Icma.az
close
up
RU
Putinin ideoloqundan növbəti sərsəm açıqlama

Putinin ideoloqundan növbəti sərsəm açıqlama

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

ADP postsovet ölkələrini Duqinin bəyanatına adekvat reaksiya verməyə çağırdı

Dünən ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslərə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə Azərbaycan, Türkiyə və Pakistan dövlət başçılarının ötən həftə Laçında təşkil edilən yüksək səviyyəli görüşü ətrafında fikir mübadilə aparıb. Müzakirələrdə bu görüşün Azərbaycanın müstəqilliyinin, suverenliyinin və təhlükəsizliyinin təminat altına alınması baxımından mühüm əhəmiyyətə malik olduğu qeyd edilərək yüksək qiymətləndirilib, bu üç qardaş dövlətlər arasındakı münasibətlərin daha yüksək mərhələyə qaldırılmasının vacibliyi qeyd edilib.

İdarə Heyətində aparılan müzakirələr zamanı Rusiya-Ukrayna arasında davam edən qanlı müharibənin indiki mərhələsinə diqqət çəkən müzakirə iştirakçıları bu müharibəni dünyada sülhə və təhlükəsizliyə böyük bir təhdid kimi qiymətləndirib. Toplantı iştirakçıları bu münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun olaraq nizamlanmasının vacibliyini bir daha qeyd etməklə dünyanın mütərəqqi qüvvələrini Ukraynanın ədalətli mübarizəsinə dəstək verməyə çağırıb. İdarə Heyəti Azərbaycan hökumətinin də Ukraynaya hər cür dəstək verməsinin tərəfdarı olduğunu qeyd edib. Eyni zamanda, dünən İstanbulda Ukrayna-Rusiya arasında baş tutan görüşdən münaqişənin ədalətli qaydada həll edilməsi istiqamətində gözləntilərini ifadə edib.

İdarə Heyəti son zamanlar Zəngəzur dəhlizinin açılmasının əleyhinə olan qüvvələrin fəallaşmasına diqqət edib. İdarə Heyəti hesab edib ki, Azərbaycan hökuməti Zəngəzur dəhlizinin orta yol məsələsi kimi beynəlmiləlləşdirilməsinə çalışmalı, bu yoldan istifadə edəcək bütün dövlətlərin bu yolun əleyhinə olan qüvvələrin neytrallaşdırılması məqsədilə vahid mövqedən çıxış etməsinə nail olmalıdır.

İdarə Heyəti son zamanlar Ermənistanda revanşist qüvvələrin və Qarabağ separatçılarının fəallaşmasına, Azərbaycan əleyhinə verdiyi bəyanatlara toxunub, baş verənləri Azərbaycan Ermənistan arasında münasibətlərin normallaşmasına və sülh sazişinin bağlanmasına ciddi mane olacağını bildirərək, Ermənistan rəhbərliyini həmin qüvvələrlə bağlı ciddi ölçü götürməyə çağırıb.

İdarə Heyəti Rusiyanın imperialist və işğalçılıq siyasətinin tanınmış ideoloqlarından biri Aleksandr Duqinin ötən həftə yenidən postsovet ölkələrinin müstəqilliyini və suverenliyini hədəfə alan, keçmiş ittifaq respublikalarının “sərt şaquli hakimiyyətə malik, hər hansı muxtariyyətlərin, siyasi subyektlərin və liberal dəyərlərin olmadığı millətlərüstü makrodövlətdə” inteqrasiyasına çağıran açıqlamasını qətiyyətlə pisləyib. İdarə Heyəti keçmiş SSRİ Respublikalarını A.Duqinin bu sərsəm bəyanatına ciddi reaksiya verməyə çağırıb, eyni zamanda Azərbaycan xalqının son damla qanına qədər müstəqilliyi və suverenliyi yolunda mübarizə aparacağını bildirib. Qeyd edilib ki, Rusiyanın xalqımıza qarşı 150 illik işğalçılıq, bölücülük, genosid, repressiya, deportasiya siyasəti və acı tarixi təcrübə nəzərə alınaraq Azərbaycan heç vaxt Rusiya ilə hər hansı bir birliyə daxil olmamalıdır, Azərbaycanın müvafiq dövlət orqanları Rusiyadan gələn bu tipli təzyiqlərə adekvat reaksiya verməlidir.

