Icma.az
close
up
RU
Səfirlərin geri çağırılması: Trampdan dünyaya sərt mesaj

Səfirlərin geri çağırılması: Trampdan dünyaya sərt mesaj

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ prezidenti Donald Trampın bir sıra ölkələrdə fəaliyyət göstərən səfirlərin geri çağırılması ilə bağlı verdiyi qərar Vaşinqtonun xarici siyasətində diqqətçəkən və ciddi rezonans doğuran addım kimi qiymətləndirilir. İlk baxışda bu proses adi kadr dəyişiklikləri təsiri bağışlasa da, geri çağırılmaların miqyası, əhatə etdiyi regionlar və izah olunmayan məqamlar onun daha geniş strateji məqsədlərə xidmət etdiyini göstərir. Xüsusilə əvvəlki administrasiya dövründə təyin olunmuş diplomatların vəzifədən uzaqlaşdırılması Tramp administrasiyasının xarici siyasətdə siyasi etimada və “öncə Amerika” prinsipinə əsaslanan yeni yanaşma formalaşdırdığını ortaya qoyur.

Afrika və Asiya kimi strateji regionlarda ABŞ səfirlərinin geri çağırılması, eləcə də bəzi əsas tərəfdaş ölkələrdə diplomatik nümayəndəliklərin uzun müddət boş qalması Vaşinqtonun qlobal diplomatik fəallığının azalması ilə bağlı suallar doğurur. Bu addımların ABŞ-nin beynəlxalq nüfuzuna, regional güc balansına və xüsusilə Çin kimi rəqib güclərin mövqelərinin möhkəmlənməsinə hansı təsiri göstərəcəyi isə hələlik açıq qalır. Məhz bu kontekstdə Tramp administrasiyasının diplomatik qərarları həm ekspertlər, həm də siyasi dairələr tərəfindən strateji istiqamət dəyişikliyi kimi dəyərləndirilir.

Trampdan xarici siyasətdə sərt addım

Milli Məclisin deputatı Könül Nurullayeva bildirib ki, ABŞ prezidenti Donald Trampın səfirləri geri çağırması yalnız kadr dəyişikliyi deyil, həm də Vaşinqtonun xarici siyasətində strateji istiqamət dəyişikliyi kimi qiymətləndirilməlidir.

Onun sözlərinə görə, Co Bayden dövründə təyin olunan diplomatların geri çağırılması Tramp administrasiyasının siyasi etimadlı şəxslərə üstünlük verdiyini göstərir:

“Geri çağırılan səfirlərin əksəriyyəti Afrika ölkələrində fəaliyyət göstərib. Asiyada isə altı ölkədə, o cümlədən Vyetnam və Filippindəki səfirlər geri çağırılıb. Bu, hər administrasiya üçün standart prosedur olsa da, izahı olmayan geri çağırışlar institusional sabotaj və siyasiləşdirmə nümunəsi kimi qiymətləndirilir və ABŞ-ın xaricdəki nüfuzuna zərər verə bilər.

Tramp administrasiyası hələ də ABŞ-ın əsas tərəfdaşları olan bəzi ölkələrdə daimi diplomatik nümayəndəlik rəhbərlərini təyin etməyib. Xüsusilə Avstraliya, Almaniya, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Koreya və Ukraynada səfirlərin hazırda olmaması diqqət çəkir. ABŞ Xarici İşlər Xidmətinin 101 illik tarixində ilk dəfə belə hadisənin baş verdiyini vurğulayan deputat bildirib ki, bəzi müşahidəçilər bunu təsirə məruz qalan ölkələr üçün ciddi təhqir, Çin üçün isə böyük hədiyyə kimi qiymətləndirirlər. Yüksək vəzifəli diplomatların geri çağırılması Tramp administrasiyasının Dövlət Departamentini yenidən formalaşdırmaq və onu Amerika Birinci prioritetləri ilə güclü şəkildə uyğunlaşdırmaq məqsədini güdür. Vaşinqtonda Dövlət Departamentinin qərargahında çalışan 1300-dən çox məmur, o cümlədən 240-dan çox xarici xidmət zabiti artıq işini itirib. Bu addımın uzunmüddətli təsirlərini qiymətləndirmək hələ tezdir.

Reallıq budur ki, Afrika ölkələri ABŞ-a strateji tərəfdaş kimi yox, epizodik oyunçu kimi baxır. Cənubi Qafqazda isə ABŞ-ın fəallığının azalması digər aktorların regionda dominantlığını artırmaq potensialını gücləndirir”.

“ABŞ-ın xarici siyasətində yeni yanaşma”

Politoloq Rəşad Bayramov diqqətə çatdırıb ki, ABŞ-ın 29 səfirini geri çağırmaq qərarını Vaşinqtonun xarici siyasətində bir sıra strateji dəyişikliklərin açıq göstəricisi kimi qiymətləndirmək olar.

Onun sözlərinə görə, bu addım ABŞ-nin diplomatik fəaliyyətində mərkəzləşmiş nəzarətin gücləndiyini və prezidentin xarici siyasətə birbaşa müdaxilə meylini ortaya qoyur: “Geri çağırılan səfirlərin əksəriyyəti Co Bayden administrasiyası dövründə təyin olunmuş diplomatlar olub.Bu fakt onu göstərir ki, söhbət sadəcə inzibati dəyişiklikdən getmir. Burada əsas məqsəd strateji prioritetlərin yenidən formalaşdırılması və diplomatik xəttin Trampın xarici siyasət yanaşmasına uyğunlaşdırılmasıdır.

Səfirlərin geri çağırılması Afrika, Asiya və Cənubi Qafqaz regionlarına təsir baxımından da mühüm əhəmiyyət daşıyır. Afrikada ABŞ-nin enerji, təhlükəsizlik və ticarət sahələrində ciddi maraqları mövcuddur və diplomatik kadr dəyişiklikləri bu maraqların daha səmərəli şəkildə prioritetləşdirilməsinə xidmət edə bilər.Asiya regionunda, xüsusilə Çin və Koreya yarımadası kimi strateji əhəmiyyətli ərazilərdə səfirliklərin yenilənməsi ABŞ-nin gərgin geosiyasi mühitdə daha çevik hərəkət etməsinə imkan yaradır. Bu addımlar Vaşinqtonun regional proseslərə daha operativ reaksiya vermək niyyətindən xəbər verir. Bu regionda ABŞ üçün təhlükəsizlik, enerji və regional inteqrasiya məsələləri aktuallığını qoruyur.Azərbaycan və Ermənistanla münasibətlərdə balansın saxlanılması Vaşinqton üçün vacibdir. Səfir dəyişiklikləri ABŞ-ın regiondakı siyasətini daha koordinasiyalı və prezidentin prioritetlərinə uyğun şəkildə aparmasına şərait yaradır”.

Politoloq həmçinin bildirib ki, Tramp administrasiyasının 29 səfirin geri çağırılması ilə bağlı qərarı ABŞ xarici siyasətində mərkəzləşmiş, prioritetlərə fokuslanan və çevik yanaşmaya keçidin göstəricisidir: “Bu addım Afrika, Asiya və Cənubi Qafqazda ABŞ-ın diplomatik strategiyasını yenidən qurmaq, resursları səmərəli bölmək və geosiyasi maraqlarını gücləndirmək məqsədi daşıyır”.

Günel Elxan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2025 23:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri