Səfir: Çin korrupsiyaya qarşı mübarizə sahəsində prioritetlərini müəyyənləşdirib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 noyabr, AZƏRTAC
Oktyabrın 26-29-da Pekində keçirilmiş Çin Kommunist Partiyasının (ÇKP) 20-ci çağırış Mərkəzi Komitəsinin beşinci plenumu partiya intizamının daha da möhkəmləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi və korrupsiyaya qarşı mübarizənin əsas istiqamətlərini müəyyən edib.
AZƏRTAC xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, plenum ÇKP-nin yaradılmasının 105-ci ildönümünün qeyd edilməsi ərəfəsində və Çin xalqının böyük dirçəlişinin həlledici mərhələsində mühüm hadisə olub.
Səfir bildirib ki, plenumun iştirakçıları “Partiyanın hərtərəfli və ciddi şəkildə özünüidarəetmə istiqamətində ardıcıl irəliləməsi ilə bağlı bir sıra mühüm məsələlər haqqında Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Qərarı”nı nəzərdən keçirərək qəbul ediblər.
Sənəd kommunistlərin partiyalılıq ruhunun gücləndirilməsini, demokratik mərkəziyyətçilik prinsipinə dönmədən riayət olunmasını, milli dirçəliş missiyasını yerinə yetirməyə qadir yüksək peşəkarlığa malik kadr heyətinin formalaşdırılmasını, eləcə də birliyi və qəbul edilən qərarların səmərəli icrasını təmin edən ciddi təşkilati sistemin yaradılmasını nəzərdə tutur.
Lu Mey vurğulayıb ki, qərarda iş üslubunun və intizamın ardıcıl möhkəmləndirilməsinin, həmçinin “korrupsiya hallarının yaranmasına yol verməmək, korrupsiya hallarının baş verməsi üçün şərait yaratmamaq və korrupsiyaya meyl göstərməmək” mexanizminin kompleks şəkildə həyata keçirilməsinin zəruriliyi də xüsusi qeyd olunur.
Bundan əlavə, partiyanın idarə olunmasının institusional mexanizmlərinin, partiya və dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, eləcə də partiyaya rəhbərlik və onun idarə olunması sahəsində məsuliyyətin daha da gücləndirilməsi nəzərdə tutulur.
Müxbir – Pərvanə Qafarova
Video – Namiq Abdullayev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 06 Noyabr 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