İdarə Heyəti 9 may tarixində İmişlidə rayonunda keçirilən tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsinə, tədbir iştirakçılarının yaxasına Rusiyanın işğalçılıq simvolu olan georgi lentinin asılmasına rəhbərlik edən şəxsin barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə də toxunub. Hesab edilib ki, bütünlükdə həmin tədbirdə Rusiya xüsusi xidmət orqanların nə dərəcədə iştirakı aydınlaşdırılmalı, eləcə də Azərbaycanda bu və ya başqa şəkildə Rusiyanın maraqlarını açıq və gizli şəkildə müdafiə edən qüvvələr aşkar edilib neytrallaşdırılmalıdır. Müzakirə iştirakçıları Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edən qüvvələrin üzərində ciddi nəzarətin həyata keçirilməsinin və onların hakimiyyət eşalonundan uzaqlaşdırılmasının vacibliyini qeyd edib.

İdarə Heyəti son zamanlar Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə ərazisində yaşayan etnik xalqlardan olanları daha çox cəlb etməsindən dolayı haqlı olaraq həmin xalqlar arasında, xüsusən Tuva Respublikasında narazılıqların baş qaldırmasını və Rusiyadan ayrılmaq təşəbbüsü ilə çıxış etməsini alqışlayıb. Baş verənləri Rusiyanın etnik xalqları özünün işğalçılıq siyasətinə alət etməsi, həmin xalqlara qarşı genosid siyasəti kimi dəyərləndirən müzakirə iştirakçıları Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə əsgəri itkilərinin milli kimliyinin araşdırılmasının vacibliyini bildirib.

İdarə Heyəti eyni zamanda Rusiyanın Abxaziyada hərbi donanma yaratmaq niyyətini də kəskin tənqid edib, bu hadisəni Cənubi Qafqazda özünün itirilmiş mövqelərini bərpa etmə cəhdi kimi dəyərləndirərək, beynəlxalq istimaiyyəti bu prosesin qarşısının alınmasında həmrəylik göstərməyə çağırıb.

İdarə Heyəti ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı da müzakirələr aparıb. Azərbaycan hökumətinin daha çox xarici siyasətdə fəallıq göstərdiyini qeyd edən müzakirə iştirakçıları ölkə daxilində həddən artıq ciddi sosial-iqtisadi problemlərin həllinə də diqqət ayrılmasının vacibliyini bildirib. Qeyd edilib ki, ölkədə, işsizliyin, yoxsulluğun, yeni dünyaya gələn uşaqların artımında azalmaların müşahidə olunması hökumətin iqtisadi və sosial siyasətə yenidən baxmasını, bu sahəyə rəhbərlik edən yarıtmaz kadrların xalqa vicdanlı şəkildə xidmət etmək istəyən kadrlarla əvəz edilməsini zəruri edir.

İdarə Heyəti ötən gün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 12 saylı cəzaçəkmə müəssisəsində məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir nəfər məhkumun ölməsi faktından narahatçılığını ifadə edib. Cəzaçəkmə müəssisələrinin müasir standartlara uyğun yenidən qurulmasının vacibliyi qeyd edib. Qeyd edilib ki, azadlıqdan məhrum etmə, həyatdan məhrum etməyə gətirib çıxarılmamalı, məhbusların islah olunması, onların peşələrə yiyələnməsi üçün islahatlar həyata keçirilməlidir. 

İdarə Heyəti sonda Bakıda baş tutan minifutbol üzrə dünya çempionatında Azərbaycan milli komandasının qalib olması münasibəti ilə milli komandamızı təbrik edib. Bu hadisənin Azərbaycanın idman həvəskarlarına böyük stimul verəcəyini bildirib.

Hazırladı: KƏNAN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:196
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri