Kvaratsxeliyaya Gürcüstanın ali dövlət mükafatı veriləcək
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
PSJ ilə Çempionlar Liqasının qalibi olan gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya ölkənin ali dövlət mükafatı - Müqəddəs Georgi ordeni ilə təltif ediləcək.
Oxu.Az Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir İrakli Kobaxidze məlumat verib.
İ.Kobaxidze Xviça Kvaratsxeliyanın uğurunu bütün Gürcüstanın qələbəsi adlandırıb.
Baş nazir həmçinin əlavə edib ki, "Milan"la Çempionlar Liqasının qalibi olmuş, hazırda Tbilisinin meri Kaxa Kaladzeyə də Müqəddəs Georgi ordeni təqdim olunacaq.

Kvaratsxeliyaya Gürcüstanın ali dövlət mükafatı veriləcək
03 İyun 2025 15:34
Napoli Kvaratsxeliyaya əvəz tapdı
12 Yanvar 2025 23:02
Gürcüstanın işğal olunmuş rayonlarında da daxili Rusiya pasportları veriləcək
18 İyul 2025 15:58
Gürcüstanın “ukraynalaşdırılması” RAKURS
04 Dekabr 2024 16:46

