Icma.az
close
up
RU
Səhər yeməyindən əvvəl bir xörək qaşığı: Qaraciyəri dəstəkləyən vasitə

Səhər yeməyindən əvvəl bir xörək qaşığı: Qaraciyəri dəstəkləyən vasitə

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Dəvədabanı yağı qaraciyərin fəaliyyətini dəstəkləyə bilən birləşmələrə görə qiymətləndirilir. Tərkibində doymamış yağ turşuları və E vitamini var. Bununla belə, ona “detoksifikasiya” xüsusiyyətləri aid edərkən ehtiyatlı olmaq lazımdır. 
Demokrat.az
xəbər verir ki, bu barədə “Rynek Zdrowia” yazıb. Nəşr həmçinin xəbərdarlıq edib ki, dəvədabanı yağı standartlaşdırılmış dəvədabanı preparatları ilə eyni deyil.
Qeyd olunur ki, qaraciyər orqanizmdə təmizləmə mərkəzi rolunu oynayır: toksinlərin zərərsizləşdirilməsinə, öd istehsalına, qida maddələrinin toplanmasına cavabdehdir, həmçinin zülal, yağ və karbohidrat mübadiləsində iştirak edir.
Məqalə müəlliflərinin sözlərinə görə, qaraciyər hormonal balans və orqanizmin ümumi immunitetinə də mühüm təsir göstərir. Buna görə də onun normal fəaliyyəti bütün orqanizmin vəziyyətinə təsir edir və son dövrlərdə qaraciyəri dəstəkləməyin təbii yollarına maraq artır.
Dəvədabanı yağının mümkün faydaları
Nəşrin yazdığına görə, məşhur vasitələrdən biri də dəvədabanı yağıdır. ABŞ Milli Tibb Kitabxanasının məlumatlarına əsasən, onun tərkibində qoruyucu təsiri ilə seçilən birləşmələr kompleksi – silimarin var. Bu maddə qaraciyər hüceyrələrinin bərpasını dəstəkləyə və toksinlər və sərbəst radikalların təsirini məhdudlaşdırmağa kömək edə bilər.
Yağın tərkibindəki doymamış yağ turşuları, xüsusilə linolein turşusu, ürək-damar sisteminin normal fəaliyyətini dəstəkləyir, qan damarlarının elastikliyinin qorunmasına kömək edir və orqanizmdə iltihabi prosesləri azalda bilər.
E vitamini isə hüceyrələri oksidləşdirici stressdən qoruyur və bərpa proseslərini dəstəkləyir.
Məqalədə bildirilir ki, dəvədabanı yağı ödün normal axınına kömək edə, yağların həzmini asanlaşdıra və qaraciyərin yükünü azalda bilər. Həmçinin lipid mübadiləsinə müsbət təsir göstərərək xolesterinin və yüksək sıxlıqlı lipoproteinlərlə (HDL) aşağı sıxlıqlı lipoproteinlər (LDL) arasındakı balansın normal səviyyədə saxlanmasına yardım edə bilər.
Müəlliflərin sözlərinə görə, məhsul qan şəkərinin sabitləşməsinə və orqanizmin insulinə həssaslığının yaxşılaşmasına da kömək göstərə bilər.
Dəvədabanı yağından necə istifadə etmək və kimlər ehtiyatlı olmalıdır
Nəşr dəvədabanı yağının rasiona müxtəlif yollarla əlavə edilə biləcəyini yazır. Soyuq sıxma üsulu ilə hazırlanmış məhsula üstünlük verilməsi və səhərlər acqarına qəbul edilməsi tövsiyə olunur. Məqalədə bir xörək qaşığının həzm sisteminin fəaliyyətini stimullaşdıra və orqanizmin təbii təmizlənmə proseslərini dəstəkləyə biləcəyi qeyd edilir.
Yağı salat, tərəvəz qəlyanaltıları və sıyıq kimi soyuq yeməklərə də əlavə etmək mümkündür.
Alternativ olaraq bitkinin toxumlarından dəmləmə hazırlamaq olar. Bunun üçün 1-2 çay qaşığı üyüdülmüş toxumun üzərinə qaynar su töküb 10-15 dəqiqə gözləmək tövsiyə edilir.
Bununla belə, dəvədabanı hər kəs üçün uyğun deyil. Kifayət qədər araşdırma olmadığı üçün hamilə və süd verən qadınlara ondan istifadə etmək tövsiyə edilmir. Eyni fəsiləyə aid bitkilərə allergiyası olan insanlar və öd yollarında tıxanıqlıqdan əziyyət çəkən xəstələr də ehtiyatlı olmalıdır.
Dərman qəbul edən şəxslərə isə dəvədabanından istifadə etməzdən əvvəl mütəxəssislə məsləhətləşmək tövsiyə olunur. Aktiv maddələr bəzi preparatların metabolizminə təsir göstərə bilər.
Müəlliflər həmçinin bildirirlər ki, istifadənin ilk mərhələsində adətən müvəqqəti xarakter daşıyan yüngül həzm pozuntuları yarana bilər. Uzunmüddətli istifadədə fasilələr verilməsi tövsiyə olunur.
Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Avqust 2026 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see304

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see290

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see268

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see266

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see261

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see259

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see258

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see249

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see240

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see239

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see233

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see225

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see222

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see221

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see219

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see217

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see217

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see217

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see212

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri