Icma.az
close
up
RU
Şəhər mərkəzində avtomobil hərəkətinin məhdudlaşdırılması sakinlərə rahat gəzinti şəraiti yaratmaq üçündür

Şəhər mərkəzində avtomobil hərəkətinin məhdudlaşdırılması sakinlərə rahat gəzinti şəraiti yaratmaq üçündür

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır. Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. Bu qərar şəhər sakinləri tərəfindən narazılıqla qarşılanır.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şəhərdə baş verən dəyişikliklər birmənalı qarşılanmır.

Rauf Ağamirzəyev

“Əslində bu dəyişikliklər gözlənilən idi. Çünki bu növ islahatlar və dəyişikliklər bütün dünyanın böyük ölkələrində demək olar ki, eyni reaksiya ilə qarşılanır. Çünki insanlar bir növ vərdiş ediblər. Hərhansı dəyişikliklər insanların həyatına təsir edirsə, bu da müqavimətlə qarşılanır.

İçərişəhərin önündə, Qoşa qala qapılarının qarşısındakı meydanın piyadalaşdırılması, Əziz Əliyev küçəsinin piyadalaşdırılması layihəsinə artıq həyata keçirilmiş işlərin davamı kimi baxardım. 2022-ci ildən 30 km-lik zona tətbiq edilir. Səməd Vurğun küçəsi, Mirzəağa Əliyev, Azərbaycan prospekti və Neftçilər prospektinin sərhəddi daxilində piyadalaşdırılmış küçələr var. Nizami küçəsi, Fəvvarələr meydanı və Xaqani bağının ətrafı piyadalaşdırıldı. Həmçinin Xaqani bağına paralel küçələrin şənbə və bazar günlərində bağlanmasını müşahidə edirik. Yaxın zamanlarda Mirzəağa Əliyev küçəsindən üzü Fəvvarələr meydanına doğru paralel küçələrin də şənbə və bazar günləri bağlanması gözlənilir. Artıq Qoşa qala qarşısında avtomobillərin girişinin qadağan edilməsi, məhz bu prosesin bir hissəsidir. Şəhər mərkəzində piyada zonasının daha çox sahəni əhatə etməsi yönündə verilmiş qərardır. Buna qədər olan Nizami küçəsi və Fəvvarələr meydanı bu tələbi ödəmir. Daha çox insan gəlir, amma sahənin azlığı problem yaradır. Gələn insanlar fərdi nəqliyyatla gəlirsə, bu da şəhərin mərkəzində küçə-yol şəbəkəsinin daha da yüklənməsinə gətirib çıxardır”-deyən ekspert vurğulayıb ki, dünyanın bütün şəhərlərində məhz mərkəzi zonanın bağlanması kimi tədbirlər müşahidə edilir. Bu tədbirlər insanların daha rahat hərəkəti ilə yanaşı, turistlərin bu ərazini daha rahat gəzməsinə və biznesin inkişafına birbaşa təsir edir.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Noyabr 2024 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri