Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Şəffaf biznes üçün vergi yükü azalır

Şəffaf biznes üçün vergi yükü azalır

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi;

Bu proses eyni zamanda istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) vergi və sosial sığorta qanunvericiliyində edilən dəyişikliklərin sahibkarların ictimai birlikləri, sahəvi assosiasiyalar, palatalar, auditorlar və konsaltinq şirkətləri üçün təqdimatı keçirilib. Dövlət Vergi Xidmətindən verilən məlumata görə, tədbirdə bir sıra dövlət qurumlarının nümayəndələri və iqtisadçı ekspertlər də iştirak ediblər. Tədbirdə çıxış edən Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov aparılan islahatların əsas məqsədinin iqtisadi artımı, investisiya mühitini, sahibkarlığı təşviq etmək, “kölgə iqtisadiyyatı”nın miqyasını azaltmaq olduğunu vurğulayıb. Bildirib ki, ümumilikdə sahibkarlıq subyektləri tərəfindən daxil olan 170 təklifdən 103-ü son illər ərzində qanunvericiliyə dəyişikliklər zamanı nəzərə alınıb. Son dəyişikliklər üç əsas istiqamət üzrə formalaşıb. Bunlar investisiya və sahibkarlığın təşviqi, büdcə gəlirlərinin tənzimlənməsi və vergi nəzarətinin təkmilləşdirilməsidir. Qanunvericiliyə dəyişikliklər vergi yükünün optimallaşdırılmasına və vergiödəyiciləri ilə səmərəli əməkdaşlığa xidmət edəcək. Daha sonra tədbir iştirakçıları üçün geniş təqdimat edilib.

Baş idarə rəisinin müavini Əvəz Quliyev diqqətə çatdırıb ki, 2026-cı ildə Naxçıvan Muxtar Respublikasına işğaldan azad edilmiş ərazilərlə eyni vergi rejiminin tətbiqi, fərdi sahibkarların sosial sığorta yükünün dövriyyəyə uyğun tənzimlənməsi, yerli avtomobil istehsalı, gəmiqayırma və kənd təsərrüfatı kimi prioritet sektorlara güzəştlərin verilməsi nəzərdə tutulur. Həmçinin nağdsız ödənişlərin stimullaşdırılması üçün pərakəndə ticarət və xidmət sahələrində POS-terminal vasitəsilə nağdsız dövriyyə limiti 400 min manata çatdırılacaq və nağdsız dövriyyənin yalnız 50 faizi ƏDV qeydiyyatı məqsədləri üçün nəzərə alınacaq. Eyni zamanda, muzdlu işdən gəlirlər üzrə vergi yükü optimallaşdırılacaq. Bundan başqa, orta və iri vergiödəyiciləri ilə münasibətlərin şəffaflaşdırılması məqsədilə elektron audit sistemi ləğv ediləcək, əvəzində üfüqi monitorinq mexanizmi tətbiq olunacaq. Şəffaflığın genişləndirilməsi məqsədilə bərbərxana, gözəllik salonu və kosmetoloji mərkəzlərdə göstərilən xidmətlər üzrə "ƏDV geri al" mexanizminin tətbiqi və fiziki şəxslərin kirayə gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi də qanunda öz əksini tapıb. 

Dekabrın 11-də Naxçıvan Muxtar Respublikasında prezidentin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun iştirakı ilə muxtar respublikada fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Əvvəlcə muxtar respublikada sahibkarlığın inkişafı məqsədilə həyata keçirilən tədbirlərlə bağlı təqdimat olub. Təqdimatda dövlət dəstəyi və güzəşt paketləri mexanizmləri barədə məlumat verilib. Görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə Naxçıvanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində mühüm layihələrin icrasına başlanılır. 2026-cı ildən etibarən 10 il müddətində Naxçıvanda fəaliyyət göstərən sahibkarlar üçün yeni vergi, gömrük və sosial güzəştlər tətbiq olunacaq. Bu imtiyazlar muxtar respublikada sahibkarlar üçün əlavə üstünlüklər yaradacaq, yeni iş yerlərinin yaradılmasına, istehsal və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək. 2025-ci ilin 11 aylıq makroiqtisadi göstəricilərini təhlil edən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, ÜDM istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb. Qeyd olunan dövrdə istehsal olunan sənaye məhsulunun həcmi 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 14,1 faizdən çox olub. Ceyhun Cəlilov Zəngəzur dəhlizinin artıq reallığa çevrildiyini, dəmiryolu infrastrukturunun qurulmağa başlanıldığını vurğulayaraq bildirib ki, bu da turizmin və digər sahələrin canlanmasına şərait yaradacaq, nəticədə iş adamları investisiya qoyuluşu üçün yeni imkanlar əldə edəcəklər. Səlahiyyətli nümayəndə muxtar respublikada dövlət proqramlarının və digər layihələrin icrası çərçivəsində görülən işlərdən danışıb. Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyası İdarə Heyətinin sədri Vüqar Abbasov çıxış edərək sahibkarlıq sahəsində mövcud problemlər, qarşıda duran vəzifələr və gözlənilən nəticələrdən danışıb. 

