Səfirlik: ABŞ və Azərbaycan daha təhlükəsiz gələcək üçün çalışır
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyinin gücləndirilməsi istiqamətində Azərbaycanla onilliklərdir ki, tərəfdaşlıq edir.
APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirib ki, bu çərçivədə edilən yardımın məbləği 320 milyon dollar həcmində olub:
“ABŞ-nin müvəqqəti işlər vəkili Hüqo Qevara və Hessi bu yaxınlarda gözəl Abşeron Milli Parkında gəzintiyə çıxıb. Birləşmiş Ştatlar onilliklərdir ki, Xəzər dənizi boyunca sərhəd təhlükəsizliyini gücləndirmək üçün Azərbaycana radarlar, patrul qayıqları, sualtı texnologiyalar və təlimlər daxil olmaqla yardım göstərərək tərəfdaşlıq edir. Bu yardım 320 milyon dollar həcmində olub. Birləşmiş Ştatlar və Azərbaycan birlikdə daha təhlükəsiz, daha güvənli və daha firavan bir gələcək üçün çalışırlar”, - səfirlik qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 02 İyun 2025 12:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















