Icma.az
close
up
RU
Səfərin əsas ismarıcı: Zəfərdən quruculuğa

Səfərin əsas ismarıcı: Zəfərdən quruculuğa

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

10 may 2026-cı il Azərbaycan siyasi təqviminə həm bir böyük şəxsiyyətin anadan olduğu gün kimi, həm də dövlətçilik yaddaşının canlı davamı kimi yazıldı. Prezident İlham Əliyevin Zəngilan şəhərində ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü Ümummilli lider Heydər Əliyevin doğum gününün rəmzi anlamını, Ata vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandanın Zəfərdən sonrakı quruculuq fəlsəfəsi ilə bir araya gətirdi.

“Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək. Onun siyasətini davam etdirərək bu gün bax, biz buradayıq, Zəngilandayıq. Düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. O vaxta qədər güclü iqtisadiyyat qurduq, güclü ordu qurduq, cəmiyyətdə vətənpərvərlik meyillərini gücləndirdik və faktiki olaraq, Azərbaycanı beynəlxalq təcriddən də çıxara bildik.” - Dövlət başçısının sözləri bu səfərin mənəvi-siyasi açarıdır.  

Zəngilan azad edilmiş rayon olmaqla birgə, Böyük Qayıdışın canlı laboratoriyasıdır. Bir zamanlar işğalın viran qoyduğu torpaqda indi ev açarları təqdim olunur, ailələr yurduna dönür, şəhər nəfəs alır. Prezidentin vurğuladığı kimi, işğal dönəmində məcburi köçkünlərə “bu, müvəqqəti yerdir” deyilmişdi; Zəngilanın indiki mənzərəsi həmin sözün dövlət vədi olaraq gerçəkləşməsidir.  

Azərbaycan qalib gəldi, amma yalnız qələbə ilə kifayətlənmədi; qurdu, bərpa etdi, diriltdi. – Səfərin əsas ismarıcı da məhz budur. – Beynəlxalq hava limanı, Ağalı kəndi, Məmmədbəyli, yeni yaşayış məhəllələri, məscid, yollar, körpülər, elektrik stansiyaları, “Dost Aqropark”, dəmir yolu… və Zəngəzur dəhlizi perspektivi ilə Zəngilan artıq regional mərkəz obrazı qazanır. Prezident Zəngilanı Azərbaycanın və bölgənin daşımalar, çatdırılma mərkəzlərindən birinə çevirmək niyyətini açıq ifadə etdi. 

10 mayın Zəngilandan səslənən anlamı həm də budur: Heydər Əliyev siyasi irsi artıq tarix olmaqdan çıxıb, coğrafiyaya çevrilib – yol, körpü, məktəb, ev, məscid, enerji, qayıdış və suverenlik biçimində yaşayır. Bu, vəsiyyətdən Zəfərə, Zəfərdən quruculuğa, quruculuqdan yeni milli yüksəlişə gedən ulu Azərbaycan yoludur.

“…İkinci Qarabağ müharibəsi zamanı bizə nə qədər təzyiqlər olsa da, onların heç biri nəticə vermədi. Halbuki bizi dayandırmaq istəyənlərin sayı kifayət qədər çox idi. Birincisi, o vaxt ATƏT-in Minsk qrupuna rəhbərlik edən həmsədrlər, o ölkələr. Hərəsi öz səbəbinə görə bizi dayandırmaq istəyirdi. 44 gün ərzində dəfələrlə bizə təzyiqlər göstərilirdi. O ölkələr sıradan olan ölkələr deyil – onlar nüvə dövlətləridir, onlar BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Görün, biz kimlərlə üz-üzə qalmışdıq. Hər biri bu işğalı əbədi etmək, bundan bir alət kimi istifadə etmək və nəticə etibarilə Azərbaycan xalqına rahat nəfəs almaq imkanı verməmək üçün dəridən-qabıqdan çıxırdı. Təkcə onlar deyil, başqa ölkələr də bizim qələbəmizi istəmirdilər.
Bunların qabağında güclü iradə göstərmək, onlara demək ki, “biz öldü var, döndü yoxdur, yolumuzdan dönməyəcəyik”,– əlbəttə ki, böyük iradə tələb edirdi.“ – Müzəffər Ali Baş Komandanın bu təsirli sözlərinə hər hansı əlavə şərhə ehtiyac duymadan, qürur duyaraq deyirik:
Bayrağımız həmişə uca olsun! Dövlətimiz zaval görməsin!

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 May 2026 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri