Icma.az
close
up
RU
Səhər yeməyini bu saatda yemək ömrü uzadır Araşdırmalar təsdiqlədi

Səhər yeməyini bu saatda yemək ömrü uzadır Araşdırmalar təsdiqlədi

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Səhər yeməyinin vaxtı sağlamlıq üçün düşündüyümüzdən daha vacib ola bilər. Son araşdırmalar göstərir ki, günün ilk saatlarında qidalanmaq təkcə enerji vermir, eyni zamanda uzunömürlülüklə də əlaqəli ola bilər.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyada təxminən 3 min yetkin insan arasında aparılan uzunmüddətli tədqiqat maraqlı nəticə ortaya qoyub.
 

Araşdırmaya əsasən, səhər yeməyini hər saat gecikdirmək ölüm riskini 8–11 faiz artırır. Xüsusilə yaşlı insanlarda səhər yeməyinin gecikməsi müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.


"Harvard Medical School"un qidalanma üzrə tədqiqatçısı Hassan Dashti bildirir ki, səhər yeməyinin vaxtı, xüsusilə yaşlılarda ümumi sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün mühüm göstərici sayılır.
Onun sözlərinə görə, gec saatlarda səhər yeməyi yeyənlərdə iştah itkisi, halsızlıq və müxtəlif sağlamlıq problemlərinin yaranma ehtimalı daha yüksək olur.
Bununla belə, alimlər vurğulayır ki, bu nəticələr birbaşa səbəb-nəticə əlaqəsi kimi qəbul edilməməlidir. Səhər yeməyinin gecikməsi bəzən artıq mövcud olan gizli sağlamlıq problemlərinin göstəricisi də ola bilər.
 

Türkiyəli qastroenteroloq Vedat Göral isə hesab edir ki, səhər yeməyinin ən uyğun vaxtı saat 6–8 arasıdır. Onun sözlərinə görə, bu saatlarda qidalanmaq infarkt, bəzi xərçəng növləri və digər ciddi xəstəliklərin riskini azaltmağa kömək edə bilər.


Ekspertlər bildirir ki, səhərin erkən saatlarında qəbul olunan qida orqanizmin bioloji ritmini tənzimləyir, maddələr mübadiləsini aktivləşdirir və gün ərzində həm fiziki, həm də zehni enerjinin daha sabit qalmasına kömək edir.
Bu vərdiş həyat keyfiyyətini artırmaqla yanaşı, uzunömürlülüyə də müsbət təsir göstərə bilər. (Demokrat.az)
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Mart 2026 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see811

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see560

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see401

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see286

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see284

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see279

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see267

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see258

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see251

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see228

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see221

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see210

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see208

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see205

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see204

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see199

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see196

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see193

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see191

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri