Səfirlik: ABŞ Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir
Icma.az bildirir, Gununsesi portalına istinadən.
Avqustun 8-də Prezident Trampın vasitəçiliyi ilə əldə olunan razılaşmadan sonra ABŞ-Azərbaycan münasibətləri həmişəkindən daha vacibdir.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət işləri üzrə nümayəndəsi Rendi Koul “İllik Məzunlar Qalası”nda jurnalistlərə açıqlamasında deyib.
“Bu gün biz bu qalada ABŞ-da təhsil almış məzunları qarşılayırıq. Bunun üçün çox həyəcanlıyıq. Çünki bu məzunlar ABŞ hökumətinin Azərbaycan xalqı ilə əlaqələr qurmasına kömək edir. Xüsusilə də, avqustun 8-də Prezident Trampın vasitəçiliyilə Ağ Evdə əldə olunmuş sülh razılaşmasından sonra bizim Azərbaycanla münasibətlərimiz həmişəkindən daha əhəmiyyətli hal alıb. Azərbaycanın Gəncə, Lənkəran, Şəki və digər şəhərlərində olan məzunlar sülh razılaşmasını reallığa çevirmək üçün çox vacib rol oynayır”, – Rendi Koul qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 29 Sentyabr 2025 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















