Səfir: Sivilizasiyalararası Dialoq Günü Çinin təşəbbüsü ilə BMT də qəbul edilən qətnaməyə uyğun olaraq keçirilir
Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.
"BMT-də Ümumdünya Sivilizasiyalararası Dialoq Gününün qeyd olunması ilə bağlı qətnamə Çinin təşəbbüsü ilə irəli sürülüb. Ona Azərbaycan da daxil olmaqla, 83 ölkə səs verib".
Bunu keçirdiyi brifinqdə Çinin Azərbaycandakı səfiri Lu Mey bildirib.
O həmçinin Azərbaycanda olduğu qısa müddətdə Səfirliklə mətbuat nümayəndələri arasında səmərəli əlaqələrin qurulduğunu diqqətə çatdırıb.
Diplomat Azərbaycanın mətbuat səhifələrində və televiziya kanallarında iki ölkənin arasındakı əlaqələrə geniş yer verildiyini xüsusi vurğulayıb:
"Burada olduğum müddətdə bəzi jurnalistlərlə dostluq münasibətləri qurmaq imkanı əldə etmişəm. Mən burada olduğum iki ay ərzində çoxunuzun Çin - Azərbaycan münasibətləri ilə bağlı reportajlarını izləmişəm. Fürsətdən istifadə edib sizə bu münasibətlərə diqqət ayırdığınız üçün təşəkkür edirəm. Bu gün Sivilizasiyalararası Dialoq Gününü qeyd etmək üçün buraya toplaşmışıq. Sivilizasiyalararası Dialoq Günü ötən il Çinin təşəbbüsü ilə BMT-də qəbul edilən qətnaməyə uyğun olaraq keçirilir. Həmin qətnamə demək olar ki, BMT-nin bütün üzvləri tərəfindən dəstəklənib. Onun lehinə Azərbaycan da daxil olmaqla 83 ölkə səs verib".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 10 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















