Icma.az
close
up
RU
Qucaqlaşmaq həqiqətən dərmandır?

Qucaqlaşmaq həqiqətən dərmandır?

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son zamanlar sosial mediada və müxtəlif platformalarda belə fikirlərlə tez-tez rastlaşırıq: 

“Qucaqlamaq stressi azaldır”.

Bildirilir ki, qucaqlaşmaq yalnız fiziki bir hərəkət deyil, ruhun bərpası, emosional əlaqənin qurulması və güvənin bədəni dillə ifadəsidir. Bəs bu iddialar elmi əsaslara söykənirmi? Doğrudanmı qucaq insanı sakitləşdirə, onu güvəndə hiss etdirə bilər? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin psixoloqu Samirə İsmayılova bildirib ki, psixologiyada qucaqlaşmaq sadəcə fiziki yaxınlıq kimi yox, travmadan sonra reaksiya yüngülləşdirici, bağ qurucu və özünəqayıdış vasitəsi kimi tanınır. 

Onun sözlərinə görə, qucaqlamaq təkcə fiziki təmas deyil, bu, emosional əlaqənin, qəbulun və güvənin fiziki təcəssümüdür: 

“Bəzən heç bir söz kifayət etmir, bütün cümlələr aciz qalır. O anlarda bircə qucaq  hər şeyi izah edə, dəyişə bilir. Qucaqlamaq nədir? Qucaqlamaq, bir insanın digərinə bütün varlığı ilə “burdayam, sən əminsən, tək deyilsən” deməsidir. Bu təmas, stress hormonlarını azaldır, xoşbəxtlik hormonlarını artırır və ən əsası: 

emosional təcridi qırır. Qucaqlama zamanı beyində oksitosin adlı hormon ifraz olunur. Ona “qucaq hormonu”, “sevgi molekulu” da deyilir. Oksitosin isə narahatlığı azaldır, ürək döyüntüsünü tənzimləyir və insanda aid olma, sevildiyini hiss etmə duyğusunu gücləndirir. Qısacası, qucaq, beyinə “təhlükəsizlikdəyik” mesajı göndərir”. 

Psixoloq qeyd edib ki, qucaq uşaqlıqdan başlayan bir ehtiyacdir: 

“İnsan dünyaya göz açdığı andan qucağa ehtiyac duyur. Körpə ağlayanda, ac olanda və ya qorxanda qucaq ona dünya ilə ilk və ən etibarlı bağ olur. Əgər bu bağ kəsilirsə və ya laqeydliklə əvəz olunursa, gələcəkdə insanlarda təhlükə hissi, bağlanma problemi və toxunmaqdan qorxma halları inkişaf edə bilər”. Samirə İsmayılovanın sözlərinə görə, böyüklər də qucaqlaşmaq istəyir: 

“Böyümək qucaq ehtiyacını aradan qaldırmır. Sadəcə bəzən onu gizləyirik. Çünki böyüklər artıq ağlamamalı, ehtiyac hiss etməməli, güclü görünməlidir. Amma bu da yanlışdır. Hər bir insan yaşı, cinsi, statusu nə olursa olsun, toxunulmaq, hiss olunmaq, güvəndə olmaq istəyir. Qucaqlamaq heç bir dərmanla əvəz olunmayan duyğusal antibiotikdir. 

Qucaq sükutun dilidir. Bəzən sözlər yalan ola bilər, ya da bacarmayacağımız qədər çətin. Amma qucaq saxta, boş deyil. Qucaqlayan insan sanki deyir:

“Mən səni duyuram, mən burdayam”. Bu, empatiya və şəfqətin səssiz dilidir”. 

O vurğulayıb ki, travma keçirmiş insanlar toxunmağa qarşı daha həssas ola bilərlər:

“Etibarlı bir insanın səmimi qucağı qorxunu yumşalda, bədəni və beyni təhlükəsizlik halına gətirə bilər. Psixoterapiyada da bəzən sözlərdən öncə təhlükəsiz əlaqə qurmaq, qucaqlama ilə başlanır, istər real, istər metaforik. 

Bəzən insan heç nə istəmir, bir qucaqdan başqa. Çünki qucaq sadəcə iki qolun sarılması deyil, bu, bir insanın digərinə “sən dəyərlisən, sən burdasan, sən vacibsən” deməsidir. Qucaqla dünya bəlkə dəyişməz, amma bir insanın iç dünyası dəyişə bilər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see430

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see275

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see270

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see251

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see231

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see230

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see220

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see219

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see212

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see208

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see193

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see192

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see192

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see188

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see187

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see184

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see181

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see177

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see172

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri