Şəfiqə Nağıyeva: Qardaşımın oğlu nankor çıxdı
Pravda.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Efirlərdə daim qalmaqallarla gündəmə gələn tanınmış vəkil Şəfiqə Nağıyeva “ATV”də yayımlanan “Zaurla Günaydın” verilişində göz yaşlarına hakim ola bilməyib.
Pravda.az xəbər verir ki, o, həyatını qardaşlarına qurban verdiyini deyib:
“Daha yaxşı həyat sürə, irəliyə gedə bilərdim, amma həyatım qardaşlarıma, bir də qardaşımın oğluna sərf etdim. Hər gün bunun peşmanlığını çəkirəm. Qardaşımın oğlu nankor çıxdı. Anadan olandan, qırx günlüyündən onu saxladım, oxutdum ki, hüquq fakültəsinə qəbul olunsun. Oğluma neft şirkətində təklif olunan işi ona verdik. Mənə “ana” deyirdi, amma anaya xəyanət etdi. İndi xaricdədir. Heç bir əlaqə yoxdur. 2019-cu ildən bəri... Ehtiyac yoxdur, heç onun tapılıb gətirilməsini istəmirəm”.
Aytəkin Qardaşova

