Icma.az
close
up
RU
Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş elmi sessiya

Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş elmi sessiya

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 iyun, AZƏRTAC

AMEA Folklor İnstitutunda Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Sərəncamının icrasına həsr olunmuş “Şəhər folkloru: sosial kimlik kontekstində kollektiv yaddaş” mövzusunda elmi sessiya keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra həyata keçirilən genişmiqyaslı yenidənqurma prosesi, Böyük Qayıdış konsepsiyası və işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işləri ölkənin strateji inkişaf istiqamətlərindən birini təşkil edir. Bildirib ki, 2030-cu ilədək sosial-iqtisadi inkişaf prioritetləri sırasında yer alan Böyük Qayıdış proqramı yalnız fiziki infrastrukturun bərpasını deyil, həm də əhalinin reinteqrasiyasını və sosial-mədəni mühitin yenidən formalaşdırılmasını əhatə edir. Direktor vurğulayıb ki, şəhərsalma və memarlıq məsələləri müasir dövrdə yalnız tikinti və urbanizasiya ilə məhdudlaşmır, eyni zamanda, kollektiv yaddaş, mədəni identiklik və sosial münasibətlər sisteminin formalaşmasına təsir göstərir. Bu baxımdan şəhər mühitinin humanitar aspektlərdən araşdırılması xüsusi əhəmiyyət daşıyır.

Daha sonra Hikmət Quliyev “Sosial-mədəni transformasiya və kommunikativ dinamika müstəvisində şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun Azərbaycanda kifayət qədər sistemli şəkildə araşdırılmadığı, folklorşünaslıqda tədqiqatların əsasən kənd mühiti üzərində qurulduğu qeyd olunub. Alim bildirib ki, şəhər folkloru ayrıca sosial-mədəni və kommunikativ mühit kimi öyrənilməli, urbanizasiya, miqrasiya və sənayeləşmə prosesləri kontekstində təhlil edilməlidir.

Alim şəhər folklorunun, internet folklorunun və urban mədəniyyətin tədqiqinin gələcək folklor araşdırmalarının prioritet istiqamətlərindən biri olduğunu bildirib, bu sahədə yeni nəşrlərin və elmi tədqiqatların əhəmiyyətini vurğulayıb.

Daha sonra Folklor nəzəriyyəsi şöbəsinin müdiri professor Füzuli Bayat “Polisentrik kültür paradiqmasında şəhər folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə şəhər folklorunun formalaşma mexanizmləri, urbanizasiya prosesləri, sənaye inqilablarının sosial-mədəni mühitə təsiri və müxtəlif etnik-mədəni qrupların qarşılıqlı əlaqəsi nəticəsində yaranan yeni folklor modelləri təhlil olunub.

Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Afaq Xürrəmqızı “Hüseynqulu Sarabski və Bakı folkloru” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Bakı şəhər folklor mühitinin formalaşması, onun Azərbaycan folklorşünaslığında uzun müddət diqqətdən kənarda qalması məsələləri və bu istiqamətdə aparılan ilk sistemli araşdırmalar geniş şəkildə təhlil olunub. Müəllif göstərib ki, sovet dövründə folklor əsasən kənd mühiti ilə əlaqələndirilib, şəhər folkloru isə “asfalt üzərində folklor yaranmaz” yanaşması səbəbindən lazımi səviyyədə öyrənilməyib. Bununla belə, Hüseynqulu Sarabski, Hənəfi Zeynallı, Rəxşəndə Babayeva kimi tədqiqatçıların fəaliyyəti Bakı folklorunun zəngin və müstəqil bir şəhər folklor sistemi olduğunu sübut edir. Məruzədə xüsusilə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsəri əsas mənbə kimi təqdim edilib. Qeyd edilib ki, Sarabskinin təsvir etdiyi hadisələr yazıçı fantaziyası deyil, müəllifin İçərişəhərdə keçən uşaqlıq və gənclik illərinin canlı müşahidələridir. Bu səbəbdən “Köhnə Bakı” yalnız memuar deyil, həm də etibarlı etnoqrafik və folklor qaynağı hesab olunur. Əsərdə Novruz mərasimləri, “Qələndər”, “Kosaldıqaç”, “Oğru-oğru”, “Aşıq-aşıq”, “Fincan-fincan” kimi oyunlar, toy adətləri, bağ həyatı, dini mərasimlər və məhəllə əyləncələri geniş şəkildə təsvir edilir.

Elmi sessiya iştirakçıların sualları və müzakirələrlə başa çatıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 İyun 2026 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see746

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see578

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see328

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see321

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see290

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see288

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see282

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see275

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see272

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see270

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see269

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see267

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see255

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see240

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see237

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see230

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see220

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see213

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see211

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri