Səfərbərlik Xidməti məlumat yaydı
Icma.az, Pravda.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Səfərbərlik Xidməti məlumat yaydı.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi “Ana harayı” abidəsini ziyarət edib.
Bu barədə Dövlət Xidmətindən məlumat verilib.
Xocalı faciəsinin 33-cü ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və Xidmətin rəhbər heyəti Bakının Xocalı prospektində yerləşən “Ana harayı” abidəsini ziyarət edib. Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə güllər düzülüb və faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Allah şəhidlərimizə rəhmət eləsin!

Səfərbərlik Xidməti məlumat yaydı
15 Noyabr 2024 17:13
