Səfir: Çin texnoloji innovasiyalarını bölüşməyə hazırdır
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Çin texnoloji innovasiyalarını bölüşməyə hazırdır.
APA xəbər verir ki bunu Çinin Azərbaycandakı səfiri Lu Mey "Sea Breeze"də I Azərbaycan Beynəlxalq İnvestisiya Forumundakı çıxışı zamanı deyib.
O, iqtisadi qloballaşmanın mühümlüyünə işarə edərək, qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə çağırıb. Səfir xüsusilə qeyd edib ki, Mərkəzi Asiya və Cənubi Qafqazın coğrafi mövqeyi bu iki regionun qlobal ssenarilərdə əhəmiyyətini artırır.
“Çin bütün region ölkələri ilə dostdur. Biz azad ticarəri və iqtisadi qloballaşmanı dəstəkləyirik. Bu qloballaşma inkluziv olmalı və hamı üçün faydalı olmalıdır. Çin öz texnoloji innovasiyalarını bölüşməyə hazırdır. Biz iqtisadi inkişaf üçün birgə hərəkət etməliyik”- Lu Mey vurğulayıb.
Çin səfiri Azərbaycan və Çin arasında qarşılıqlı etimadın mövcud olduğunu, iki ölkə rəhbərlərinin sayəsində əməkdaşlığın inkişaf etdiyini bildirib.
Lu Mey prezident İlham Əliyevin bu ilin aprel ayında Çinə səfərini, sonra isə ŞƏT sammitində iştirakını xatırladaraq, ölkələrimiz arasında dostluq münasibətinin olduğunu qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 22 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















