanunda ehtiyata və istefaya buraxılma öz əksini tapmamışdı: “Artıq layihədə bu anlayışlar meydana çıxıb. Həm dinc, həm müharibə dövründə ehtiyatda qalanlar qalacaq. Amma ağır cinayət törədənlər birbaşa istefaya keçiriləcək. Magistratura və rezidentura bitirənlərin hərbi xidmətdən müəyyən məbləğ qarşılığında azad edilməsi bir çox dövlətdə tətbiq edilir. Bu layihə hazırlanarkən bu təklif olunmuşdu. 2016-cı ildən etibarən bakalavriatla yanaşı magistratura təhsilalanlara da möhlət verilməyə başladı. Bundan sonra magistratura təhsilinə cəlb olunanların sayı kəskin artıb. 2020-ci ildən 2024-cü ilə qədər bu yana təhsilə görə möhlət verilənlərin sayında 44 % artım müşahidə edilir. Magistratura və rezidentura bitirənləri müəyyən məbləğlə hərbi xidmətdən azad etsək, silahlı qüvvələrin keyfiyyətli komplektləşdirilməsinə mane ola bilər. 2020-2024-cü il ərzində hər il 0,3-0,2 % 30-35 yaşa qədər olanların hərbi xidmətə çağırılması təşkil edib. Bu heç 1 % deyil. Amma magistratura bitirənlərin azad olunması isə keyfiyyətli komplektləşdirməyə ciddi təsir göstərən amil ola bilər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 13 Dekabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