2026-cı il yanvarın 1-dən ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən ƏDV hesablanarkən onların POS-terminal vasitəsilə nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin 3 il müddətinə ƏDV tutulan ümumi dövriyyəsindən çıxılması nəzərdə tutulur. 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olaraq iaşə xidməti göstərən şəxslər tərəfindən POS-terminal vasitəsilə nağdsız dövriyyə üzrə sadələşdirilmiş verginin dərəcəsinin 6 faizə endirilməsi təklif edilir. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxsin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Digər şəxslərə ödədiyi və əvəzləşdirdiyi ƏDV-nin məbləği isə 3 min manat olub. Bu halda büdcəyə ödənilməli ƏDV-nin məbləği 6 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 2.400 manat təşkil edəcək. İctimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyicisinin ay ərzində göstərdiyi xidmətlərin dəyəri 50 min manat məbləğində olub və bu məbləğin 10 min manatı nağd şəkildə, 40 min manatı isə POS-terminal vasitəsilə nağdsız qaydada ödənilib. Bu halda büdcəyə ödənilməli sadələşdirilmiş verginin məbləği 4 min manat hesablanacaqdısa, dəyişiklikdən sonra həmin məbləğ 3.200 manat təşkil edəcək. Göründüyü kimi, nağdsız ödənişlərin xüsusi çəkisi artdıqca, dəyişiklik sahibkarlar üçün vergi yükünün azalmasına, daha çox qazanc əldə etməsinə imkan yaradacaq. 

Bununla yanaşı, Azərbaycanda mikro və kiçik sahibkarlara əlavə dəstək mexanizmi inkişaf etdiriləcək. Bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb. Nazirlər Kabineti 2026-2028-ci illərdə Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə birgə beynəlxalq təcrübə nəzərə alınmaqla idxal (bəzi kateqoriya malların) və ixrac əməliyyatları üzrə gömrük ödənişlərindən azadolma məbləğinin hədlərinin dəyişim templərinə uyğun olaraq güzəşt mexanizmlərinin öyrənilməsi, gömrük ödənişlərindən azadolma məbləğinin tətbiqi dairəsinin müəyyənləşdirilməsi və normativ hüquqi bazanın formalaşdırılması və güzəşt mexanizminin tətbiqini həyata keçirəcək.

İqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, bu, fəaliyyətini şəffaf quran sahibkarlar üçün vergi yükünün azaldılmasına, eyni zamanda istehlakçı hüquqlarının qorunmasına səbəb olacaq: "Həmçinin, müştərilərin də hüquqları qorunur. Müştərilər ödəniş formasını seçməkdə sərbəstdirlər. Onlar həm kart, həm də nağd ödəniş edə bilərlər. Praktikaya əsasən isə sahibkarlar həm vergidən yayınmaq, həm də pulu nağdlaşdırmaq üçün müştərini nağd ödəniş etməyə vadar edirlər. Bu da vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarır". 

İqtisadçı Eldəniz Əmirov isə bildirib ki, işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında vergi mexanizmləri biznes üçün daha əlverişli şəkildə qurulub. Ekspert xüsusilə vurğulayıb ki, vergi sistemi çox mürəkkəb mexanizmdir: "Hətta dövlət vergi, gömrük və digər güzəştlər hesabına bu bölgələrdə bir növ “güzəştlər vadisi” yaradıb ki, bu da sahibkarlar üçün çox əlverişli şərait formalaşdırır. Ölkənin digər bölgələrində əvvəllər mövcud olan vergi güzəştlərinin müddəti bitdiyi üçün sahibkarların xərcləri artıb. Məsələn, investisiya təşviqi sənədi 2019-cu ildən 2026-cı il yanvarın 1-dək qüvvədə idi və artıq bir aydan sonra başa çatır. Həmçinin mikro və kiçik sahibkarlara tətbiq edilən bəzi güzəştlər son illərdə tədricən dəyişdirilib. Buna görə də, işğaldan azad olunmuş ərazilər və Naxçıvan istisna olmaqla, ölkənin digər regionlarında vergi mexanizmlərinin "yüngülləşdiyini" demək düzgün olmaz". 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2025 11:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri