“Qərb bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi praktik seminar keçirilib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qazax, 26 may, Ruslan Novruzoğlu, AZƏRTAC
“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun təşkilatçılığı ilə “Daşdan yaddaşa: Qərb bölgəsindəki Alban abidələri, kimlik və kollektiv yaddaş” mövzusunda elmi-praktik seminar keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirin məqsədi qərb bölgəsində yerləşən Alban mədəni irsi nümunələrinin elmi baxımdan tədqiqi, onların kollektiv yaddaşın və kimliyin formalaşmasındakı rolunun araşdırılması və bu abidələrin qorunub gələcək nəsillərə çatdırılması məsələlərinə diqqət yönəltmək olub.
Seminarda Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Pərvin Ahəngçi elmi məruzə ilə çıxış edib.
Tədbirdə, həmçinin “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da iştirak edib və bölgədəki Alban abidələrinin tarixi əhəmiyyəti, onların etnik-mədəni kimliyin formalaşmasında oynadığı rol, eləcə də bu abidələrin kollektiv yaddaşdakı yeri ətrafında geniş elmi diskusiyalar aparılıb.
Sonra iştirakçılar "Avey" Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən Göyəzən dağı və Alban məbədlərinə ekskursiya edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 May 2025 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















